Icma.az
close
up
RU
“Xəzər” jurnalının 2 ci sayı işıq üzü görüb

“Xəzər” jurnalının 2 ci sayı işıq üzü görüb

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Dillər Universitetinin (ADU) nəşri olan, Azərbaycan tərcümə sənəti tarixində mühüm rolu ilə seçilən ixtisaslaşmış “Xəzər” tərcümə, ədəbiyyat və mədəniyyət jurnalının 2025-ci il üzrə 2-ci sayı işıq üzü görüb.

Yeni sayda oxuculara müxtəlif regionların ədəbiyyat nümunələri təqdim olunur. Şərq mədəniyyəti bölməsində Nəriman Əbdülrəhmanlının tərcüməsində böyük türk yazıçısı və ictimai xadimi Ahmed Hamdi Tanpınarın “Beş şəhər” kitabının Ankara ilə bağlı bölümü dərc edilib.

Avropa ədəbiyyatı bölməsində Xalq yazıçısı Kamal Abdullanın tərcüməsində rus “Gümüş dövrü” şairlərinin əsərlərindən seçmələr, Etimad Başkeçidin tərcüməsində Ukrayna yazıçısı Nikolay Qoqolun “Nevski prospekti” povesti, Yaşarın tərcüməsində Anton Çexovun “Böyük yolda” pyesi və Fəxri Uğurlunun “Rotşildin skripkası” əsəri haqqında “Qənaətin Yakov düsturu” adlı məqaləsi təqdim olunub.

Amerika ədəbiyyatından isə Saday Budaqlının tərcüməsində Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanının əvvəli, Mahir N. Qarayevin tərcüməsində Mario Benedettinin hekayələri və Freddi Nyanyesin “Ev” poeması, Ofeliya Məmmədovanın tərcüməsində Rey Bredberinin “Heç kəsin gəlmədiyi şəhər” əsəri oxuculara təqdim edilir.

Jurnal həmçinin tərcümə sənətinə dair elmi və publisistik yazılarla da zəngindir. “Tərcümə sənətinin gələcəyi: gerçəkliklər və mülahizələr” rubrikasında professor Telman Cəfərov, filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, Nəriman Əbdülrəhmanlı və Etimad Başkeçid mülahizələrini bölüşüblər. Bundan əlavə, “Tərcüməçinin xartiyası”, Xose Orteq-i-Qassetin “Tərcüməçinin yoxsulluğu və dəbdəbəsi” essesi, C.Yusiflinin “Bilinqvist mətn arxeologiyası” məqaləsi, polyak tərcüməçisi Danuta Çmelovska ilə müsahibə, ukraynalı şair və tərcüməçi Mikola Miroşniçenko ilə bağlı xatirə, eləcə də tərcümə aləmindən maraqlı xəbərlər yer alıb.

Qeyd edək ki, jurnalın məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru isə yazıçı-tərcüməçi Etimad Başkeçiddir. Redaksiya heyətinə Saday Budaqlı, Mahir N. Qarayev, Nəriman Əbdülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallı daxildir.

Jurnalın Beynəlxalq Şurasında Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan) və Orxan Aras (Almaniya) təmsil olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri