Xarkov vuruldu: 29 yaralı var
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Xarkov şəhərində çoxmənzilli binaya endirdiyi zərbə nəticəsində 29 nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov "Telegram" kanalında məlumat verib.
Mer bildirib ki, yaralananlardan 10-u uşaqdır. Onun sözlərinə görə, Saltiv rayonunda həyata keçirilən axtarış-xilasetmə əməliyyatı artıq başa çatıb və dağıntılar altında heç kim aşkarlanmayıb.
Terexov qeyd edib ki, bələdiyyə xidmətləri Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri ilə birlikdə gecə baş verən atəşin nəticələrini aradan qaldırmaq üçün işləri davam etdirir.
Hazırda ərazidə dağıntıların təmizlənməsi və zərbənin vurduğu digər fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:35
Bu xəbər 28 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















