Icma.az
close
up
RU
Xətai rayonunda Tariximizin Qərbi Azərbaycan izləri adlı konsert və sərgi keçirilib

Xətai rayonunda Tariximizin Qərbi Azərbaycan izləri adlı konsert və sərgi keçirilib

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xətai rayonunda 29.07.2025-ci il tarixdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Tariximizin Qərbi Azərbaycan izləri" adlı konsert və sərgi təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Vüqar İskəndərov, Hikmət Babaoğlu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid ailələri, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və zabitləri, incəsənət xadimləri, rayon ictimaiyyəti iştirak ediblər.

Çıxış edənlər Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını, həmin torpaqlara geri dönüşün 300 mindən çox qərbi azərbaycanlının beynəlxalq səviyyədə tanınmış fundamental hüququ olduğunu qeyd ediblər.

Bildirilib ki, həmin hüquq BMT-nin bütün sənədlərində təsbit olunub. Qurub-yaratdıqları, yaşadıqları torpaqlardan didərgin salınmış soydaşlarımızın həmin ərazilərə sülh yolu ilə geri qayıtmalı olduğu vurğulanıb. Çıxış edənlər uzun illər işğalda qalan Qarabağ və Şərqi Zəngəzurun Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində azad edildiyini, hazırda həmin ərazilərə mərhələli şəkildə köç prosesinin getdiyini qeyd edib, Qərbi Azərbaycan nisgilinə də tezliklə son qoyulacağına, hər bir azərbaycanlının həmin tarixi torpaqlarda gəzmək, yaşamaq hüququ əldə edəcəyinə inandıqlarını diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində Qərbi Azərbaycan mədəniyyətini əks etdirən şirniyyatlar, xalça və kəlağayılar sərgilənib.

Xətai rayonunda "Tariximizin Qərbi Azərbaycan izləri" adlı konsert və sərgi keçirilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see229

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see212

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see128

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see126

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri