Icma.az
close
up
RU
Xatirələrlə xəyallar arasında...

Xatirələrlə xəyallar arasında...

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Hər dəfə əlimə qələm alanda nəsə təcili bir iş çıxır. Bu yazını axır ki yazıb axıra çatdıracağıma ümidliyəm.

Qıraqdan baxan deyər: "Nə çətin işmiş! Oturdun, yazdın". Yox elə deyil.

Bir məkandan, bir olaydan yazmaq nə zaman çətin olur, bilirsiniz?! Bir faktlar, informaaiyalar, emosiyalar, müşahidələr, təəssüratlar lap az olanda, bir də bunlar lap çox olanda.

Bu dəfə çox idi. Həyəcan da, sevinc də, elə qüssə də. Qüssə niyə?! Əgər Qarabağlılarla, Füzuli torpağının insanları ilə görüşürsənsə, qüssənin niyəsi bəllidir. Yaxşı ki Abbas Hacıyev "Qorqan və Qorqanlılar" kitabını yazıb, çap etdirib! Nə yaxşı ki bu kitabın təqdimatı keçirildi! Kəndin yetirməsi, həssas ziyalı qardaşım, professor Əlövsət Əliyev Qorqanlılar adından məni fəxri qonaq olaraq bu məclisə dəvət edəndə çox həyəcanlandım, sevindim. Həm də gəlib kimləri fəxri qonaq kürsüsündə gördüm! Tanınmış yazıçı, şair, drammaturq, publisist, məclislər yaraşığı Seyran Səxavəti, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunu. Sonra talantlı sənət adamı Raqub Tağıyev də gəldi. Əlövsət müəllim də ki yenə öz yerində.

Çox isti, səmimi bir ortamda Qarabağdan, kəndimizdən, elimizdən, keçmişdən, gələcəkdən danışdıq. Qorqanın yetirmısi, unudulmaz ziyalımız, professor Akif Musayevi xatırladıq, o kənddə, o torpaqda yaşamış qiymətli insanları, müdrik ağsaqqalları xatırladıq. Hamı həvəslə, həyəcanla, bir az da kövrək notlarda danışırdı. Bu adamların çoxunu tanıyıram: çoxu o xatirələrindəkin xoşbəxt keçmişdən... gəlmişdilər, xəyallarındakı xoşbəxt gələcəyə... gedirdilər.

Bilirsiniz, yeniyetmələri, gəncləri böyük şəhərlər çəkir özünə, orta yaşlıları, ahılları kənd çəkir. O qədər Qarabağlı cavan var ki, Qarabağsız qocaldı. "Yaşlandı" deyək. Elə orta yaşlılar var idi, demişdi: "Torpaq geri alınsın, sürünə-sürünə gedəcəm". Kiminin səbri çatmadı, kiminin... ömrü çatmadı. Ancaq dünyadan köçənlərin, əminəm, ruhları şaddır.

Orda -məclisdə də dediyim kimi, insanlar dünyanın harasında yaşayır-yaşasın, yaşlananda öz doğulub böyüdüyü yerə can atır. Bunun da elmi izahı varmış. Ziqmund Freyd deyir: "Hər insan ən azı ildə bir dəfə doğulub-böyüdüyü yerə getməlidir. Oranın havasını udmalı, suyunu içməli, meyvəsini yeməlidir".

Sən demə, insan orqanizmi doğulub-böyüdüyü yerlərin havasındakı, suyundakı, meyvə-tərəvəzindəki, çölündə-çəmənindəki minerallarla, vitaminlərlə formalaşır. Yaş keçdikcə, bu vitaminlər azalır və ürək bu defisiti, bu çatışmazlığı tamamlamaq üçün baş beyinə siqnal göndərir: "Kəndə getmək lazımdır!"

Hara gedəsən axı indi?! Kənd-kəsək darmadağın dağılıb. Ancaq yenə də gedəcəksən. Ulularının, dünyadan vaxtlı-vaxtsız köç etmiş böyüklərinin ruhları dolaşır orda. Səni sən edən təbiət, iqlim, su, torpaq ordadır.

Səhv etmirəmsə, məşhur yazıçı Fyodor Dostoyevski deyib: "Dahilər kənddə doğulur, şəhərdə ölür". Xoşbəxtlikdən dahi deyiləm; şəhərdə yaşasam da, kənd üçün "ölürəm". Arzum köçüb kənddə yaşamaqdır. Bilmirəm, bu mənə qismət olacaq, yox! O gün görüşünə getdiyimiz Qorqanlılar da belə arzularla yaşayır. O məşhur məsəli kim düzüb-qoşub, deyə bilmərəm. Ancaq onu bilirəm ki, gəzməyə də, yaşamağa da Vətən yaxşı! Düzdür, Vətənin o başı-bu başı olmur. Hər qarışı ilə Vətən elə Vətəndir. Amma ilk addımlarını harda atmısansa, ora qibləgahındır. O gün o duyğularla danışırdı Qorqanlılar. Ustad Seyran Səxavət də öz duzlu söhbətləri, şirin atmacaları, koloritli ləhcəsi ilə bu doğma ruhları daha da qanadlandırırdı. Deyirdi: ""Qorqan" sözü fars dilindən tərcümədə "qurdlar" deməkdir. Görürsünüz, sirkdə hər heyvanı əhliləşdirib, oynadırlar: şiri, pələngi, ayını... Amma qurdu yox, mümkün deyil. Çünki qürurlu heyvandır".

Biz türklər boz qurdu əbəs yerə totem seçmədik, demək...

Çox maraqlı bir gün oldu. Qorqanlılarla mənim doğulub-böyüdüyüm Yuxarı Seyidəhmədli camaatı həmişə bir olub. Rəsmiyyətdə də, rəsmiyyətsiz də. Çox qaynayıb-qarışmışdıq. İndi də xeyir-şər məclislərimiz də birlikdə keçir. Düzdür, mən öz kəndimizin ziyalı insanları ilə belə bir formatda görüşdə olmamışam. Heç belə görüş olmayıb. Yəqin bunun üçün kitab yazmaq lazımmış! Hərçənd mən öz kitabımda kəndimizə, elimizə, yurdumuza çox geniş yer ayırmışam. Təqdimatı da, deyilənə görə, çox yaxşı keçmişdi. Professor Qabil Əliyev, eləcə də, Əlövsət müəllim gəlib iştirak etmişdilər, sağ olsunlar. Amma bu Qorqanlıların məclisi ayrıca maraqlı idi; pozitiv emisional əhval çox yüksək idi. Hamı öz torpağını istəyir. Hər kəs öz evini-ocağını istəyir. "Evimin yerini mənə versinlər, heç bir kömək də istəmirəm, gedib öz əllərimlə evimi tikərəm, yurdumu dirçəldərəm" deyənləri də qınamayın, sözlərini qəribçiliyə salmayın. Onillərlə bu günü gözləmiş adamlar, bir daha o qədər gözləyə bilmir, gözləmək istəmir. "Daş düşdüyü yerdə ağırdır" deyirlər. "Ağır ellər" ifadəsi də elə-belə yaranmayıb ki! Hər kəs öz evini istəməkdə haqlıdır. Bu, insanların təbii haqqıdır. Ancaq dövlətin də öz bildiyi var. Nə deyim?! Hər halda Qorqanlılar çox həvəslidir, çox həyəcanlıdır, bir az da təlaşlıdırlar. Deyirlər: "Bəs nə vaxt kəndimizə gedib yaşayacağıq?!"

Amma hələlik Qorqanı xatirələrdə yaşatmağa çalışırlar. Hələlik qovuşa bilmədikləri Qorqanı yaddaşlara həmişəlik köçürürlər. "Qorqan və Qorqanlılar" kitabı da elə bu ehtiyacdan yaranıb. Orda Qorqanlıların Qorqanlı xatirələrindən tutmuş, nəsil şəcərələrinə qədər, statistik informasiyadan, kövrək duyğulara qədər hər şey var. O kənd, bəli, fiziki olaraq,artıq yoxdur. Ancaq o kəndə əvvəlki auranı qaytarmaq insanların özünə bağlıdır. Mən bir dəfə öz kəndimiz, öz rayonumuz haqqında yazanda belə bir metaforik ifadə işlətmişdim: "Biz insanlar o torpaqların ruhuyuq; ruh bədənə qayıdanda o torpaqlar diriləcək, dirçələcək, cankanaq". Ömür vəfa edə kaş!

P.S. "Qorqan və Qorqanlılar" kitabı nə gözəl "bəhanə" oldu görüşmək üçün. Maraqlı və faydalı bəhanə! "Hər şey üçün çox sağ olun" deyirəm. Sağ olaq ki, dizimizdə təpər olsun. Şad-şalayın, sağ-salamat gedək qovuşaq doğma "bədən"ə!

Mən "Tənhaların planeti" adlı essemdə Mişel dö Montenin "...gözdən uzaq əyalət idilliyasında xudmani bir kitabxana ortamında" keçirdiyi xoşbəxt yaradıcı tənhalığından yazmışdım. Bu, mənim də xəyalımda var...

Qismətdə varsa, olacaq, əlbət!

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri