Xeyirxahlıq missiyası FOTOLAR
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Xəzər Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazırliyi Respublika Qan Bankının birgə təşkilatçılığı sayəsində Xəzər Tibb Mərkəzində qanvermə aksiyası təşkil olunub.
Aksiyada mərkəzin direktor müavini, həkimlər və digər əməkdaşlarla yanaşı, çoxsaylı vətəndaşlar da iştirak edərək könüllü şəkildə qan donoru olublar. Onun təşkilində məqsəd isə talassemiyalı uşaqların və irsi qan xəstəlikdən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan digər xəstələrin qana ehtiyaclarının vaxtında təmin olmasına təmənnasız kömək etməkdir.
Qanvermə prosesi müvafiq tibbi müayinələrlə başlayıb. Belə ki donorların sağlamlıq vəziyyətini öyrənmək üçün zəruri müayinələrdən keçirilməsi prosesi baş tutub və qanverməyə uyğunluqları müəyyən edilib. 100 nəfərə yaxın insan qan donoru olmaq üçün yararlı hesab olunub.
Lazımı işlər görülüb başa çatandan sonra qan götürülməsi prosesi tibbi qaydalara, həmçinin təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.
Aksiya uğurlu alınıb. Mərkəz tərəfindən aksiyada iştirak edən hər kəsə könüllülük təşəbbüsünə və xeyirxahlıq missiyada göstərdikləri dəstəyə görə təşəkkür edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















