Icma.az
close
up
RU
Xəyanət cəzasız qalmaz Dövlət siyasi sabitliyi təmin etməyə borcludur

Xəyanət cəzasız qalmaz Dövlət siyasi sabitliyi təmin etməyə borcludur

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan siyasi sistemində illərlə davam edən destruktiv mübarizələrin, şəxsi ambisiyaların, radikal çağırışların və manipulyativ ritorikanın nəticəsi nəhayət ki, gözlə görünən mərhələyə çatdı. Əli Kərimlinin həbsi təkcə bir şəxsin hüquqi məsuliyyətə cəlb olunması deyil, həm də Azərbaycan müxalifətinin köhnəlmiş, cəmiyyətə heç bir siyasi dəyər təqdim etməyən modelinin iflasıdır.

Uzun illərdir ki, Azərbaycan siyasətinə süni gərginlik, qarşıdurma və radikallaşma gətirməyə çalışan yanaşmalar, təəssüf ki, “müxalifət” adı altında özünə yer tapmışdı. Əli Kərimlinin həbsi göstərdi ki, dövlət artıq bu tip davranışları sosial-siyasi sabitlik üçün real təhlükə hesab edir və buna qarşı sərt xətt yürüdür.

Əli Kərimlinin həbsi müxalifətdə gözlənilən kimi “solidarlaşma” effekti yaradacaqdımı? Heç nə. Çünki müxalifətin böyük qismi illərdir onun siyasətindən yorulmuşdu. Onun siyasi davranışlarının nəticəsi olaraq müxalifət artıq çoxdan parçalanmışdı.

1. Ənənəvi müxalifət liderlərinin mesajları: Açıq olmasa da, sərt mövqe

Bir çox müxalif partiya sədrlərinin reaksiyasından aydın görünür ki, onlar uzun müddət Əli Kərimlinin “müxalifətin yeganə lideri” formatında davranışından ciddi narazı idilər. Onların açıqlamaları diplomatik olsa da, mesajları çox konkret idi.

Müxalifətin radikallaşdırılması, əməkdaşlıqdan imtina, siyasi proseslərə konstruktiv deyil, destruktiv yanaşma, şəxsi ambisiya naminə siyasi institutların kölgədə saxlanılması artıq öz sonunu gətirib.

Müxalif liderlərin böyük qismi çox yaxşı anlayır ki, Əli Kərimlinin süni qarşıdurma siyasəti Azərbaycan cəmiyyətində heç vaxt dəstək qazanmayıb.

2. Düşünürəm ki, köhnə müxalifətin ləğvi vacibdir.

Azərbaycan siyasətində şəxslərin yaratdığı köhnəlmiş strukturlar artıq heç nə ifadə etmir.

Cəmiyyət radikal şüarlara yox, real siyasi mexanizmlərə ehtiyac duyur və müxalifət institusional şəkildə yenidən qurulmalıdır.

Bu açıqlamalar bir daha təsdiqlədi ki, Əli Kərimlinin siyasi xətti nə müxalifət daxilində, nə də cəmiyyət tərəfindən artıq qəbul edilmir.

Azərbaycan üçün sabitlik bütün avantüralardan üstündür!

Əli Kərimlinin həbsi göstərdi ki, Azərbaycan dövləti artıq destruktiv siyasi xəttə münasibətdə güzəşt mövqeyi tutmaq fikrində deyil. Regionda təhlükəsizlik risklərinin artdığı bir dönəmdə radikal ritorikaya, cəmiyyətin parçalanmasına yönəlmiş siyasi davranışlar qəbulolunmazdır.

1. Dövlət siyasi sabitliyi təmin etməyə borcludur.

Heç bir ölkə radikal çağırışlar üzərində qurulan siyasi strukturlara tolerant yanaşmır. Azərbaycan da istisna deyil. Əgər siyasi fəaliyyət cəmiyyətdə qarşıdurma yaradırsa, siyasi institutların nüfuzuna zərər vurursa, radikallaşma təhlükəsi daşıyırsa, dövlət buna adekvat formada reaksiya verməyə borcludur.

2. Müxalifətin yenidən formatlanması qaçılmazdır!

Əli Kərimlinin həbsi müxalifət üçün yeni reallıq yaratdı. Bu reallıq çox sadədir. Şəxslərə bağlı siyasət bitdi, köhnəlmiş liderlik modeli sıradan çıxdı, cəmiyyət radikal şüarlara yox, real alternativə ehtiyac duyur.

Azərbaycanın gələcək siyasi sistemi yalnız dövlətçiliyi əsas tutan, məsuliyyətli, institusional müxalifət modeli ilə davam edə bilər.

Nəticə etibarilə Azərbaycan siyasətində yeni dövr başlayır!

Əli Kərimlinin həbsi bir şəxsin siyasi taleyi ilə məhdudlaşmır. Bu hadisə Azərbaycan siyasətində radikalizmin iflasını, destruktiv siyasətin sonunu, müxalifətin köhnə modelinin dağılmasını, yeni, dövlətçilik yönümlü siyasi mədəniyyətin formalaşmasını təsdiqləyən mühüm mərhələdir.

Azərbaycan cəmiyyəti illərdir radikal şüarların deyil, məsuliyyətli siyasətin tərəfdarıdır. Bu gün ölkə siyasəti məhz bu istiqamətdə yeni mərhələyə qədəm qoyur.

Politoloq Nicat İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri