Xarkov vuruldu
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Rusiya ordusu Xarkovun mərkəzini raket zərbəsi ilə hədəfə alıb.
Milli.Az xəbər verir ki, zərbə nəticəsində 23 nəfər yaralanıb.
"S-400" raketi ilə edilən hücumda 40-dan çox yaşayış binası zədələnib. Ukrayna Prezidenti Vladimir Zelenski Xarkovda raket zərbəsindən sonra xilasetmə işlərinin aparıldığını qeyd edib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Zelenski həmçinin Rusiya ordusunun Zaporojyeyə dron hücumları təşkil etdiyini və bu hücumlar nəticəsində bir uşağın yaralandığını bildirib.
Qeyd edək ki, Odessa da hücuma məruz qalıb.
Aysel Əkbər
Milli.Az

