Xəzər dənizində ən böyük konteyner qovşağı AÇILDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qazaxıstanın Aktau şəhərində Xəzər dənizində ən böyük konteyner qovşağı vaxtından əvvəl istifadəyə verilib.
Redaktor.az xəbər verir ki, qovşaq Lianyunqanq (ÇXR) limanı və “NC Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC ilə tərəfdaşlıq əsasında “Qazaxıstan Temir Yol” SC-nin (onun törəmə şirkəti “KTZ Ekspress” ASC vasitəsilə) təşəbbüsü ilə tikilib.
Yeni qovşaq tranzit imkanlarının artımını təmin edəcək və Qazaxıstanın “Şərq-Qərb”, eləcə də “Şimal-Cənub” və digər beynəlxalq marşrutlarda mühüm halqa kimi mövqeyini gücləndirəcək. Müasir logistika infrastrukturu, o cümlədən Qazaxıstanda analoqu olmayan qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını xeyli sürətləndirəcək.
Obyektin istifadəyə verilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən 100 000-ci konteynerin gəlməsi ilə əlamətdar olub(report.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 İyun 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















