Icma.az
close
up
RU
Xəzər dənizində kəşfiyyat əməliyyatları: Putin üçün siqnallar TƏHLİL

Xəzər dənizində kəşfiyyat əməliyyatları: Putin üçün siqnallar TƏHLİL

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Rusiya-Ukrayna müharibəsinin hərbi eskalasiya miqyasına təcili şəkildə dəyişiklik edildiyi görünür. Yeni potensial münaqişənin proyeksiyası Qara dəniz və Xəzər dənizinə tutulur”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında analitik Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın Xəzər və Qara dənizlərdəki obyektlərini hədəfə alır, bu fonda isə Moskva Türkiyə gəmilərini Qara dənizdə atəşə tutur. Ancaq Türkiyə tərəfi bunun Rusiyanın etdiyinə dair birbaşa bəyanatlar vermir:

“Bu, ehtiyatlı və təmkinli mövqedir, lakin Türkiyə Rusiyanın təhdidlərinə qarşı da ölçü götürür. Başqa tərəfdən, Ukraynanın ilk dəfə olaraq Aralıq dənizində Rusiya tankerini vurması məlumatları diqqət çəkir. Bu, amil Aralıq dənizindəki güc  bölgüsünə yenidən baxmağı aktuallaşdırır və  həll tapılmasa, Türkiyə və İsrailin geosiyasi qarşıdurmasın üçün əlavə istiqamət açıla bilər.

Çünki dənizlərarası münaqişə riskləri prosesə əlavə gücləri cəlb etməyi hədəfləyən məqsədlərin bir hissəsidir. Ankara burada həlledici qərarlar verməlidir”.

A.Kərimov hesab edir ki, müharibənin quru ərazilərdən su sərhədlərinə keçirilməsi Rusiyanı zəiflətmək, onu Ukraynadakı maksimalist ambisiyalarından çəkindirmək üçün əsas açarlardan biri ola bilər:

“Bu, ABŞ-Rusiya sövdələşmələrinin baş tutduğu bir ərəfədə Qərbin Avropa qanadı ilə Ukrayna arasında Moskvaya qarşı mövqelərin sərtləşməsini ifadə edir. Lakin bu bərkimə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində ikibaşlıdır. Çünki Avropa da Ukraynanın qırmızı xətlərini bütövlükdə müdafiə etmir. Rusiyanın qoca qitədə artan kəşfiyyat fəallığı fonunda ABŞ-nin Avropa üçün təhlükəsizlik çətiri olması məsələsi yenidən aktuallaşır. Donald Tramp bundan istifadə edərək ABŞ-Rusiya sövdələşməsinin iplərini Avropanın da boğazına salmaq istəyir.

Belə bir mənzərədə Ukraynanın Rusiya ərazilərinin dəniz məkanında uğurlu əməliyyatları ABŞ-nin də əslində Moskvaya təzyiq kampaniyasında iştirakı barədə təəssüratlar yaradır. Ona görə ki, ABŞ dəniz əsaslı geosiyasi nüfuzu strateji konteksti üçün çox vacib sayır”.

Aqşin Kərimov: Rusiya İranla Xəzər dənizindəki hərbi əməliyyatlara qarşı müştərək layihə ilə çıxış edilməsini istəyə bilər

Analitikin qənaətincə, Qara dənizdə təhlükəsizlik və geosiyasi bölgülər üzrə rəqabətin güclənməsi Xəzər dənizindəki hadisələrlə sinxrondur. Ukraynanın Rusiyanı Xəzərdə nişan alması İran üçün də ciddi bir siqnaldır:

“Bu cəhətdən Rusiya İranla Xəzər dənizindəki hərbi əməliyyatlara qarşı müştərək layihə ilə çıxış edilməsini istəyə bilər. Bu isə daha təhlükəli geosiyasi andır. Ona görə ki, İranın dəniz əməliyyatlarına cəlb edilməsi geosiyasi cəhətdən zəif düşmüş Tehranın dəniz mövqelərini legitim hədəf halına gətirə bilər.

Rusiya və İranla bərabər Xəzər dənizinin sərhədlərini bölüşən Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında təxirəsalınmaz müzakirələrin başlayacağı da ehtimal olunur. Gümanla, Rusiyanın Xəzər dənizindəki hərbi mövcudluğuna və ya enerji infrastrukturuna təzyiqlər davam etsə, Moskva daha çox Bakı-Astana əməkdaşlığını təqsirləndirməyə bəhanələr axtaracaq. Rusiya dron zərbələri kampaniyasında genişmiqyaslı hücumlarla rastlaşacaqsa, ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı barədə yeni tezislər irəliyə sürə bilər”.

Müsahibimiz diqqətə çatdırıb ki, Ukrayna müharibəsindəki yeni dinamikaların geosiyasi miqyası böyüyür və daha mürəkkəb təhlükəsizlik situasiyası yaranır:

“Bu nüans Rusiyanın müharibəni nə zaman dayandıracağına dair fərziyyələrin yaranmasına səbəb olur. Ancaq Vladimir Putin Ukraynadakı müharibə məqsədlərinə tam çatmaq öhdəliyinə sadiq qaldığını bildirir. Bu o deməkdir ki, Putin Rusiyanın Ukraynadakı ərazi qazanclarının genişlənə biləcəyinə ümid edir. Başqa yandan, Rusiya 2025-ci il ərzində NATO-ya üzv ölkələrin hava məkanlarını pozmaq əməliyyatlarını növbəti ildə daha da aqressivləşdirə bilər.  Üstəlik, nüvə ritorikası psixoloji təzyiq yaratmaq üçün kalibrlənib. Bu cəhətdən Rusiyanın hərbi təzyiqlərlə müharibədən geri çəkilməsi çətin görünür. Alternativ olaraq isə Rusiyadaxili proseslərə diqqət ayrılır və ehtimalla Qərb kəşfiyyat subyektləri arasında Vladimir Putinin hakimiyyətinə təzyiq yaratmaq mexanizmləri hazırlanır. Ukraynanın Rusiya ərazi hüdudlarında apardığı əməliyyatlar da hərbi planlamadan çox, kəşfiyyat alətləri ilə hazırlanan ssenarinin icrasına bənzəyir. Nəzərdə tutulan mesaj budur ki, Rusiya eskalasiyanı böyütdükcə, Vladimir Putin hakimiyyətinə qarşı risklər yaranacaq. Vladimir Putinin legitimlik məsələsi Rusiya elitasındakı rəqabətin miqyasında həssaslaşacağı təqdirdə, Moskva müharibə məqsədlərini yumşalda bilər”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see131

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri