Icma.az
close
up
RU
Xəstəxanada qalmaq pulludur? RƏSMİ CAVAB

Xəstəxanada qalmaq pulludur? RƏSMİ CAVAB

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında ölkədə tətbiq olunan icbari tibbi sığorta sistemi ilə bağlı bir sıra problemlər gündəmə gətirilib.

Deputatlar xüsusilə sənədləşmə prosesinin mürəkkəbliyindən və xəstəxana xidmətlərinin bəzi xərclərinin sığorta paketinə daxil edilməməsindən narahatlıqlarını ifadə ediblər.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, vətəndaşlar xəstəxana və aidiyyəti qurumlar arasında sənəd toplamaqla vaxt itirirlər və bu proses xeyli sadələşdirilməlidir.

Onun sözlərinə görə, bu gün bəzi xəstəxanalarda qalmaq xərcləri hotel qiymətləri ilə müqayisə edilə bilər və bu xərclər əməliyyat xərcini belə üstələyir. Məhz bu səbəbdən də xəstəxanada qalma xərclərinin icbari tibbi sığorta paketinə daxil edilməsi təklif olunur.

Bəs xəstəxanada qalmaq pulludurmu? Xəstəxanalarda kimlər pul ödəməklə qalır? 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın xəstəxanada qalması yalnız tibbi göstəriş əsasında ehtiyac olan günlər üçün təmin edilir:

“İcbari tibbi sığortanın Xidmətlər Zərfinə stasionar cərrahi və terapevtik tibbi xidmətlər daxildir. Xidmətlər Zərfi çərçivəsində stasionar tibbi xidmət zamanı əməliyyat və prosedurlar üzrə tibbi xərclər – əməliyyatın icrası, anesteziya, istifadə olunan dərman vasitələri və tibbi sərf, eləcə də xəstənin əməliyyatdan sonrakı dövrdə zəruri tibbi nəzarət altında qalması üçün həkim təyinatına əsasən tələb olunan palata xərcləri icbari tibbi sığorta hesabına qarşılanır.

Qeyd edək ki, həm dövlət tibb müəssisələrində, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı vətəndaşın xəstəxanada qalması yalnız tibbi göstəriş əsasında ehtiyac olan günlər üçün təmin edilir və bu xərclər stasionar cərrahi xidmətin tarifinə uyğun olaraq icbari tibbi sığorta fondu hesabına maliyyələşir.

Əgər vətəndaş həkim tərəfindən təyin olunmuş müddətdən artıq günlər xəstəxanada qalmaq istəyərsə, həmin əlavə günlərin xərcləri vətəndaşın şəxsi vəsaiti hesabına qarşılanmalıdır”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Xəstəxana Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri