Icma.az
close
up
RU
Xəritədən silinəcək dövlətlər İqlim müharibəsi başlayıb?

Xəritədən silinəcək dövlətlər İqlim müharibəsi başlayıb?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

İqlim dəyişikliyi artıq sadəcə ekoloji problem olmaqdan çıxaraq, qlobal təhlükəsizliyin ən böyük təhdidinə çevrilməkdədir. Dünyanın müxtəlif nöqtələrində artan quraqlıq, su qıtlığı və kəskin təbiət hadisələri dövlətlər arasında yeni növ münaqişələrin "iqlim müharibələrinin" bünövrəsini qoyur. Resurslar uğrunda mübarizə gələcəkdə hərbi doktrinaların əsasını təşkil edəcək. Xüsusilə içməli su mənbələri üzərində nəzarətin itirilməsi və kütləvi iqlim miqrasiyası geosiyasi xəritəni kökündən dəyişə bilər. Beynəlxalq strateji araşdırma mərkəzləri bu vəziyyəti "təhlükəsizlik təhdidləri üçün katalizator" kimi qiymətləndirərək həyəcan təbili çalır. Artıq Arktikadan Afrikaya qədər bir çox bölgədə resurs rəqabəti açıq qarşıdurma mərhələsinə keçmək riskindədir. Bu gərginlik fonunda dünya birliyinin iqlim böhranına qarşı birgə müdafiə mexanizmləri qurması artıq seçim deyil, bir məcburiyyətdir. Gələcəyin ən təhlükəli müharibə forması hesab edilən bu ssenarilər yaxın onilliklərin əsas gündəmini formalaşdıracaq.
Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, dünya iqlim dəyişikliyini son 20-30 ildə, maksimum 40 ildə qəbul etməyə başlayıb:
“Artıq aydın olub ki, iqlim dəyişikliyi həqiqətən mövcuddur və ətraf mühitə vurulan zərər bu dəyişikliklər fonunda yenidən dünyaya qayıdır. Bu məsələ bu gün müəyyən mənada sui-istifadə mövzusuna da çevrilib və artıq “iqlim müharibələri” anlayışı gündəmə gətirilir. Son dövrlərdə, bildiyiniz kimi, daha çox su müharibələrindən danışılırdı. İqlim dəyişiklikləri fonunda su qıtlığının yaranacağı və artıq müəyyən dərəcədə mövcud olduğu qeyd edilir. Bu isə guya gələcəkdə ölkələr arasında su uğrunda münaqişələrə səbəb ola bilər. Hazırda belə vəziyyət mövcud deyil. Su ehtiyatlarının tənzimlənməsi beynəlxalq qanunlar və konvensiyalar vasitəsilə, həmçinin qonşu dövlətlər arasında əməkdaşlıq prinsipləri əsasında mümkündür. Yəni bu məsələlər hələ müharibə səviyyəsinə çatmayıb və ümid edirəm ki, bundan sonra da çatmayacaq. Digər tərəfdən, miqrasiya ilə bağlı münaqişələr ehtimalı var. Su qıtlığı və digər iqlim faktorları səbəbindən bir ölkədən digərinə miqrasiya arta bilər və bu da müəyyən gərginliklər yarada bilər”. 
O bildirib ki, hazırda “iqlim müharibələri” termini də məhz bu kontekstdə su qıtlığı, miqrasiya və digər əlaqəli proseslər fonunda formalaşdırılır:
“Əsas diqqət ətraf mühitə həssaslığın artırılmasına yönəlməlidir. Xüsusilə böyük sənaye dövlətləri, inkişaf etmiş ölkələr ətraf mühitə vurduqları ziyanı azaltmalıdırlar. Bu halda təbiət müəyyən dərəcədə özünü bərpa edə bilər və nə iqlim, nə də su müharibələrinə ehtiyac yaranmaz. Eyni zamanda, iqlim dəyişiklikləri fonunda ada dövlətlərinin yoxa çıxma ehtimalı artır. Dünya okeanının səviyyəsinin qalxması ciddi risklər yaradır. Bu baxımdan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu məsələ üzərində ciddi şəkildə düşünməlidirlər. O cümlədən, bizim ölkədə də ekoloji mədəniyyətin və maarifçiliyin formalaşdırılması, genişləndirilməsi və dərinləşdirilməsi vacibdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri