Icma.az
close
up
RU
Xəstəxana direktorundan Vitseprezidentə ŞİKAYƏT: Mənə dedi ki, qarnını aç, bizə göstər...

Xəstəxana direktorundan Vitseprezidentə ŞİKAYƏT: Mənə dedi ki, qarnını aç, bizə göstər...

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət ünvanlayıb.Gununsesi.info sözügedən şikayətin mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya”

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, mən, Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiriyəm, ixtisasca ginekoloqam.

Nəbiyev Canəli Xanəli oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru vəzifəsinə təyin olunduğu gündən mənim öz vəzifələrimi yerinə yetirməyimə, yəni, əhalimizə effektiv tibbi xidmət göstərməyimə süni şəkildə əngəllər yaradaraq qərəzli şəkildə maneçilik törədir. Belə ki, bizim şöbəmiz uzun illərdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsindəki binada yerləşmiş və həmin binada əhalimizin sağlamlığının qeydinə qalınması üçün hər cür şəraitimiz olmuşdur. Hazırda isə yeni direktor tərəfindən bizim şöbəmiz məcburi qaydada Quzanlı qəsəbəsindən 10 km məsafədə yerləşən Xındırıstan kəndinə köçürülmüşdür. Yeni köçürüldüyümüz yerdə isə əyləşməyə stulumuz və tibbi avadanlıqlarımız beləŞ yoxdur. Bizə müraciət edən xəstələr isə şəraitsizlikdən və onlara göstərilən tibbi xidmətlərdən narazı qalırlar. Qeyd edilən halların baş verməsinə, yəni əhaliyə normal tibbi xidmət göstərə bilməməyimizə səbəb isə birbaşa Nəbiyev Canəli Xanəli oğlunun qanunsuz əməlləridir.

Uzun illər məcburi köçkün həyatı yaşayan, iztirablar keçirən, əzab- əziyyət çəkmiş xəstələrə, həkimlərə belə ögey münasibət bəsləmək bütövlükdə əhalimizə hörmətsizlikdir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev həmişə deyir ki, “Biz xalqa xidmət göstərməliyik”. Ağdam rayonu səhiyyə sisteminə yeni təyin olunmuş direktor Nəbiyev Canəli Xanəli oğlu isə nəinki Ağdam əhalisinə tibbi xidmət göstərmək istəyir, əhalimizi rayondan didərgin salır.

Hörmətli Mehriban xanım,

Bizim Ağdam rayonundakı faciəmizin başında erməni işğalçıları durur. Ağdam rayonu 30 il bundan əvvəl işğala məruz qalmasa idi, Canəli həkim 10 nəfər aiddiyyatı olmayan şəxsin qarşısında “qarnını aç və bizə göstər görüm, sən nədən əməliyyat olunmusan” deyə məni məcbur edərək təhqir edə bilməzdi.

Mən belə açıq formada müraciət etdiyimə görə Sizdən üzr istəyirəm, amma məcburam. Ona görə ki, düşdüyüm vəziyyəti ancaq bu formada izah edə bilərəm.

Qeyd etmək istəyirəm ki, Nəbiyev Canəli Xanəli oğlu 10 nəfərdən ibarət tərkibdə iclas keçirtmiş, hansı ki, iclasda iştirak edənlərin çoxu tibb işçiləri deyildir və ən təsirlisi isə odur ki, qarşı cinsin nümayəndələrinin qarşısında məni – Azərbaycan qadınını bədən nahiyyəmi açıb göstərməyə məcbur etmişdir. Təsəvvür edin ki, Canəli həkimin həyat yoldaşı hər hansı bir təşkilatda çalışır və mənə qarşı edilən bu tərbiyyəsizlik onun başına gəlir. Belə ki, baş həkimin həyat yoldaşına on nəfərin içində  (əksəriyyət kişi olmaqla) qarnını açması tələb edilir. Bu halda Canəli həkim öz həyat yoldaşının alçaldılmasına görə hansı hissləri keçirərdi?

Bildirmək istəyirəm ki, mən səhhətimlə bağlı əməliyyat keçirmişəm və Nəbiyev Canəli Xanəli oğlu bir çox xəstəxanalara müraciət edərək mənim müalicə məqsədilə xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etmişdir.

Məsələyə hüquqi aspektdən yanaşsaq, Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxsin – direktorun sağlamlığının qorunması və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı göstəriş verməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir. Direktorun məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməməsinə yönəlmiş göstərişdir.

Dövlət Tibb Müəsisələrində Tibbi Xidmət Dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi – sanitariya və tibbi-sosial xidmətlərin yaradılmasına təminat verir. Nəbiyev Canəli Xanəli oğlu isə yazdığı məktubu ilə dövlət tərəfindən vətəndaşa tibbi yardım sahəsində verilən təminatlara qadağa qoyur. Bu qadağanın əsası isə tibbi yardıma ehtiyacı olan şəxsin – mənim, həkim olmaqla Ağdam rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində işləməyimdir. Mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır.

Direktor məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edilməməyimi tələb edir. Bu isə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vurmasıdır.

Sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicə müəsisəsinə qəbul olunmaq müalicə almaq hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ heç kəs məhdudlaşdıra, yəni qadağan edə bilməz. Belə bir səlahiyyət direktora da verilməyib. Onun mənim müalicə müəssisəsinə qəbulumu qadağan etməsi, Konstitusiyada nəzərdə tutulan hüquqlarımın pozulması deməkdir.

Yuxarıda qeyd etdiyim kimi, mənim müalicə müəsisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır. Nəbiyev Canəli Xanəli oğlu məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəsisəsinə qəbul edlməməyimi tələb edir, o mənim hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozur.

Həmin hərəkətlər isə vəzifəli şəxs kimi Direktor tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həyata keçirilmişdir. Mənim müalicə müəssisəsinə qəbul olunmamağım hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozmuşdur. Ona görə də direktor- Nəbiyev Canəli Xanəli oğlu cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bundan əlavə, hesab edirəm ki, Nəbiyev Canəli Xanəli oğlunun hər hansı bir iclasda, yaxud həkim ekspert komissiyasında məni müayinə edəndə, mənim guya cinayət və ya cinayət xarakterli əməllər törətməyimi səsləndirməsi böhtandır və bu isə onu səsləndirən şəxs barəsində cinayət məsuliyyəti yaradır.

Hörmətli Mehriban xanım, 

Həkim ekspert komissiyası mənim əmək qabiliyyətliliyimi təxminən 10 nəfərin otaqda olduğu vaxt yoxlayanda direktor Nəbiyev Canəli Xanəli oğlu mənim “əməliyyat olunmağımın yalan olmasını”bildirmiş, məcburən mənim əməliyyat olunan yerimi göstərməyimi tələb etmiş, başqalarının yanında mənə yara yerimi göstərməyə məcbur etmişdir. Bu faktın özü də ləyaqətin alçaldılması, təhqir kimi qəbul edilməlidir.

Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev cənablarının gözəl bir ifadəsi vardır: “dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bu hikmətli ifadənin hazırkı dövrümüzdə də hüquqi dövlətimizdə icra ediləcəyi ən böyük ümidimdir.

Hörmətli Mehriban xanım, 

Həmçinin bilavasitə sizə müraciət etməkdə məqsədim odur ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nəbiyev Canəli Xanəli oğlu həmin bölgədə çox insanların hüquqlarına təcavüz edir və gələcəkdə də edəcəkdir. Onun bu qanunsuz əməlləri Ağdam sakinlərinin normal tibbi yardım almaq hüquqlarından məhrum edir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, bu məsələnin ciddi şəkildə araşdırılmasını, direktor Nəbiyev Canəli Xanəli oğlu barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,

Sadıqova Mətanət Əli qızı

“11” noyabr 2024-cü il”

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri