Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Xəzər dənizi milli sərvətimizdir TƏHLİL

Xəzər dənizi milli sərvətimizdir TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Biz bir millət olaraq xoşbəxtik ki, ölkəmizin böyük yeraltı –yerüstü sərvətləri, füsünkar, göz oxşayan təbiəti, iri su hövzəsi olan çayları, gölləri və dənizi var. Xüsusilə də, Xəzər dənizi milli sərvətlərimiz arasında ən dəyərlisi hesab olunur. Çünki, Xəzər dənizi təkcə su hövzəsi deyil, həm də iqtisadi inkişafımıza mühüm töhfələr verən neft və qaz yataqları ilə də zəngindir, balıq və balıq məhsulları ilə xalqımıza, dövlətimizə firavan həyat bəxş edir. İstirahət üçün Xəzər dənizinin sahilləri ən ideal yer hesab olunur. Hər bir yaradıcı insan Xəzər dənizinin qızıl qumlu sahillərində daha çox vaxt keçirməyə, fikrə dalmağa, düşüncələr içində var-gələ etməyə çalışır. Çünki dəniz onun düşüncələrinə qol-qanad verir, ilhamlandırır. Azərbaycan folklorunda Xəzər təkcə coğrafi məkan yox, həm də ruhi-mədəni kodun bir parçasıdır. Aşıq poeziyasında, dastanlarda və el sənətində Xəzərin coşqusu, sərtliyi, sükunəti insanın ovqatını ifadə edən bənzətmələrlə doludur. Xalq şairi Süleyman Rüstəm şeirlərinin birində deyirdi:

Eşqi var, qanı var mənim canımda,

Dalğası dillənir həyəcanımda,

Xəzərsiz keçməyib bircə anım da,

Öləndə məzarım Xəzərim olsun.

Bütün bu və digər səbəblərə görə, birmənalı şəkildə demək olar ki, Xəzər dənizi həyatımızın, yaşayışımızın bir hissəsidir, bizə çox doğmadır, əzizdir. Xəzər dənizinin sahillərində 5 dövlət yerləşib. Azərbaycan Respublikası, Rusiya Federasiyası, Türkmənistan Respublikası, Qazaxıstan Respublikası və indiki fars-molla rejimi. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Xəzəryanı dövlətlərin sayı beşə çatmış oldu. Bundan sonra Xəzər dənizinin hüquq statusunun müəyyənləşməsi məsələsi ortaya çıxdı. 2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu məsələsi həll edildi.

Xəzər dənizi özündə tarixin qaranlıq sirlərini yaşadır

Xəzər dənizinin sahəsi 371 min kvadrat kilometrdir. Uzunluğu şimaldan cənuba 1204 kilometr, orta eni 320 kilometrdir. Orta dərinliyi 184 metrə çatır. Sahil xətlərinin uzunluğu 7 min kilometrdir. Ən dərin yeri Lənkəran rayonu yaxınlığındadır -1030 metr. Xəzərin şimal və qərb sahillərində su dayazlaşıb bu da, dənizin içindəki bioloji müxtəlifliyə, su dövranına, hətta balıqçılıq potensialına birbaşa təsir edir. Xəzərə 130-dan çox çay axır ki, onların sırasında Kür, Terek, Sulak, Samur, Səfidrud, Ural, Emba, Volqa və digər çaylardır. Bu fakt onu deməyə əsas verir ki, Xəzər dənizi dünyanın ən iri su hövzəsidir. Bəzi yazılı məlumatlara görə, Xəzər dənizi bölgənin bəzi dənizləri ilə bitişik olub, xüsusi ilə Qara dənizlə. On altıncı əsrdə baş verən güclü zəlzələlər nəticəsində yerin təkində dərin qabarmalar baş verib, nəticədə Qara dənizlə Xəzər dəniz ikiyə bölünüb. Müxtəlif dövrlərdə dəniz fərli adlarla adlandırılıb. Məsələn, Kaspi, Ağcaqıl, Hünların adı ilə Huna və nəhayət Xəzər adlandırılmışdır. Qədim Çin mənbələrində Xəzər dənizi Si Hay, yəni Qərb dənizi adlandırılmışdır.

Xəzərin dəniz və ya göl adlandırılması mübahisə mövzusu yaradıb. Dəniz adlandırılması siyasi faktorla əlaqələndirilir. Çünki hidroloji baxımdan Xəzər qapalı su hövzəsidir və okeanla əlaqəsi yoxdur. Dənizin sularının tərkibi bəzi yerlərdə demək olar ki, şirindir, bəzilərində isə duzluğa yaxınlaşır. Bu xüsusiyyətlər Xəzəri digər böyük göllərdən fərqləndirir və təbiətinə xüsusi rəng qatır. 130 yaxın çayın Xəzərə axması onu həm də təsdiq edir ki, Xəzər dənizdir. Tarixən Xəzər dənizi Avropa, Asiya tədqiqatçılarının, səyyahlarının heyranlıqla izlədikləri, müşahidələr, tədqiqatlar apardıqları dəniz olub. Qədim yunan tarixçiləri Xəzər dənizinə “Hyrcanian dənizi” deyirdilər. XIII əsrdə Mərcozi, Abul Fida kimi coğrafiya alimləri Xəzərin xəritəsini çəkiblər və dənizin su səviyyəsinin dövri dəyişmələrini qeyd ediblər. Xəzər dənizi haqqında maraqlı antik dövr yunan və Roma mənbələrində rast gəlinir. Bu nöqteyi-nəzərdən ilk növbədə I Daranın zamanında Kiçik Asiyanın Milet şəhərində yaşamış qədim yunan tarixçisi və coğrafiyaçısı Miletli Hekateyin (e.ə. 546-480-ci illər) əsərlərini qeyd etmək lazımdır. Xəzər haqqında müxtəlif əfsanələr də yaranıb: onun sularında batmış qədim şəhərlər, sualtı sərvətlər və qəribə canlılar barədə xalq arasında miflər dolaşıb.Ən çox tarixi kitablarda, salnamələrdə qeyd olunan məlumatlar isə Xəzər dənizi sahillərində xəzərlərin, hunların yaşaması olmasıdır. Məhz Hun imperatoru Atilla Xəzər dənizi sahillərində imperiyasını qurmuş və Bakıya yaxın ərazilərdən Romaya hücum edib, qədim imperiyanı vergi verməyə ödəməyə məcbur etmişdir. Bu ərazilərdə həm də Xəzər xaqanlığı mövcud olmuşdur. Xaqanlığın tarixin ən qüdrətli dövlətlərindən olmasını sübut edən faktlar mövcuddur. Xəzərlərin sərhədlərindəki xalqlar və dövlətlər ilə sıx əlaqələri olmuşdur. Xəzərlər Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələr qurmuşlar, slavyan qəbilələrini və İdil-bulqarlarını öz hakimiyyətləri altına almışlar. Xəzər-ərəb əlaqələri isə ən çox müharibə şəklində olmuşdur. İlk toqquşmalarda üstünlük xəzərlərin əlində olsa da, ərəb orduları VIII yüzillikdən sonra xəzərlər üzərində qələbələr əldə etməyə başlamışlar. Nəhayət, 737-ci ildə Xəzər xaqanı ərəblərdən sülh istəmiş və bundan sonra xəzərlər arasında İslam dini yayılmağa başlamışdır.

Xəzər dənizinin xüsusiyyətləri

Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır. Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometeoroloji proseslərdir. Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m, son 200 ildə 3.5 m təşkil etmişdir. Xəzər dənizinin səviyyəsində həmçinin fəsli dəyişmələr müşahidə olunur ki, onun qiyməti 30-40 sm intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust aylarında, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır. 2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır. Son 3 ildə dəniz səviyyəsində stabilləşmə qeydə alınır. Belə ki, səviyyədə müşahidə olunan müntəzəm enmə 2015-ci ildən dayanmış və bu 3 il ərzində Xəzər dənizinin səviyyəsi Baltik sistemi ilə -27,67 m-ə bərabər olmuşdur. Xəzər dənizinin və onun təbii sərvətlərinin qorunması, ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyevin Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərman və Sərəncamlar bunun bariz nümunəsidir.

Xəzər dənizi sahillərində ekoloji vəziyyətin yaxşılaşması, çirklənmənin aradan qaldırılması və digər problemlərin həll edilməsi istiqamətində daim Azərbaycan dövləti, müxtəlif QHT-lər, ekoloqlar səmərəli təklif və ideyalarla çıxış ediblər. Hətta Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirlən COP29 çərçivəsində Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul edildi. Həm də COP29 tədbir çərçivəsində Xəzərlə bağlı önəmli razılıqlar da əldə olundu. Belə ki, COP29-da təşkil edilmiş Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib. Toplantıda Azərbaycanın, Qazaxıstanın, Rusiyanın, Türkmənistanın və indiki Fars-molla rejiminin nümayəndələri, dövlət rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən təqdim olunan, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabatda dənizdə iqlim dəyişmələri və antropogen təsirlər fonunda ciddi problemlərin yarandığı göstərilib. Qeyd olunub ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin bundan sonra da enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Əks halda dənizdəki ekosistemlərin məhvi, sahilyanı ərazilərdə əhalinin yaşayış yerlərini tərk etməsi, Xəzər sahillərindəki ölkələrin iqtisadiyyatlarının təhlükə altına düşməsi qaçılmaz olacaq. Bütün bunlar onun nişanəsidir ki, Xəzərdəki böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək milyonlarla insanın gündəlik həyatında mənfi rol oynayır.

Bir sözlə, Xəzər dənizi bizim doğmamızdır, əzizmizdir. Onu qorumaq, mühafizə etmək hər bir kəsin müqəddəs borcu olmalıdır. Bu işi yerinə yetirməklə keçmişimizə dəyər, bu günümüzə hörmət, gələcəyimizə rəğbət nümayiş etdirmiş oluruq. Unutmaq olmaz ki, işıqlı insanlarımız, ziyalılarımız - öləndə məzarım Xəzərim olsun-deyir.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see495

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see300

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see243

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see240

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see233

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see233

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see224

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see216

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see210

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see196

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see190

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see188

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see181

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see180

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see174

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see172

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see166

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see160

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri