Icma.az
close
up
RU
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... TƏHLİL

Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... TƏHLİL

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Xəzəryanı ölkələrin hamısında bunu müşahidə etmək mümkündür. Vəziyyət həqiqətən SOS siqnalı veriləcək səviyyədədir. Sadəcə dənizkənarı bulvara, ya da sahil xətti olan istənilən əraziyə gedib baxdıqda reallığı görmək olur.

Doğrudur, bu, ilk başda ekoloji və ya iqlim problemi kimi görünə bilər. Tarixə nəzər saldıqda Xəzərdə suyun səviyyəsinin müəyyən zamanlarda dəfələrlə aşağı düşdüyünü və ya tam tərsinə yüksəldiyini görürük. Lakin son illərdə müşahidə edilən tendensiya heç də ekoloji iqlim problemi deyil, birbaşa siyasi və geosiyasi maraqlar naminə atılan hiyləgər və uzaqgörən addımdır.

Heç şübhəsiz, bu prosesin pərdə arxasında duran ölkə Rusiyadır. Məsələ ondadır ki, Xəzər dənizini (gölünü) suyla təmin edən başlıca çaylar var: Volqa, Ural, Kür, Terek və Sulak. Rusiya bu çaylardan ən əsasları Volqa, Ural və Terek çaylarına nəzarət edir. Son illərdə isə Xəzərin şimal hissəsindəki su axınlarını, xüsusən də Volqa çayını tənzimləyən su anbarları və hidrotexniki qurğular vasitəsilə dənizin səviyyəsinə dolayısı ilə nəzarət edir. Bu qurğuların istismar rejimi son illərdə dəyişdirilib. Enerji hasilatında prioritetlərin artması suyun Xəzərə axınını azaldır. Başqa sözlə, su enerji resursuna çevrilib.

Digər tərəfdən, Volqanın suyunun yönləndirilməsi həm elektrik istehsalı, həm də Volqa–Don kanalının logistik əhəmiyyəti ilə bağlıdır. Bundan başqa, Rusiya üçün Xəzərin səviyyəsinin azalması yeni hərbi və enerji imkanları yaradır. Dənizin çəkilməsi ilə bəzi dayaz sahələrdə neft və qaz yataqlarına çıxış asanlaşır. Hətta bir sıra rus enerji şirkətləri üçün bu, texniki baxımdan sərfəli sayılır, çünki dərinlik azaldıqca dəniz yataqlarında hasilat xərcləri də aşağı düşür. Lakin belə bir hal Xəzərin təbii dövranını pozur. Moskva bunu çox yaxşı bilir.

Kreml bu prosesdən siyasi divident götürməyi hesablayır. Məlum olduğu kimi, son illərdə Rusiyanın Azərbaycanla münasibətləri heç də yaxşı deyil. Yaxın tarixdə münasibətlərin düzəlməsi də gözlənilmir. Bakının açıq-aydın şəkildə Moskvadan çəkinməməsi Rusiyada narahatlıq yaradır. Çünki bu, mərkəzi Asiya ölkələri üçün örnək ola bilər. Prinsipcə, Özbəkistan da Azərbaycanın tutduğu xətti izləyir. Qazaxıstan isə balansı hələlik qoruyur. Türkmənistan da qapalı rejimi ilə prosesə vecsiz görünsə də, diqqətlə izlədiyi məlumdur.

Rusiya regiondakı qonşuları, xüsusilə Qazaxıstan, Türkmənistan və Azərbaycan üçün yeni asılılıqlar yaradır. Belə ki, Xəzərin quruması hər şeydən öncə sadalanan ölkələrin liman infrastrukturuna zərbə vurur. Bu da Moskva üçün strateji üstünlük yaradır. Başqa sözlə, Keml bu yolla özünən iqtisadi asılılığı artırır, çünki Rusiyanın şimal limanları və dəmir yolu xətləri alternativ marşrut kimi önə çıxır.

Bu mənzərə fonunda Rusiya üçün Xəzərin təbii ekosisteminin qorunması prioritet deyil. Əksinə, Moskva dənizi enerji və nəqliyyat resurslarının geosiyasi aləti kimi görür. Bu səbəbdən də Xəzərin səviyyəsinin süni şəkildə aşağı salınması həm enerji siyasətinə, həm də regionda qüvvələr balansına xidmət edir.

Təəssüf ki, problemlər bununla bitmir. Son illərdə böyük ölçüdə həllini tapan Xəzərin hüquqi statusu problemi yenidən aktuallaşa bilər. Əgər suyun səviyyəsi azalar və müəyyən sahələr tamamilə quruyaraq quru torpağa çevrilərsə, bu, dövlətlərin sərhəd delimitasiyasına yeni problemlər gətirəcək. Məsələn, bir dövlətin sahilində dəniz suyunun çəkilməsi ilə əvvəl yalnız dəniz torpağı sayılan sahələr artıq quru torpaq kimi görünəcək. Bu torpaqların kimin suverenliyi altında olduğu, hansı dövlətin iqtisadi zonasına aid olduğu suverenlik və sərhəd məsələlərini mürəkkəbləşdirir.

Əlavə olaraq, Xəzərin dərinliyi və sahil xəttinin dəyişməsi enerji resurslarının istismarına, neft və qaz yataqlarının paylanmasına təsir edir. Bu da yalnız suyun səviyyəsi azaldığı üçün yaranan quru torpaqlarını hüquqi baxımdan tənzimləməyə ehtiyacı olan bir sahəyə çevirir. Dövlətlər arasında həm sərhəd mübahisələri, həm də iqtisadi hüquqların bölgüsü məsələsi daha mürəkkəb hala gəlir.

Qısaca desək, Xəzərin quruması tək ekologiya və nəqliyyat üçün deyil, həm də dövlətlərin suverenliyi və hüquqi statusu üçün ciddi təhdidlər yaradır.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dənizin sürətlə kiçildiyini vurğulayıb və səbəbin təkcə iqlim dəyişikliyi olmadığını deyib. Qazaxıstan lideri Kasım-Jomart Tokayev də “ŞƏT Plus” sammitində eyni mövzuya toxunaraq dənizin ekoloji taleyi ilə bağlı çağırış edib.

Göründüyü kimi, uzun müddətdir anonsu verilən “su savaşları” gözləniləndən tez başlayır. Özüdə regionumuz bu müharibənin mərkəz cəbhəsidir. Rusiya bu addımı ilə ilk daşı atmış oldu.

Turan Rzayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri