Icma.az
close
up
RU
Qadın xəyanət edirsə, səbəbi kişidir Psixoloq

Qadın xəyanət edirsə, səbəbi kişidir Psixoloq

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda bir nəfər arvadının xəyanətinə görə onu qətlə yetirib, daha sonra isə özünə qəsd edib. Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri qadının xəyanətə görə öldürülməsini haqlı sayır, bəziləri isə kişiyə “namusunu təmizlədin, bəs niyə özünü öldürdün?” deyərək acıma hissi ilə yanaşır. Bəs belə hadisələri normal qarşılayan şəxsləri potensial qatil hesab etmək olar?

Psixoloq Gülnar Orucova Metbuat.az-a açıqlamasında bildirib ki, toplum psixologiyasına görə insanlar tez-tez gördüklərini adi qəbul edirlər, düşünürlər ki, belə də olmalıdır:
"Bizim cəmiyyətdə isə xəyanət edən qadın adətən ölümə məhkum edilir. Bunu edənlər isə çox vaxt onun yaxınlarıdır. Bəzən atası, qardaşı, qohumu, dayısı belə onu öldürə bilir. Bu, elə bil “Dəli Kür” filmindəki səhnələri xatırladır: xəyanət edən qadına qarşı ən qəddar cəza tətbiq olunur. İnsanların psixologiyası zamanla belə təsirlənib və bugünə gəlib çıxıb ki, xəyanət edən qadını öldürmək lazımdır".

G.Orucovanın fikrincə, bir insan xəyanət edəcəksə, boşanması daha məntiqlidir:

"Mən xəyanət edən heç bir qadına haqq qazandırmıram, səhv edir. Amma boşanmaların sayı günbəgün artır. Yəni bir insan xəyanət edəcəksə, boşansa daha yaxşıdır: boşanar, öz istədiyi, azad, rahat həyata qovuşar və istədiyi kimi, vətəndaş nikahında da, rəsmi evlilikdə də yaşaya bilər. Amma bugün kimsə belə videolar çəkib paylaşırsa, bu, planlaşdırılmış bir ölümdür. Bəzən “affekt” bəhanəsi gətirilir, sonra həmin şəxslər müəyyən müddət dispanserlərdə olub çıxırlar — bu da yolverilməzdir. Kimsənin haqqı yoxdur ki, başqasını öldürsün. Hətta səhv etmiş olsa belə, insanın haqqı deyil ki, belə cəza versin. Azərbaycanda ölüm hökmü ləğv edilib. Buna baxmayaraq insanlar bilmədən, ya da tanımadan deyirlər ki, “xəyanət edən qadını öldürmək lazımdır". Bu halda belə hadisələrin sayı daha da artacaq. Keçmişdə də xəyanət edənlər olub, sadəcə telefonlar yox idi deyə bu hallar sosiallaşmırdı. Amma indi xəbərlər sürətlə yayılır və insanlar bu hallara adi baxırlar".

Psixoloq qeyd edib ki, bir insan öz yaxınını, həyat yoldaşını xəyanətə görə öldürürsə, bu ən böyük ağılsızlıq və səhvdir:

"Mən həmişə deyirəm ki, qeyrətsiz kişinin olduğu yerdə namussuz qadın olar. Əgər bir kişi qeyrətli olarsa, onun xanımı heç vaxt namussuz ola bilməz, əlbəttə istisnalar var. Amma çox hallarda kişinin səhvi ucbatından qadın xəyanətə yol verir. Bəzi qadınlar düşünür ki, həyat yoldaşım xəyanət elədi, mən də ona xəyanət edim. Cəmiyyətdə formalaşıb ki, kişi xəyanət edə bilər, namus yalnız qadına aiddir, amma belə bir dünya yoxdur".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Oktyabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri