Icma.az
close
up
RU
Xəstəliyin yox, biganəliyin qurbanı olanlar: Azər canı ilə əlləşəndə HARADAYDINIZ “DOSTLAR”? Yeni Çağ Media

Xəstəliyin yox, biganəliyin qurbanı olanlar: Azər canı ilə əlləşəndə HARADAYDINIZ “DOSTLAR”? Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

İnsan pis gündə, dar məqamda tanınar. Dost, dost deyirlər, amma dostun çətin günlərində yanında olmayandan, halına yanmayandan sonra hansı dostluqdan danışmaq olar. Amma çətin günlər yaşayan həmin adam dünyasını dəyişən kimi, dərhal “dostlar”, “qardaşlar”, “bacılar” peyda olur. Efirlərə çıxır, lirik-poetik “moda” girib həzin musiqilərin təsiri altında timsah göz yaşları axıdırlar. Yaxşı, bəs o sağ olanda hardaydınız? Niyə vaxtında sağalması üçün çaba göstərmirdiniz, qardaşlıq etmirdiniz? Bilirdiniz axı, xəstəliyinə çarə olunmasa, hər gün bir addım da ölümə yaxınlaşır.

Bir müddət əvvəl meyxana ifaçısı Xəyyam Abdullayev də köməksizlik, pulsuzluq ucbatından xəstəxanada son nəfəsini verdi. Ölümündən sonra dostlar, qardaşlar çıxıb dedilər ki, pul yığılıb, iki gün sonra əməliyyat olunacaqdı. Olmazdımı, o pul vaxtında toplanaydı? Adam gözləyə-gözləyə gözlərini əbədiyyətə yumdu. Sağlığında halına yanmayanlar bütün günü efirlərdə Xəyyamın “yasını tutdular”.

İndi də Azər Baxşəliyev. Xaraktercə abırlı insan olan Azər heç kimə ağız açmadı, aylarla donor tapılacağı günü gözlədi. Gözləməkdən bezdi, cana doydu. Heç kimin xəbəri də olmadı ki, Azər nə qədər əziyyət çəkir, necə canı ilə əlləşir. Dostları deyir ki, Azər bunu onlardan gizlədirdi. Bəs siz necə, onun günü-gündən səhhətinin ağırlaşdığını görmürdünüz? Diaqnozunu ki, bilirdiniz. Dünyasını dəyişəndən sonra hamı ortaya düşüb Azərə kömək etmək istədiyini, lakin onun bu köməkdən imtina etdiyini deyir. Kömək etmək istəyi başqa, kömək etmək başqa. Azərin son mənzilə doğru addımladığını bilə-bilə heç kim onun üçün heç nə etmədi. Bəlkə etdi, xəbərimiz yoxdur, amma danışılanlardan məlum olur ki, hamı ona kömək təklif edib, “Azər, gəl, kimlərəsə xahiş edək, kömək istəyək” və s… Azər isə “yox, ayıbdır, insanları narahat etməyək” deyib bu təkliflərdən imtina edib. Bunu Azərə deməyə lüzum yox idi, əksinə, təcili surətdə yığışıb ona kömək etmək lazım idi. Xaricə, ən azı Türkiyəyə aparıb orada müalicə və əməliyyat oluna bilərdi. İndi efirlərə çıxıb göz yaşı tökməkdənsə, vaxtında dost kimi davranmaq lazım idi. Adam özü təkbaşına mübarizə apardı və günlərin bir günü bezdi, yoruldu, tükəndi.

Kim nə deyir desin, Azər xəstəlikdən çox elə biganəliyin qurbanı oldu. Ona görə də sağlığında qiymət verin insanlara…

Cəvahir

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri