Icma.az
close
up
RU
“Xəyanət yanlış ola bilər, amma öldürmək daha böyük yanlışdır” Psixoloq

“Xəyanət yanlış ola bilər, amma öldürmək daha böyük yanlışdır” Psixoloq

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Tovuzda bir kişi həyat yoldaşını xəyanət üstündə qətlə yetirdikdən sonra özünü də öldürüb. Baş verən qadın qətli cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisənin xəyanətə görə törədildiyi iddia edilir və bu səbəbdən bir çox insanlar qətlinə haqq qazandırmağa çalışır. Lakin hər bir halda insan həyatına qəsd etmək heç bir şəkildə əsaslandırıla bilməz.

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Aynur İskəndərova bildirdi ki, cəmiyyətimizin ən böyük problemlərindən biri hadisələri kənardan qiymətləndirməkdir:

"Təbii ki, ailənin içində olmadan, hadisənin birbaşa müşahidəçisi olmadan, vəziyyəti bilmədən fikir bildirmək ən yanlış addımlardan biridir. Ümumiyyətlə, bu, bizim cəmiyyətimizdə insan xarakterinə xas xüsusiyyətlərdən biridir. Hər hansı bir hadisə baş verir və hər kəs öz həyat təcrübəsinə, həyatda gördüklərinə əsaslanaraq fikir bildirir. Yəni insan nə yaşayırsa, nə görürsə, o cür də düşünür. Bu baxımdan hadisə haqqında məlumatı olan insanlar da onu öz təcrübələrinə əsasən qiymətləndirirlər. Təbii ki, bu da yanlışdır. Çünki hadisə haqqında məlumat ən yaxın qohumlardan eşidilsə belə, bir insanın başqasına danışma tərzi tamamilə fərqli olur. Hər bir insan hadisəni fərqli cür qavradığı üçün onu fərqli şəkildə danışır. Buna görə də birinci növbədə demək istəyirəm ki, hadisənin tam mahiyyətini və real vəziyyəti bilmədən fikir bildirmək yanlışdır".

Müsahibimiz əlavə edir ki, ikinci məsələ isə xəyanət mövzusudur.

"Yəni şübhə ola da bilər, olmaya da bilər, amma bütün hallarda insan fikir bildirərkən düşünməlidir. Xəyanət, təbii ki, yanlış davranışlardan biridir. Lakin xəyanətə səbəb olan amilləri də nəzərdən qaçırmamaq lazımdır. Ailədaxili münasibətlərdə, yəni ər-arvad arasında olan münasibətlərdə zamanla soyuqluq yarandıqda, müəyyən münaqişələr baş verdikdə bu münasibətlər zəifləyir və nəticədə tamamilə pozulur. Belə olduqda tərəflərin hər biri ayrı-ayrılıqda öz şəxsi xoşbəxtliyini kənarda axtarmağa başlayır. Təbii ki, bu, yanlış addımdır. Əgər ailə qurmusansa, ailəlisənsə, nikahdasan, bu cür davranış düzgün deyil. Amma ailədaxili münasibətləri, ər-arvad arasında baş verənləri bilmədən kiməsə irad tutmaq və ya kimisə tənqid etmək də olmaz.

Xəyanət yanlış davranışdır, bəli, bu belədir. Amma heç bir insana, hətta yoldaşına belə bir-birini öldürməyə haqq verilmir. Belə bir hal baş veribsə, insan boşana və öz həyatını yenidən qura bilər. Heç nə mümkünsüz deyil. Xoşbəxt olmaq istəyən insan bunun yolunu tapır. Lakin xəyanətə uğradığını düşünsə belə, kimisə öldürmək çıxış yolu deyil. Bu addım həm öz həyatını, həm də övladlarının həyatını məhv edir. Çünki övlad həm anasız, həm atasız qalır. İnsan bu yolla həm özünü, həm övladlarını, həm də yoldaşını məhv etmiş olur. Əlbəttə ki, bu, yanlışdır. Əgər ər-arvad münasibəti tamamilə bitibsə, tərəflər yalnız övladlarının xatirinə münasibəti davam etdirirlərsə, bu halda kişi qadına övladının anası, qadın kişiyə övladının atası kimi yanaşmalıdır. Yəni münasibət bu səviyyədə saxlanılmalı, uşaqların xoşbəxtliyi düşünülərək ana-ata rollarında qalmaq ən doğru yoldur. Mən də belə düşünürəm", - deyə Aynur İskəndərova bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri