Icma.az
close
up
RU
“Dövlətə xəyanət edən heç kim cəzasız qalmayacaq!“

“Dövlətə xəyanət edən heç kim cəzasız qalmayacaq!“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, üç gün öncə Prezident Administrasiyasına uzun illər rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və dövlət çevrilişinə cəhd maddələri ilə cinayət işi açılıb və məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı haqqında qərar verib.

Bu, təkcə hüquqi yox, həm də siyasi və mənəvi baxımdan münasibət bildirlməsi tələb olunan ciddi bir məsələdir. Çünki söhbət sıradan bir şəxsdən deyil, dövlətin ən yüksək idarəetmə pilləsində uzun illər mühüm vəzifələr daşımış bir şəxsdən gedir.

Bəzi adamlar  bu məsələ ilə bağlı açıqlama verməkdən çəkinərək “istintaqın nəticələrini gözləmək lazımdır” kimi mövqelər irəli sürürlər. Əlbəttə, hüquqi proseslərə hörmətlə yanaşmaq vacibdir. Lakin eyni zamanda unutmaq olmaz ki, əgər, Dövlət Təhlükəsizliyi Xidməti bu qədər ağır maddələrlə cinayət işi açıbsa, bu, təsadüfi deyil. Bu, o deməkdir ki, ortada kifayət qədər ciddi faktlar, sübutlar və danılmaz dəlillər mövcuddur.

Əminəm ki, istintaq orqanları qısa müddət ərzində təhqiqatı tamamlayacaq, Ramiz Mehdiyevin və bu məkrli planda əli olan hər kəsin əməllərini ifşa edən sübutları məhkəməyə təqdim edəcək. Məhkəmə isə dövlətə xəyanət etmiş şəxslərə qanunların tələbinə uyğun olaraq ən sərt və ədalətli cəzanı verəcəkdir.

Bu cəza təkcə bir və bir qrup şəxsin məsuliyyətə cəlb olunması üçün deyil, cəmiyyətə açıq və qəti mesaj vermək üçün də vacibdir:

1. Dövlətə xəyanət edən heç kim cəzasız qalmayacaq!

2. Heç kəs dövlətin sabitliyinə və təhlükəsizliyinə qarşı çıxmağı ağlından belə keçirməsin!

3. Dövlətə sədaqət və xəyanət arasında seçim edənlər üçün dövlətin mövqeyi birmənalı və dəyişməzdir!

Digər tərəfdən bu hadisə bir daha göstərir ki, xarici təhlükələrlə uğurla mübarizə aparan dövlətimiz və onun hüquq mühafizə orqanları daxili xəyənatkarların üzə çıxarılmasında da peşəkarlıq, vətənpərvərlik və dövlətə sədaqət nümayiş etdirirlər.

Azərbaycanda heç kim, heç bir qüvvə ictimai və siyasi sabitliyi poza, xalq-hakimiyyət birliyini zədələyə, dövlətin konstitusyon quruluşuna qarşı çıxa bilməz.

Bu cür ağılsız xəyallara düşənlər, xəyanətə yuvarlananlar,  dövlətin daxilində gizlənərək öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutanlar bu gün olduğu kimi sabah da qanun qarşısında cavab verəcəklər.

Azay Quliyev,

millət vəkili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri