Icma.az
close
up
RU
Xəyanətkarın buynuzu olmur ki… REPLİKA

Xəyanətkarın buynuzu olmur ki… REPLİKA

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Adnan Əhmədzadənin əli ilə Azərbaycanın “şah damarı”ndan vurmaq istəyənlər necə yanıldılar?

Sentyabrın 26-da Aİ-yə üzv ölkələrin daimi nümayəndələri Avropa Komissiyasının (AK) təklif etdiyi 19-cu anti-Rusiya sanksiyalar paketini müzakirə edəcəklər. Keçən həftə AK təsdiq ediləcək yeni tədbirləri açıqlayıb. Bunlara Rusiya, Çin və Hindistan şirkətləri üçün ixrac nəzarətinin gücləndirilməsi, Ukraynaya kreditlərin təmin edilməsi üçün Rusiya aktivlərindən istifadə, bank və enerji sektorlarına qarşı tədbirlər, Mir kartlarından istifadə, 2027-ci ildən Rusiyanın LNG idxalına qadağa, ayrı-ayrı şirkətlərə və fiziki şəxslərə qarşı məhdudiyyətlər və digər məhdudiyyətlər daxildir. AK Rusiya bankları və maliyyə institutları ilə, o cümlədən üçüncü ölkələrdə fəaliyyət göstərən banklarla əməliyyatlara tam qadağa qoyulmasını təklif edir. Bundan başqa, sanksiyalardan yayınmada, gəlir əldə etməkdə və Rusiya hərbi sənayesini dəstəkləməkdə iştirak edən iri iqtisadi operatorların, habelə Rusiyanın kredit kartları sistemi və Sürətli Ödənişlər sistemini sanksiyalar siyahısına əlavə etməyi təklif edir…

Qərb ekspertləri Rusiyanın dondurulmuş aktivləri ilə Arktika arasında əlaqənin olması qənaətinə gəliblər. Yeni sanksiyalar Rusiyanın texnologiyalara, o cümlədən süni intellekt və geoməkan məlumatlarına, eləcə də silah istehsalını gücləndirən kritik resurslara çıxışını məhdudlaşdıracaq. Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə görə, "Bura həmçinin Çin və Hindistan da daxil olmaqla xarici təchizatçılardan əldə edilən resurslar daxildir" deyə təhdidlərin siyahısını oxuyub.

Bir sözlə, Avropanın keçmiş baş ginekoloqunun rəhbərlik etdiyi Brüsselin qarşısıalınmaz təxəyyülünün hələ də hazırlaya biləcəyi hər şey, o cümlədən açıq-aşkar oğurluq cəhdləri son qanunsuz sanksiyalar paketinə sıxışdırılır. Brüssel hələ Donald Trampın Çin və Hindistandan gələn mallara ən azı 50% rüsum tətbiq etmək tələbini yerinə yetirməyə hazır deyil, lakin Fransanın xarici işlər naziri Jan-Noel Barrot paketin ABŞ ilə razılaşdırıldığını əmin edir. Macarıstan və Slovakiya, həmişə olduğu kimi, enerji təhlükəsizliyindən qorxaraq müqavimət göstərməyə çalışırlar. Bununla belə, Financial Times-a görə, AK vetosunu ləğv etmək üçün Budapeştin Aİ-nin təxminən 550 milyon avro vəsaitini dondurmağa hazırdır. Görünür, bu, AK-nin fikrincə, Macarıstanın bütövlüyünün qiymətidir. Sövdələşmə davam edir.

Maraqlı sual yaranır, bəs Avropa ölkələri Rusiya istehsalı olan yanacağı haradan alır? Marşrutları izləsək cavabı da asanlıqla tapa bilərik. Məsələ bundadır ki, Avropanın Rusiyadan yanacaq tədarükünü sıfırlamaq tələbi üzərində israrla dayanan, bu məsələdə radikal olan ölkələri bazarlarını rusların üzünə bağlamağa tələsmirlər. Hətta Macarıstan və Slovakiyanın müxalif mövqeyini dəstəkləməkdə davam edirlər. Bəs Rusiya neft və qazı Avropaya hansı yollarla daşınır?

Düşündürücü olduğu qədər, bu sualın cavabı da asandır. Əlbəttə, qanunsuz yollarla, qeyri-leqal üsullarla, başqa adlar, başqa ölkələrin markaları, yarlıqları altında.
Yadınızdadırsa, bu yaxınlarda Avropa ölkələrinə, konkret desək Rumıniya və Çexiyaya satılan Azərbaycan neftində yüksək dərəcəli çirklənmə aşkarlanmışdı. Bu təxribata imzanı kim qoymuşdu? Gümanlar şimal qonşumuzu göstərsə də əlahəzrət fakt ortada yox idi. Araşdırmalara gərək var idi. Soruşa bilərsiniz, niyə Rusiya? Niyə bu ölkə Azərbaycana qarşı “sapotajlıq” etməli idi? Cavabı Moskvanın yürütdüyü işğalçı siyasət səbəbindən Qərbin tətbiq etdiyi 18 sanksiya paketində tapmaq olar. Rusiya varlı Avropa bazarını rəsmi olaraq itirib və onun yerini tutan ölkələri müxtəlif yollarla, təxribatlarla oradan uzaqlaşdırmaq istəyir. Hadisələrin gedişatı onu göstərir ki, bəzi hallarda buna nail olur, amma tam olaraq deyil.

Bu planda Rusiyanın “gizli donanması” da az rol oynamır. Müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərlə daşınan yanacaq əsasən Avropa bazarına doğru hərəkət edir. Bəs “leqallaşdırılmış” yanacaq hansı şirkətlərin, yaxud ayrı-ayrı şəxslərin əli ilə ünvanına çatdırılır? Bu da maraqlı sualdır.

Rusiyanın maraqlarına boyun əyənlər

Dünyada silah satışı guya nəzarət altındadır. Amma statistika göstərir ki, rəsmi, leqal bazarlara nisbətən “qacaq” silah tüccarları bu işi daha geniş şəkildə həyata keçirirlər. Bir tərəfdən dünyada kimin əlində nə qədər silah olduğu barədə rəqəmlər gizlədilir, eyni zamanda bu ticarətdən kimin nə qədər qazandığı da naməlum qalır. Siyasi tərəflərinə gəlincə, kimin kimi dəstəklədiyi də qeyri-müəyyən olur. Yanacaq satışına gəlincə, məqsəd də, siyasət də demək olar ki, eynidir. Rusiyanın sanksiyalardan yayınmaq üsullarında tətbiq olunanlarlar sıtasında qaçaq ticarətə üstünlük verməsi son aylar maliyyə sıxıntısı ilə bağlıdır. Rusiya həm də özünün Avropa bazarında əvəzedilməz olduğunu sübut etmək üçün təxribatın bütün üsullarından istifadə edir. Azərbaycan neftinin çirkləndirilməsi də bunlardan biridir.

…Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsində rəsmi səbəb kimi “İqtisadi təhlükəsizliyə qarşı təxribat və külli miqdarda mənimsəmə” faktları qeyd edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işinin əsas motivi “Azərbaycanın neft məhsullarının keyfiyyətinin aşağı salınması və dövlətə ziyan vurulması”dır. Məlum olur ki, Adnan Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altına düşərək, öz dövlətinə xəyanət edib. O, Rusiya neftinin qaçaq satışında iştirak edib. Rusiyanın xam neft məhsullarını “Azəri Layt” markalı neft məhsullarına qarışdırmaqla satışını təmin edib. Nəticədə Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən “Azəri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib. Bu isə ölkənin ÜDM-nin təxminən 0,9%-nə bərabərdir.

Bu əməl qlobal neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini korlamağa hesablanıb. Bu fakt artıq Avropa rəsmilərinin dilindən də səslənir. Əhmədzadənin Rusiyanın “maxinasiyalarına boyun əyməsi” təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir. Mətbuatdan oxuyuruq: Rusiyanın himayəsinə sığınan, Ukraynanın müstəqilliyinə qarşı çıxan qalmaqallı ekspert/bloger Yuri Podolyak avqust ayının 20-də paylaşdığı statusda “çirklənmiş nef skandalında Rusiya izi” ehtimalını gündəmə gətirir. Bloger sosial şəbəkə postunda Bakının neft ixracında probleminin olduğunu diqqətə çatdırıb. Dəyən zərərin maddi səviyyəsinin yüksək olduğunu bildirib. Qeyd edir ki, Bakının çəkdiyi iqtisadi zərər təxminən 420–770 milyon dollardır: “Bunun əsas səbəbləri Avropalı tərəfdaşların emal etmədiyi 5 partiya neft (350 mln $), “Korlanmış” neftdaşıyan gəminin gözləməsi (70 mln $), Ceyhan terminalından göndərilməyən 6 partiya neft (420 mln $), SOCAR-ın gündəlik 30 mln $ neft qiyməti üstünlüyünün azalmasıdır”.

Adnan Əhmədzadənin bu əməli iqtisadi təhlükəsizliyə qarşı təxribat və külli miqdarda mənimsəmə kimi cinayətlər sayılır. Haqlı olaraq Bakı Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında, DTX-nın aparılan cinayət işi çərçivəsində, Adnan Əhmədzadə bu ittihamlarla üzləşib. İddia olunur ki, “Azeri Light” adlı xam neftə müxtəlif zərərli qarışıqlar qatılaraq keyfiyyəti aşağı salınıb, bu da Azərbaycanın neftinin rəqabət qabiliyyətinə ziyan vurub. Rusiya xeyrinə fəaliyyət, neftin və ya neft məhsullarının Rusiyadan gələn xammal adı altında Avropa bazarına çıxarılması cinayətin əsas tərkib hissəsidir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə kimi cinayət məsuliyyəti onun SOCAR daxilindəki rəhbər vəzifəsində olması və bu vəzifədən istifadə etməklə dövlətə və iqtisadi maraqlara ziyan vurduğu iddia edilir. Qeyd edilir ki, Rusiya nefti “qara bazar” kanalları ilə satılır, Adnan Əhmədzadə bu şəbəkənin elementlərində böyük rol oynayır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət işi açılıb və o, məhkəmənin qərarı ilə ona qarşı 4 aylıq həbs‐qətimkan tədbiri seçilib. Araşdırmalar hələ davam edir, ictimaiyyətə tam sənədləşmiş, məhkəmə nəticəsi verilmiş sübutlar hələ geniş şəkildə açıqlanmayıb.

“Casusluq”, “vətənə xəyanət” kimi ifadələr termini rəsmi ittihamda hələlik qeyd olunmayıb. Amma olmaması da mümkün deyil. Qarışıqların kim tərəfindən, hansı standartlara uyğun olaraq, necə və nə qədər miqdarda əlavə edildiyi barədə konkret laboratoriya, ekspertiza nəticələri ictimaiyyətə tam təqdim edilməyib. Rusiya neftinin “xammal adı altında” satışı iddiası, saxta sənədləşmə var. Ofşor şirkətlərə bağlılıq, xaricdəki əmlak və hesabların kim tərəfindən maliyyələşdirilməsi kimi suallar var.

Bir daha bəlli olur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmaq üçün tam bir struktur olaraq yetişdirilməsi, formalaşdırılması ilə nəticələnib.

V.VƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:15
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see431

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see117

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see116

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri