Icma.az
close
up
RU
Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda idmanın inkişafı, bu sahədə infrastrukturun qurulması, idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Azərbaycan Prezidenti İlham Əliyevin yenidən MOK-un rəhbəri seçilməsi barədə danışarkən deyib.

Prezident İlham Əliyevin 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini xatırladan X.İsayev dövlətimizin başçısının həmişə Azərbaycan idmançılarına diqqət və qayğı göstərdiyini bildirib: “Bizim üçün başqa alternativ ola bilməzdi. O, ölkəmizdə Olimpiya hərəkatına başçılıq etdikdən sonra idmanda böyük uğurlar qazanılıb. Azərbaycan idman ictimaiyyəti buna görə özünü xoşbəxt hiss edir. Sevinirik ki, ölkə başçısı yenidən MOK-un prezidenti seçildi. Nüfuzlu turnirlərdə idmançılarımızın qazandığı böyük nailliyyətlər, ölkəmizdə mötəbər yarışların təşkili prezident İlham Əliyevin idman sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsidir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bütün milli idman federasiyalarında kütləviliyin təmin olunması hər zaman qarşımıza məqsəd kimi qoyulub. İstənilən idman cəmiyyəti və qurumları öncə Azərbaycan gənclərinə sağlam həyat tərzini təşviq edir, onların idmanla yaşaması və böyüməsi üçün addımlar atır”.

O, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və keçmiş voleybolçu Alla Həsənovanın MOK-un İcraiyyə Komitəsinə (İK) üzv seçilməsinə də toxunub: “Düşünürəm ki, onların komitədə olması çox düzgün qərardır. Digər tərəfdən, bu qərar MOK-un gender məsələsinə önəm verdiyinin göstəricisidir. İnanıram ki, veteran idmançılarımızın MOK-da görəcəyi işlər Azərbaycanın həm cüdoda, həm də voleybolda inkişafına təkan verəcək”.

MOK rəsmisi karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayevlə sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçısı, 3 qat dünya, 4 qat Avropa çempionu Hacı Əliyevi Milli Olimpiya Hərəkatının yeni üzvləri seçilmələri münasibətilə təbrik edib: “Çox xoşdur ki, artıq onlar da bizim sıralarımızda yer alacaq, bundan sonra bütün fəaliyyətlərimizdə yaxından iştirak edəcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri