Icma.az
close
up
RU
Xətai rayonunda Əkinçi 150 il: Tariximizin sözüdür mövzusunda tədbir keçirilib

Xətai rayonunda Əkinçi 150 il: Tariximizin sözüdür mövzusunda tədbir keçirilib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

16 iyulda Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Konstitusiya və Suverenlik ili çərçivəsində Xətai rayon İcra Hakimiyyəti, "EMEDIA GROUP" Media Təşkilatı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Əkinçi - 150 il: Tariximizin sözüdür" və "Qərbi Azərbaycan tarixini xalçalar danışacaq" mövzusunda tədbir keçirilib.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, millət vəkilləri Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Elçin Mirzəbəyli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, BŞİH-nin şöbə müdiri Elmir İmanov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, professor Turab Əhmədov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski, əməkdar jurnalist Etibar Babayev, Türkiyəli jurnalist Fulya Öztürk və digər tanınmış media nümayəndələri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirin əsas hissələrindən biri olan "Qərbi Azərbaycan tarixini xalçalar danışacaq" mövzusu simvolik və mədəni yükü ilə diqqət çəkib. Xalça xalqımızın yaddaşını, tarixini və kimliyini toxunmuş formada əks etdirən dəyərli mirasdır. Qərbi Azərbaycan torpaqlarında toxunmuş hər bir xalça orada yaşamış insanların izini daşıyır və tariximizi gələcəyə ötürmək missiyasını yerinə yetirir. Odur ki, həmin təşəbbüs Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi önəmin, ictimai dəstəyin bariz nümunəsini özündə ehtiva edir. Tədbirə xüsusi estetik dəyər qatan elementlərdən biri də "Babək" filmində Babəkin geyindiyi orijinal libasın nümayişi olub. Həmin tarixi geyim simvolik olaraq milli yaddaşın yaşadılmasına və keçmişlə bu gün arasında körpü qurulmasına xidmət edib.

Çıxış edənlər milli mətbuatın 150 illiyinin şanlı Zəfərimizin 5 illiyinin təntənəsində qeyd edildiyini və media nümayəndələrinin 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edilmiş Azərbaycandan dünyaya səsləndiyini diqqətə çatdırıblar. Beş il əvvəl media nümayəndələri üçün çox məsuliyyətli bir dönəm olduğunu bildirən çıxışçılar, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi torpaqları qəhrəmanların izi ilə qarış-qarış gəzən jurnalistlərin həqiqətləri çatdırmaq uğrunda mübarizəsinin davam etdiyini bildiriblər. Ölkə başçısının 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində mübarizəsinin, ünvanlanan suallara və ittihamlara faktlarla tutarlı cavablar verməsinin Azərbaycan mətbuatı üçün örnək olduğu bildirilib. Ölkəmizin dünyada artan nüfuzundan bəhs edən çıxışçılar bu gün azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlərdən, qlobal forumlardan danışıblar. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin aktiv olduğu, tezliklə həmin prosesin gerçəkləşəcəyinə və Azərbaycan mediasının həmin ərazilərdən də dünyaya səslənəcəyinə ümid ifadə olunub.

Tədbir söz və fikir azadlığının təşviqi, milli mətbuat tariximizin təbliği və suverenlik ideyalarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbirin əsas məqsədi tariximizi yaşatmaq, dəyərlərimizi, maddi-mədəni irsimizi unudulmağa qoymamaq və gələcək nəsillərə ötürmək olub.

Tədbirdə, milli dəyərlərin təbliği və mətbuatın inkişafına töhfə verən media nümayəndələri Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təsis edilən "Əkinçi" mükafatı ilə təltif ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri