Icma.az
close
up
RU
Xəstəyə dərman yazılır, imkanı çatmayanda 1 ni alır, təsirini görməyəndə həkimi günahkar çıxarır

Xəstəyə dərman yazılır, imkanı çatmayanda 1 ni alır, təsirini görməyəndə həkimi günahkar çıxarır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Dərmanların insan sağlığına nə dərəcədə ziyanı və xeyiri var? Xəstə insanların son ümid yeri kimi dərman preparatları onları sağaltmırmı?

Türkiyənin məşhur həkimləri Dr. Ümit Aktaş və Prof. Dr. Canan Karatay Türkiyənin “YouTube” kanallarının birində dərmanların insan sağlamlığına nə qədər ziyanlı olduğunu bildiriblər: “Müasir tibbin belə bir məntiqi var. Müasir tibb elmi “mən bu xəstəyə hansı həbi verə bilərəm” sualı üzərinə qurulub. Tibb təhsil proqramlarını hazırlayan dərman firmalarıdır. Modern tibbin təməl sualı artıq budur. Bu xəstəliyə hansı dərmanı verə bilərəm? Ancaq bizim təməl sualımız bu olmamalıdır. Təməl sualımız: Xəstəlikləri necə əngəlləyə bilərik? Xəstələnən insanı (dərman verərək yox, red.) necə müalicə edə bilərik?”

Həkimlər bildirib ki, müasir tibb hansı xəstəliyə hansı dərmanı verə bilərəm soruşduqda tamamilə paliativ müalicəni (xəstəliyin əsas səbəbini deyil, onun simptomlarını-ürəkbulanma, təngnəfəslik müvəqqəti aradan qaldırmağa və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlmişdir red) edər: “Baş ağrıyan insana ağrıkəsici, şəkəri yüksək xəstəyə şəkəri aşağı salan dərman verilir, allergiyası olan şəxsə “sənə dərman yazıram” deyib dərmanları döşəyirik. Bizim verdiyimiz dərmanları bir ömür qəbul edirlər, amma şəkərləri düşmür, təzyiqi düzəlmir, allergiyası keçmir, xəstəlik irəliləyir və fəsadlar yaranır”.

Doğrudan da dərman insanları sağaltmır? Bu vəziyyəti necə, hansı vasitələrlə düzəltmək olar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında həkim-terapevt Etibar Süleymanov bildirib ki, dərmanların təsir edib etməməsini bilmək üçün öncə laborator təsdiqi tapılmalıdır: “Dərmanların təsir edib-etməməsini bilməkdən ötrü onun üçün rəsmi araşdırmalar aparılmalıdır. Laborator təsdiqini tapmalıdır ki, həqiqətən də dərman təsir edibmi, yoxsa yox? Gələn dərman keyfiyyətlidirmi, yaxud keyfiyyətsizdirmi? Protokola uyğun təyin olunub, yoxsa olunmayıb? Onların hamısının bir statistikası və araşdırılması aparılandan sonra rəsmi təsdiqlənmiş, yəni həqiqi stasionar və ya ambulator şəraitdə müalicə almış həmin o dərmanları vaxtı-vaxtında istifadə etmiş, yaxud istifadə etməmiş indiki dönəmə uyğun xəstəyə bəzən bir neçə dərman yazılır. İmkanı çatmadığına görə xəstə cəmi 1 və ya 2-sini alıb içir, yerdə qalanları istifadə etmir. Sonra da həkimi günahkar çıxarır ki, dərman ya təsir etmir, ya da həkim dərmanı düzgün yazmayıb. Bu və ya digər anlaşılmazlıqlar ola bilər. Ona görə bu yanaşmanı düzgün hesab etmirəm.

Xəstəlikər özləri bir neçə qrupa bölünür: Kəskin, yarımkəskin, xroniki gedişatı olan xəstəliklər. Bu xəstəliklərin hər birinin müalicə kursları bir-birindən fərqlidir. Şəkərli diabet ümumiyyətlə, yaranandan, müalicəsi tapılandan bəri müalicəsi ömürlük pəhriz və ömürlük qəbul edilən dərmanlarla başlayıb və elə də davam edir. Artıq son vaxtlar cərrahi müdaxilələr edilərək, əgər inusilin çatmırsa, əlavə mədəaltı vəzinin köçürülməsi, əgər artıqdırsa, mədəaltı vəzinin müəyyən hissəsinin kəsilməsi və s. məsləhət görülür. Amma onlar hamısı hələ ki, praktik təsdiqini tapmayıb. Yəni indiki şəraitdə nəzəri tərəfdən təcrübədən keçirilir, təsdiqini tapsa, gələcəkdə tətbiq olunar. Eyni zamanda dərmanların müxtəlif formalarla tətbiqi nəzərdə tutulub. Məsələn, dəriüstü yapışa bilən dərman preparatlarından hansı ki, o uzunmüddət təsir edir, leykoplastır kimi 1 aylıq, ayyarım dərinin üzərinə 15 günlük yapışdırırlar. Eləcə də təzyiq, bronxial astma xəstəsi, sistem xəstəlikləri var ki, müalicəsi lap 50-60-cı illərdən ömür boyu dərman qəbulu ilə müalicə olunub.

Son vaxtlar onların sırasına bir sıra əlavə xəstəliklər də qoşulub. Hepatit B xəstəliyinin müalicəsi zamanı uzun müddət 5 il, 10 ildən artıq dərman qəbulu və ya mədəaltıvəzi xəstəliklərində, mədəaltı vəzinin fermentlərinin protokollara uyğun olaraq dərman qəbul olunması məsləhət görülür. Bunlar hamısı təsdiqini tapmış dərmanlardır”.

həkim-terapevt Etibar Süleymanov

Etibar Süleymanov qeyd edib ki, gündəlik yox, həftəliyə keçilə bilən dərman preparatları hazırlanması istiqamətində işlər davam edir: “Biz həkimlər professorların və ya müəllimlərin qarşısında dərmanlarla, onların qəbulu ilə bağlı məsələləri konfranslarda qaldırırıq. Onlar bildirirlər və qeyd edirlər ki, dərman qəbulu gündəlik yox, həftəliyə keçilə bilən uzunmüddətli təsirə malik dərman preparatları hazırlanması istiqamətində işlər davam edir.

Yapışqan, iynə formasında, uzunmüddətli təsir edə bilən "retart" formalı dərmanların istifadəsi məsləhət görüləcək. Yaxud 2-3 ədəd dərmanın 1 həbdə cəmləşdirilib buraxılması. Yəni 3 və ya 4 adda ayrı-ayrı dərmanlar qəbul olunmasındansa, hamısı bir yerə yığılmış və  birdəfəyə qəbul olunan dərmanların istifadəsi daha faydalı ola bilər. Bu istiqamətdə elmi tədqiqat işləri aparılır. Təsdiqini tapdıqdan sonra bir məlumat vermək olar”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri