Xərçəngə qalib gələn qız kitab yazdı: “İstəyirəm ki, bütün xəstələrə ümid olsun” FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İzmirdə 15 yaşında beyin xərçəngi diaqnozu qoyulan və 3 illik müalicədən sonra sağlamlığına qovuşan 22 yaşlı Bilgə Uçar həyat mübarizəsindən bəhs edən kitab yazıb.
Redaktor.az xəbər verir ki, “Mən müdrikəm” adlı kitab yazan müəllif fikirlərini belə ifadə edib:
“Mən həmişə bu xəstəliyə qalib gəlmək üçün mübarizə aparmışam. İstəyirəm ki, bu kitabı oxuyan hər bir xəstədə ümid olsun, onlar da mənim kimi xərçəngə qalib gələ bilsinlər və ona görə kədərlənməsinlər”.
Bildirilir ki, İzmirdə yaşayan lisey məzunu Bilge Uçar 2017-ci ildə şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya getdiyi zaman beynində 5 kameranın ortasında şiş olduğunu öyrənib.
Ege Universiteti Xəstəxanasına sövq edilən Uçar 2 il kimya və şüa terapiyası alıb və 2020-ci ildə xərçəngə qalib gəlib.
Uçar, xəstəliklə mübarizə aparan insanların özlərini tək hiss etməmələri üçün ailəsinin və müəllimlərinin könüllü olaraq çap etdirdiyi 66 səhifəlik kitabını yazdığını bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















