Icma.az
close
up
RU
Ermənistan xəritədən silinəcək Moskvanın səbir kasası dolur

Ermənistan xəritədən silinəcək Moskvanın səbir kasası dolur

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Moskvanın səbir kasası dolur və İrəvana xəbərdarlıq edilir ki, Rusiya ondan üz döndərsə, bu ölkə dövlətçiliyini itirəcək.

"Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni maliyyələşdirməkdən imtina etdikdən sonra ona rəğbət bəsləmək çətindir".

Milli.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Aleksandr Boroday deyib.

Deputat İrəvanın Moskvanın dəstəyi olmadan çətinliklərin öhdəsindən gələ biləcəyinə şübhə etdiyini bildirib. Onun fikrincə, dünyanın qlobal şəkildə yenidən bölüşdürülməsi kontekstində kiçik Ermənistanın taleyi sual altındadır. "Ermənistan Rusiyasız çətinliklərin öhdəsindən gələ bilərmi? Şəxsən mənim buna ciddi şübhəm var, amma nəyisə proqnozlaşdırmaq mənasızdır. Dünya böyük bir yenidən bölüşdürülmə vəziyyətindədir. Hazırda Avrasiya qitəsində tüğyan edən fırtınada kiçik Ermənistanın başına nə gələcəyini heç kim bilmir", - Boroday vurğulayıb.

Rusiyalı deputat haqlıdırmı? Ermənistan doğrudanmı Rusiya dəstəyi olmadan olan-qalan mövcudluğunu dayandıra bilər? Bəs Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salsa, onda necə?

Siyasi ekspert Xəyal Bəşirov "Yeni Müsavat"a bildirdi ki,    Borodayın fikirlərində həqiqət yükü kifayət qədərdir. Onun sözlərinə görə, Rusiya rəsmisi açıq şəkildə deyir ki, hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb. Ekspert vurğuladı ki, Boroday bu bölüşdürmə prosesində Rusiyanın iddialı olduğu ərazilər barədə də danışır:

"Bəzi qeyri-rəsmi məlumatlara görə, ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı əldə edilmiş razılaşmalardan biri də Amerikanın MDB-yə üzv olan ölkələrin də aid olduğu postsovet məkanının Rusiyanın nəzarətinə verilməsidir. Bu informasiya qeyri-rəsmi də olsa yayılıb. Məlumatda deyilir ki, "yeni dünya düzəni" adı altında gedən dünyanın bölüşdürülməsi prosesində əldə edilən nəticələr və yaxud proqnozlaşdırılan məsələlərdən biri də Ermənistanın da aid olduğu postsovet məkanının Rusiyanın tam nəzarəti altına verilməsidir. Ola bilsin ki, Aleksandr Boroday bunları bildiyindən məlum açıqlamanı verib və Ermənistanın adını da xüsusi olaraq qeyd edib".

X.Bəşirov söylədi ki, əslində, bununla Ermənistana xəbərdarlıq edilib: "Onsuz da bilirik ki, Ermənistan Rusiyanın forpostu olub və buna görə də ona arxalanıb Azərbaycan ərazilərini işğal etmişdi. Amma Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyinin baş verməsi, ondan iki il sonra ikinci Qarabağ müharibəsinin nəticələri reallıqları xeyli dəyişdi".

Siyasi şərhçi xatırlatdı ki, Ermənistanın enerji sektoru, iqtisadiyyatı Rusiyadan asılı olmağına baxmayaraq, xeyli vaxtdır Avropa İttifaqı ilə yaxınlaşma siyasəti həyata keçirir: "Bu gün Avropa İttifaqının mülki missiyası adı altında kəşfiyyatçıları Ermənistanda yerləşdirilib, həmçinin erməni ordusu ilə ABŞ hərbçiləri birgə təlimlər keçirirlər. Amerika və Avropa İttifaqı bu cür adlar altında Paşinyan tərəfindən faktiki olaraq Ermənistana yerləşdirilib. Eyni zamanda, Ermənistan İranla sıx əməkdaşlıq etməyə üstünlük verir. Çünki Rusiyanın İranla Cənubi Qafqazdakı maraqları həmişə toqquşub. İrəvan bunu bildiyi halda, Tehranla da əməkdaşlığı dərinləşdirir".

Bundan əlavə, ekspertin fikrincə, Ermənistan Türkiyə ilə də münasibətlər qurmağa cəhd edir: "Beləliklə, Rusiyanın Cənubi Qafqazda daimi rəqibləri olan qütblərə İrəvan qucaq açıb. Rusiya, təbii ki, bundan narazıdır. Sadəcə, üç ildən artıqdır Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Ona görə Ermənistana hələ ki, sərt üzünü göstərmir. Ancaq Boroday və digər Rusiya rəsmilərinin son zamanlar verdiyi açıqlamalardan görünür ki, Moskvanın səbir kasası dolur. Açıq şəkildə mesaj verilir, xəbərdarlıq edilir ki, Rusiya İrəvandan tam üz döndərsə Ermənistan adlı dövlətin mövcudluğu mümkün olmayacaq. Rusiya istəsə həqiqətən də Ermənistan dövlət kimi mövcud olmaz. Bunun üçün heç də Ermənistanla müharibə etməsinə ehtiyac yoxdur, başqa rıçaqlar var ki, onları işə salsa kifayət edər".

Politoloq sonda vurğuladı ki, Ermənistan axtarışdadır və eyni vaxtda nəinki iki, daha çox stulda əyləşməyə çalışır: "Bu da Rusiyanı narahat edir və İrəvana siyasi-diplomatik mesajlar ünvanlayır. Xəbərdarlıq edir ki, bizsiz dövlət kimi mövcud qalmağınız mümkün olmayacaq, sizin dostluq etdiyiniz və münasibətlər qurmağa çalışdığınız güclər xilas edə bilməyəcək.  O baxımdan, Ermənistanın çıxış yollarından biri bu regiona kənar qüvvələrin hərbi güclərini, missiyalarını gətirməməkdir".

(Yeni Müsavat)

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri