Icma.az
close
up
RU
Qəhrəmanlıq ömürlə ölçülməz

Qəhrəmanlıq ömürlə ölçülməz

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

​​​​​​"Ölməz qəhrəmanlıq dastanı yazar,
Qanıyla tarixə iz qoyar igid".

Bəzən elə ömürlər olur ki, illərlə yaşansa da, bir alov kimi yanan bir an qədər dəyərli olmur. Lakin bir qəhrəman var ki, ömrü qısa idi, lakin parlaq idi. O, şimşək kimi çaxdı, ildırım kimi guruldadı, qəhrəmanlığı ilə bir gecədə tarix yazdı, əbədi iz qoydu. O, düşmən xofu ilə deyil, öz igidliyi ilə xatırlandı.

Bu gün o qəhrəmanın doğum günüdür. Adını həm cismində, həm ruhunda, həm qəlbində daşıyan igidin – Mübarizin...

Azərbaycanın igid oğlu, şəhid Mübariz İbrahimovun doğum günü bu gün xalqın yaddaşında təkcə bir anım tarixi deyil, həm də əbədi bir qürur günüdür. O, təkcə ailəsinin deyil, bütün Azərbaycanın Mübarizi oldu. Gecənin qaranlığını yara-yara düşmən səngərinə yürüyən qəhrəman torpağı, şərəfi, bayrağı üçün ölümün gözünə dik baxdı.

Mübariz İbrahimovun adı çəkiləndə hər kəsin göz önündə mərdlik, sədaqət və qorxmazlıq canlanır. Çünki o, yalnız döyüşməyib, öz qanı ilə yeni bir qəhrəmanlıq fəlsəfəsi yazıb. Torpaq naminə canından keçənlərin ruhu onu əbədiyyətə qovuşdurdu. Qəlbində nə qorxu vardı, nə tərəddüd – o, sadəcə, Vətənin səsini dinlədi və ona tabe oldu. Onun qəhrəmanlığı təkcə o gecəyə aid deyil, bu torpağın hər daşında, hər nəfəsində yaşayır. Çünki Mübariz kimi igidlər şəhid olsa da, əslində, ölmürlər. Onlar bu torpağın ürəyində döyünən əbədi bir nəbzə çevrilirlər. Hər dəfə dalğalanan bayrağımız, hər dəfə şəhid məzarına qoyulan qərənfillər bu igidlərin xatirəsi ilə bir az daha müqəddəsləşir.

Bu gün Mübariz doğulsaydı, yenə eyni ömür yaşayar, eyni yolu gedərdi. Çünki igidlər üçün yol birdir – Vətən! Onun keçdiyi yol isə, nəinki bugünkü gənclər, gələcək nəsillər üçün də bir mayakdır. O, qılınc kimi iti, dağ kimi möhkəm, od kimi yandıran bir iradə ilə öz adını Azərbaycan tarixinə həkk etdi. Mübariz təkcə öz dövrünün deyil, bütün zamanların qəhrəmanıdır. Çünki qəhrəmanlıq ömürlə ölçülməz, ruhun əbədiliyi ilə ölçülər.

Ruhun şad olsun, Mübariz! Sən bu torpağın igid oğlusan, sənin adın Azərbaycan qədər əbədidir!

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri