Icma.az
close
up
RU
Ən çox kimlər xəyanət edir? Psixoloq riskli peşəni açıqladı

Ən çox kimlər xəyanət edir? Psixoloq riskli peşəni açıqladı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

İnsanların münasibətlərdə xəyanət etmə ehtimalını müəyyənləşdirmək üçün psixoloqlar uzun illərdir sosial və peşəvi faktorları araşdırırlar. 

Qaynarinfo-nun məlumatına görə, amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə qeyd edir ki, insanlarda "xəyanətə kimlər daha meyllidir?" sualına cavab tapmaq istəyi çox güclüdür. Lakin bu sualın cavabı stereotiplərlə deyil, faktlara əsaslanmalıdır.

Trevers 2018-ci ildə tanınmış "Ashley Madison" saytının (əlaqəsi olan evli və ya münasibətdə olan insanlar üçün nəzərdə tutulmuş tanışlıq platforması) keçirdiyi sorğunun nəticələrini təhlil edib. 1000-dən çox istifadəçi arasında aparılan araşdırma zamanı qadınların 23%-nin tibb sahəsində - həkim və ya tibb bacısı – işlədiyi məlum olub. Eyni göstərici kişilər üçün cəmi 5% təşkil edib.

Gecə növbələri, stres və emosional yüklənmə - risk faktorları

"Ashley Madison"un kommunikasiya direktoru İzabella Mayz bu vəziyyəti tibbi işçilərin uzun iş saatları, yüksək stress səviyyəsi və həmin stressə qarşı təbii reaksiya ilə əlaqələndirir.

Bu tendensiya 2025-ci ildə Böyük Britaniyanın "Illicit Encounters" adlı oxşar tanışlıq saytında da təsdiqlənib: orada da ən çox qeydiyyatdan keçən qadınlar arasında tibb bacıları üstünlük təşkil edib.

Bununla belə, Trevers xəbərdarlıq edir ki, bu məlumatlar yalnız bu saytlarda qeydiyyatdan keçmiş könüllü istifadəçilərə əsaslanır və bütün səhiyyə sektoruna aid edilə bilməz: "Bəzi tibb bacıları xəyanət edir, bəli. Amma bu, onların hamısı belədir demək deyil".

Elm nə deyir? - Kişilər daha çox xəyanət edir

Maraqlıdır ki, 2021-ci ildə International "Journal of Environmental Research and Public Health" jurnalında dərc olunan bir tədqiqatda iştirak edən 360-dan çox tibb işçisindən 21%-i xəyanət etdiyini və ya münasibətləri çərçivəsində münasibətdən kənar əlaqədə olduğunu etiraf edib. Onların 80%-dən çoxu kişi həkimlər olub.

Bundan əlavə, kişilər arasında birbaşa iş yerində – növbətçi otaqlarında və ya xəstəxana daxilində – intim münasibətə girənlərin sayı da qadınlarla müqayisədə qat-qat yüksək olub. Xüsusilə təcili yardım və ya reanimasiya şöbələrində gecə növbəsində çalışan şəxslərin xəyanət ehtimalı, qismən işləyənlərlə müqayisədə 18 dəfə çox olub.

Xəyanətin səbəbi peşə deyil, insanın daxili vəziyyətidir

Psixoloq Trevers qeyd edir ki, iş şəraiti və stress yalnız şərait yarada bilər, amma son qərarı insan özü verir: "Xəyanət – ilk növbədə, şəxsin daxili psixoloji konfliktlərinin nəticəsidir. Bu, peşənin deyil, insanın dürüstlük, emosional açıqlıq və münasibətdə səmimiyyətə nə dərəcədə hazır olduğunun göstəricisidir".

O vurğulayır ki, insanları peşələrinə görə etiketləmək təhlükəlidir və bu cür ümumiləşdirmələr sağlam münasibətlərə kömək etmir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri