Icma.az
close
up
RU
“Roshidromet”: Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi davam edəcək

“Roshidromet”: Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi davam edəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva, 4 sentyabr, AZƏRTAC

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yaxın 3-5 il ərzində də davam edəcək. Bu barədə “Roşidromet”in rəhbəri İqor Şumakov Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (CASPCOM) Sankt-Peterburqda keçirilən sessiyasında bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, son on ildə Xəzər dənizində suyun səviyyəsi iki metrə qədər enib və bu, region üçün kritik hadisədir. Eyni zamanda, əvvəllər olduğu kimi, bir neçə ildən sonra suyun səviyyəsinin qalxacağı da hələ məlum deyil. Bu təşkilatın, həmçinin digər Xəzəryanı ölkələrin alimləri və mütəxəssisləri dayazlaşma prosesinin müddətini müəyyən etmək və region iqtisadiyyatının davamlı inkişafı üçün nəticələr hazırlamaq məqsədilə iqlim modelləri yaradırlar.

İ.Şumakov vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin azalması qlobal iqlim dəyişikliyini əks etdirir, Şimal yarımkürəsində iqtisadiyyata, eləcə də vətəndaşların həyat və sağlamlığına ziyan vuran təhlükəli hidrometeoroloji hadisələrin sayının artması ilə müşayiət olunur.

CASPCOM-un sessiyası sentyabrın 4-5-də Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın milli hidrometeorologiya xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilir. Proqrama Xəzər dənizinin hidrometeorologiyası sahəsində milli fəaliyyətin vəziyyəti və inkişaf perspektivlərinə dair hesabatların təqdimatı daxildir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri