Icma.az
close
up
RU
“Xəyalıma da gəlməzdi ki, bir gün Ağdama sürət qatarı ilə gedərəm”

“Xəyalıma da gəlməzdi ki, bir gün Ağdama sürət qatarı ilə gedərəm”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Təxminən 90-ların ortasında bir qarabağlı dostumun hazırladığı və həvəskar üslubda yığdığı videoçarx düz bu günə qədər içimdə dərin iz buraxıb.

Demək, fonda rəhmətlik Sədi Məmmədovun (O da eynən Səxavət Məmmədov kimi dövrünün tanınmış xanəndəsi, bölgədəki el şənliklərinin əsas, vazkeçilməz iştirakçısı olub və elə oxşar tale yaşayaraq o da avtoqəzada həyatını itirib) əsrarəngiz “Segah”ı səslənir və kadrlarda Ağdamın məşhur “karusel”i, çayxanası göstərilir...

Yəqin elə məlum səbəbdən də 2021-ci ildə torpaqlarımız işğaldan azad olunandan qısa müddət sonra həyatımda birinci dəfə bu müqəddəs torpağa ayaq basarkən gözüm ilk əvvəl məhz həmin kadrlardakı Ağdamı axtarırdı...

Amma tapa bilmədi. Tapa bilməməsi bir yana qalsın, heç izinə-tozuna belə rastlamadı.

Bəli, bu faktdır ki, Qarabağın hər qarışı erməni əsarətində olarkən dağıdılıb, viran günə qoyulub. Füzuli də, Xocalı da, Qubadlı da, digər ərazilərimiz də. Fəqət inanın, Ağdam bir başqaydı. Tam başqaydı. Çox başqaydı. Ağdama sanki nüvə atmışdılar. Ağdamda ağac, kərpic, daş belə qoymamışdılar. Ağdamın asfaltını, sementini, əhəngini də qaşıyıb aparmışdılar. Namərdlər!

Ona görə biz, siyasi partiyalarla bərabər Ağdama etdiyimiz ilk səfərimizdə sadəcə boş torpaq gördük. Altı üstünə çevrilmiş torpaq. Bu başından digər başına yalnız kompasla gedilməsi mümkün olan torpaq!

Və budur. Üzərindən 4 il keçir, növbəti dəfə eyni məkana ünvanlanırıq. Özü də sürət qatarı ilə.

Hər şey ağıla gələrdi, yuxuya girərdi, xəyalımızdan keçərdi, ta sürət qatarı yox da...

Amma güclü Azərbaycan bunu belə reallaşdırdı və o da ayrı bir gerçəklikdir ki, dövlətimiz son zamanlar elə məhz ağlagəlməyən, fantastik, misilsiz və nəhəng layihələrlə, uğurlarla göz oxşayır və hər kəsi heyrətləndirir.

“Yerli sakinlər və gələcəkdə buraya təşrif buyuracaq turistlər kommunikasiya, tranzit problemi yaşamasınlar deyə dəmir yolu və avtovağzal kompleksini eyni məkanda, yanaşı inşa etdik” – Ağdam haqda bizə verilən ilk məlumat bu olur.

Kompleksin ikinci mərtəbəsindən “Sənaye Parkı” – hansı ki, miqyasına görə Sumqayıtdan sonra ikincidir (!) – görünür.

Şəhərin, eyni zamanda şəhərə bitişik kəndlərin tikintisi sürətlə, baş plana uyğun şəkildə, müdhiş dəqiqliklə davam edir. Hətta, deyim ki, məhz səliqəsinə və son dərəcə nizamlı inşaat işlərinə görə mən Ağdamı Ağ Şəhərə çox bənzətdim...

“İmarət” stadionu üçün nəzərdə tutulan yerə baxdıq.

Təsəvvür edin, “Qarabağ” artıq bir neçə il sonra “Bayer”i, “İnter”i, “Çelsi”ni bu əsrarəngiz məkanda qəbul edəcək. Ev sahibi kimi!

Məscidə baş çəkdik. O məscidə ki, 4 il öncə də ziyarət etmişdik və həmin vaxt donuz iyinin qoxusu hələ həndəvərindən çəkilməmişdi. İndi isə... Mənzərə tam başqadır. Minarədən eşidilən azan səsi və onun bir də Qarabağ avazı, boğazı ilə bütövləşməsi həqiqətən insanda ayrı, bənzərsiz bir assosiasiya yaradır...

Zaman bir göz qırpımında gəlib keçdi. Qatar bizi gözləyir. Bakıya dönməliyik.

Yol boyunca mən, artıq təsəvvür, təxmin belə edə bilmirəm ki, 1-2 il sonra buralara qayıtsaq, daha hansı möcüzələrlə baş-başa qalacağıq...

***

Allahverdi Bağırovun, “Fred Asif”in, Şirin Mirzəyevin və cəmi şəhidlərimizin ruhu şad olsun. Artıq arzuları reallaşıb, qısasları alınıb, vətən azaddır!

Ağdamlıların gözü aydın olsun. Məmləkətləri işıq sürəti ilə dirçəlir!

Müzəffər Ali Baş Komandan, qəhrəman Ordumuz, dəyərli qazilərimiz var olsun ki, illərdir qaysaq bağlamayan yaramıza 44 gün ərzində məlhəm tapmağı bacardılar. Azərbaycanı, azərbaycanlıları bəlkə də tarixin ən böyük uğuruna, xoşbəxtliyinə qovuşdurdular...

P.S. Ən sonda mən, Prezidentin Ağdamdakı səlahiyyətli nümayəndəsi, çox hörmətli Emin müəllimə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qarşılanmadan qayıdışa qədər göstərdiyi diqqətə, ehtirama görə. Səmimiyyətinə, sadəliyinə, qonaqpərvərliyinə görə. Əzminə, işgüzarlığına, prinsipiallığına görə.

Ağdamın üzünü ağ etdiyinə görə...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyul 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri