Icma.az
close
up
RU
Türkiyəni ekstremal isti hava bürüyəcək XƏBƏRDARLIQ

Türkiyəni ekstremal isti hava bürüyəcək XƏBƏRDARLIQ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə sağlamlıq üçün ciddi təhlükə yarada biləcək, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün riskli sayılan ekstremal isti hava gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə türkiyəli terapevt Dilek Şengül "RIA Novosti"yə müsahibəsində xəbərdarlıq edib.

Türkiyəli meteoroloqların məlumatına görə, Avropadan gələcək anomal istilər dalğası iyulun 17-dən sonra ölkəni bürüyəcək. Aralıq dənizi və Egey sahillərindəki kurortlarda temperatur 40 dərəcədən yuxarı qalxa bilər. Bu isə həm yerli sakinlər, həm də çoxsaylı turistlər üçün yüksək istilikvurma riski yaradır.

Həkim vurğulayıb ki, belə günlərdə maksimum ehtiyatlı olmaq lazımdır: birbaşa günəş şüaları altında uzun müddət qalmamaq, öz vəziyyətini izləmək və kifayət qədər su içmək vacibdir.

Şengülün sözlərinə görə, yüksək temperatur zamanı susuzlaşma və orqanizmin həddindən artıq qızması ehtimalı kəskin artır. O, bunun ilk əlamətləri arasında başgicəllənmə, halsızlıq, ürəkbulanma, ürək döyüntüsünün tezləşməsi və şüurun qarışmasını qeyd edib. Bu əlamətlər yarandıqda dərhal kölgəyə keçmək, vəziyyət pisləşərsə isə həkimlərə müraciət etmək lazımdır.

Şengül turistlərə gəzinti və ekskursiyalar üçün səhər və ya axşam saatlarını seçməyi tövsiyə edib. Həmçinin açıq rəngli yüngül geyimlər geyinmək, baş örtüklərindən və günəşdən qoruyucu vasitələrdən istifadə etmək, eləcə də mütəmadi olaraq su içmək məsləhətdir.

Türkiyənin Səhiyyə Nazirliyi temperaturun artacağı ilə bağlı proqnoz fonunda əhaliyə susuzluq hissinin yaranmasını gözləməmək və hər gün 2.5-3 litr su içmək tövsiyəsi ilə müraciət edib. Nazirlik, xüsusilə xroniki xəstəlikləri olan insanların, uşaqların, 65 yaşdan yuxarı şəxslərin, hamilə qadınların, eləcə də açıq havada işləməyə məcbur olanların ən yüksək risk qrupunda olduğunu vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2026 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri