Icma.az
close
up
RU
Xeyriyyəçiliyin dəyəri ölçülməz

Xeyriyyəçiliyin dəyəri ölçülməz

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan yalnız öz qayğıları ilə deyil, ətrafındakı insanların yaşadığı çətinliklərlə də maraqlandıqda əsl həmrəyliyin mənası ortaya çıxır. Ehtiyac içində olan birinə dəstək göstərmək, kimsəsiz birinin yanında olmaq hər kəsin bacardığı və seçdiyi yol deyil. Xeyriyyəçilik isə təkcə maddi yardım göstərməklə məhdudlaşmır. Bu, insanın mərhəmətini, vicdanını və başqasına olan məsuliyyət hissini ifadə edən ən dəyərli davranışlardan biridir. Çünki əsl xeyirxahlığın qarşılığı bəzən bir uşağın üzündə yaranan təbəssümdə, bir ailənin yenidən ümidlənməsində, yaxud bir xəstənin həyata tutunmasında görünür. Belə məqamlar göstərir ki, edilən hər bir yaxşılıq cəmiyyətdə insanlıq və həmrəylik duyğusunu da gücləndirir.

Hər il sentyabrın 5-i dünya Beynəlxalq Xeyriyyəçilik Gününü qeyd edir. Bu barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında qəbul edilib. İlk dəfə 2013-cü ildə keçirilib. Əlamətdar gününün sentyabrın 5-də qeyd edilməsinin səbəbi dünyada xeyriyyəçilik və humanizm anlayışının simvollarından birinə çevrilmiş Tereza ananın vəfat etdiyi gündür.

Bu gün təkcə ehtiyacı olanlara əl uzatmaq üçün deyil, həm də insanlığın ən uca dəyərlərini xatırlatmaq üçün bir fürsətdir. Mərhəmət, paylaşmaq və başqasının dərdinə şərik olmaq - bu günün əsas mesajıdır.

Ölkəmizdə xeyriyyəçilik tarixən çox güclü olub. 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində bir sıra böyük xeyriyyəçilər yetişmişdi. Onların fəaliyyəti xalqımızın maariflənməsinə, mədəniyyətinə və sosial rifahına mühüm təsir göstərdi.

Xeyriyyəçiliyin qızıl səhifəsi

Tarixin yaddaşına həkk olunmuş elə adlar var ki, illər keçsə də, nəsillər dəyişsə də, onların xeyirxah əməlləri işığını itirmir. Bu adlardan biri, bəlkə də birincisi Hacı Zeynalabdin Tağıyevdir. Tağıyev yalnız neft milyonçusu deyildi, o, Azərbaycan xalqının maarif yolunda çıraq yandıran böyük bir şəxsiyyət idi. Hacı Zeynalabdin milyonlarla sərvət qazanmışdı, amma sərvət onun cibinə yox, ürəyinə yük idi. O yükü insanlara payladıqca yüngülləşirdi, xalqına xidmət etdikcə özünü ucaldırdı. Onun ən böyük və tarixi addımlarından biri Qızlar məktəbi oldu. O dövrdə qadının təhsil alması, elmə yaxınlaşması çoxlarının xəyalına belə sığmırdı. Amma Tağıyev bu qaranlıq düşüncələrin üzərinə işıq saldı. Həmin məktəb təkcə bir binanın tikilməsi deyildi, Azərbaycan qadınının həyatına açılan qapı, azadlıq və inkişaf yolunun başlanğıcı idi. Hacı Zeynalabdin həm də ucqar kəndlərə məktəb tikdirən, tələbələri xaricə oxumağa göndərən, kasıb ailələrin çörək dərdini yüngülləşdirən bir insan idi. Onun yardımı ilə oxuyan gənclər sonradan xalqın savadlı ziyalılarına çevrildilər.

Publisistik dillə desək, Tağıyevin həyatı insanlıq dərsidir. O, sübut etdi ki, sərvət insanı böyütmür, insan sərvəti böyüdür. Çünki bu gün onun neft quyularından, pullarından əsər-əlamət qalmayıb. Amma onun tikdirdiyi məktəblərdən, açdığı yollarla gedən insanların düşüncəsindən, millətin yaddaşında qoyduğu izdən böyük sərvət yoxdur.

Qayğı və ümid mənbəyi olan Fond...

Müasir dövrümüzdə insanlara qayğı göstərmək, onların həyatını daha rahat və mənalı etmək, gələcək nəsillərə ümid yaratmaq baxımdan Heydər Əliyev Fondunun xeyriyyəçilik sahəsində nümunəvi fəaliyyəti var. Fondun fəaliyyəti müxtəlif sahələri əhatə edir və hər layihədə insanın rifahı ön plana çıxır. Aztəminatlı ailələr, əlillər, tələbələr və yaşlılara göstərilən dəstək Fondun sosial məsuliyyətinin əyani göstəricisidir. Məktəblərə və universitetlərə yönələn proqramlar, təqaüdlər, təhsil layihələri gənclərə yeni imkanlar açır, onların bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Mədəniyyət və incəsənət sahəsində də Fondun rolu böyükdür. Tarixi abidələrin bərpası, sərgilərin və muzeylərin dəstəklənməsi, xalq sənətkarlığının qorunması Azərbaycan irsinin gələcək nəsillərə ötürülməsini təmin edir.

Heydər Əliyev Fondu yalnız yerli səviyyədə deyil, beynəlxalq səviyyədə də fəaliyyət göstərir. Humanitar yardımlar, təbii fəlakətlər zamanı dəstək, qlobal sosial proqramlarda iştirak Fondun nüfuzunu və məsuliyyətini daha da artırır.

Bu xeyriyyəçilik ənənəsi davamlılıq prinsipi üzərində qurulub. Fond insanlara kömək etməklə yanaşı, cəmiyyətin inkişafına, sosial bərabərliyin təmin olunmasına və gələcək nəsillərin rifahına xidmət edir. Onun fəaliyyəti göstərir ki, xeyriyyəçilik yalnız bir yardımdan ibarət deyil, səmimi qayğı, diqqət və insanlara olan hörmət deməkdir.

Heydər Əliyev Fondunun nümunəsi göstərir ki, xeyriyyəçilik ənənəsi davamlı olduqda, cəmiyyətin hər üzvü üçün ümid və dəstək mənbəyinə çevrilir. İnsanlara qayğı göstərmək həm də ölkənin gələcəyinə sərmayə qoymaqdır.

Dünyanı dəyişdirmək bəzən böyük məqsəd kimi görünsə də, böyük dəyişikliklər kiçik addımlardan başlayır. Bir yaxşılıq başqa bir yaxşılığa, bir insanın mərhəməti digərinin ümidinə çevrilə bilər. Bəlkə də buna görə xeyriyyəçilik sadəcə yardım deyil, insanlığın özünü qorumaq üçün yaratdığı ən qədim və gözəl dəyərlərdən biridir...

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri