Icma.az
close
up
RU
Xəzərin ekologiyasının qorunması üçün “Xəzər Evi Platforması” yaradılacaq AZƏRTAC

Xəzərin ekologiyasının qorunması üçün “Xəzər Evi Platforması” yaradılacaq AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da COP29 çərçivəsində “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçən tədbirdə Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Xəzərin problemlərinin həlli istiqamətində QHT-lərin təşəbbüskarlığını yüksək qiymətləndirib.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim Xəzər dənizinin mühüm geostrateji əhəmiyyət daşıdığını, onun üzləşdiyi çağırışların qlobal məzmuna malik olduğunu qeyd edib.

Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin rəhbəri Vladimir Qrebnev bildirib ki, Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir, onun üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai, Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərini ən vacib məsələlərdən biri kimi qəbul etdiyini, bu istiqamətdə fəal iş apardığını vurğulayıblar.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova ilk dəfə Xəzərin ekologiyasına dair hazırlanmış virtual muzeyi auditoriyaya təqdim edib.

Daha sonra konfrans panel müzakirələrlə davam edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən "Xəzər dənizinin hazırkı ekosistemi: perspektivlər, təhdidlər və həll yolları” adlı birinci paneldə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun tədqiqatçı-alimi Vaqif Məmmədov təqdimatla çıxış edib. Bildirib ki, Xəzər dənizi yeraltı çaylarla, digər su hövzələri ilə əlaqədardır, bunu onun canlı aləmində gölə xas olmayan canlılara rast gəlinməsi də nümayiş etdirir. V.Məmmədov qeyd edib ki, Xəzər dənizi barəsində akademik tədqiqatlar gücləndikcə, onun haqqında xeyli yeni məlumatlar ortaya çıxacaq.

Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Rusiya Federasiyasının Əməkdar ekoloqu Sergey Mixayloviç Alekseyev, BMT-nin eksperti Aleksey Kokorin, Qazaxıstanın “Eko Mangistau” İctimai Birliyinin sədri Kirill Vladimiroviç Osin mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərovun moderatorluğu ilə keçirilən "Xəzəryanı ölkələrin vətəndaş cəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar" adlı ikinci paneldə Qazaxıstan Ekoforumunun rəhbəri, Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti İqlim Şəbəkəsinin sədri Svetlana Mogilyuk, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyev, Rusiya Federasiyasının Çelyabinsk Dövlət Universitetinin Su qruplaşmaları laboratoriyasının müdiri Korlyakov Konstantin Aleksandroviç, Türkmənistanın Təbiəti Mühafizə Cəmiyyətinin (“Tebigy Kuwwat”) rəhbəri Berkeli Atayev müxtəlif təqdimatlarla çıxış ediblər. Yekunda Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasının qorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər Evi Platforması”nın yaradılmasını qərara alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see186

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see168

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see162

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see158

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see154

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see151

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see151

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see131

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see131

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see128

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see127

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see124

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see124

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri