Xeyirxahlıq adı ilə dələduzluq edən qadına cəza istənildi
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən Samirə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. Dövlət ittihamçısı məhkəmədən Samirə Mirzəyevanın 8 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə hökmün elanını 20 fevrala təyin edib.
Xatırladaq ki, Samirə Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Baxış sayı:119
Bu xəbər 13 Fevral 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















