Icma.az
close
up
RU
Ermənistana bəd xəbər: Xəritədən silinəcək

Ermənistana bəd xəbər: Xəritədən silinəcək

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvanın səbir kasası dolur və İrəvana xəbərdarlıq edilir ki, Rusiya ondan üz döndərsə, bu ölkə dövlətçiliyini itirəcək - şərh

“Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni maliyyələşdirməkdən imtina etdikdən sonra ona rəğbət bəsləmək çətindir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Aleksandr Boroday deyib.

Deputat İrəvanın Moskvanın dəstəyi olmadan çətinliklərin öhdəsindən gələ biləcəyinə şübhə etdiyini bildirib. Onun fikrincə, dünyanın qlobal şəkildə yenidən bölüşdürülməsi kontekstində kiçik Ermənistanın taleyi sual altındadır. “Ermənistan Rusiyasız çətinliklərin öhdəsindən gələ bilərmi? Şəxsən mənim buna ciddi şübhəm var, amma nəyisə proqnozlaşdırmaq mənasızdır. Dünya böyük bir yenidən bölüşdürülmə vəziyyətindədir. Hazırda Avrasiya qitəsində tüğyan edən fırtınada kiçik Ermənistanın başına nə gələcəyini heç kim bilmir”, - Boroday vurğulayıb.

Rusiyalı deputat haqlıdırmı? Ermənistan doğrudanmı Rusiya dəstəyi olmadan olan-qalan mövcudluğunu dayandıra bilər? Bəs Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salsa, onda necə?

Siyasi ekspert Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki,    Borodayın fikirlərində həqiqət yükü kifayət qədərdir. Onun sözlərinə görə, Rusiya rəsmisi açıq şəkildə deyir ki, hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb. Ekspert vurğuladı ki, Boroday bu bölüşdürmə prosesində Rusiyanın iddialı olduğu ərazilər barədə də danışır:

“Bəzi qeyri-rəsmi məlumatlara görə, ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı əldə edilmiş razılaşmalardan biri də Amerikanın MDB-yə üzv olan ölkələrin də aid olduğu postsovet məkanının Rusiyanın nəzarətinə verilməsidir. Bu informasiya qeyri-rəsmi də olsa yayılıb. Məlumatda deyilir ki, ”yeni dünya düzəni" adı altında gedən dünyanın bölüşdürülməsi prosesində əldə edilən nəticələr və yaxud proqnozlaşdırılan məsələlərdən biri də Ermənistanın da aid olduğu postsovet məkanının Rusiyanın tam nəzarəti altına verilməsidir. Ola bilsin ki, Aleksandr Boroday bunları bildiyindən məlum açıqlamanı verib və Ermənistanın adını da xüsusi olaraq qeyd edib".

X.Bəşirov söylədi ki, əslində, bununla Ermənistana xəbərdarlıq edilib: “Onsuz da bilirik ki, Ermənistan Rusiyanın forpostu olub və buna görə də ona arxalanıb Azərbaycan ərazilərini işğal etmişdi. Amma Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyinin baş verməsi, ondan iki il sonra ikinci Qarabağ müharibəsinin nəticələri reallıqları xeyli dəyişdi”.

Siyasi şərhçi xatırlatdı ki, Ermənistanın enerji sektoru, iqtisadiyyatı Rusiyadan asılı olmağına baxmayaraq, xeyli vaxtdır Avropa İttifaqı ilə yaxınlaşma siyasəti həyata keçirir: “Bu gün Avropa İttifaqının mülki missiyası adı altında kəşfiyyatçıları Ermənistanda yerləşdirilib, həmçinin erməni ordusu ilə ABŞ hərbçiləri birgə təlimlər keçirirlər. Amerika və Avropa İttifaqı bu cür adlar altında Paşinyan tərəfindən faktiki olaraq Ermənistana yerləşdirilib. Eyni zamanda, Ermənistan İranla sıx əməkdaşlıq etməyə üstünlük verir. Çünki Rusiyanın İranla Cənubi Qafqazdakı maraqları həmişə toqquşub. İrəvan bunu bildiyi halda, Tehranla da əməkdaşlığı dərinləşdirir”.

Bundan əlavə, ekspertin fikrincə, Ermənistan Türkiyə ilə də münasibətlər qurmağa cəhd edir: “Beləliklə, Rusiyanın Cənubi Qafqazda daimi rəqibləri olan qütblərə İrəvan qucaq açıb. Rusiya, təbii ki, bundan narazıdır. Sadəcə, üç ildən artıqdır Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Ona görə Ermənistana hələ ki, sərt üzünü göstərmir. Ancaq Boroday və digər Rusiya rəsmilərinin son zamanlar verdiyi açıqlamalardan görünür ki, Moskvanın səbir kasası dolur. Açıq şəkildə mesaj verilir, xəbərdarlıq edilir ki, Rusiya İrəvandan tam üz döndərsə Ermənistan adlı dövlətin mövcudluğu mümkün olmayacaq. Rusiya istəsə həqiqətən də Ermənistan dövlət kimi mövcud olmaz. Bunun üçün heç də Ermənistanla müharibə etməsinə ehtiyac yoxdur, başqa rıçaqlar var ki, onları işə salsa kifayət edər”.

Politoloq sonda vurğuladı ki, Ermənistan axtarışdadır və eyni vaxtda nəinki iki, daha çox stulda əyləşməyə çalışır: “Bu da Rusiyanı narahat edir və İrəvana siyasi-diplomatik mesajlar ünvanlayır. Xəbərdarlıq edir ki, bizsiz dövlət kimi mövcud qalmağınız mümkün olmayacaq, sizin dostluq etdiyiniz və münasibətlər qurmağa çalışdığınız güclər xilas edə bilməyəcək.  O baxımdan, Ermənistanın çıxış yollarından biri bu regiona kənar qüvvələrin hərbi güclərini, missiyalarını gətirməməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri