Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Türkologiya” jurnalının xüsusi sayı işıq üzü görüb

“Türkologiya” jurnalının xüsusi sayı işıq üzü görüb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan türkologiyasının ən nüfuzlu elmi nəşrlərindən biri olan "Türkologiya" beynəlxalq elmi jurnalının 2026-cı il üzrə 1-ci sayı nəşr olunub. Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan bu buraxılış Birinci Türkoloji Qurultayın (1926–2026) 100 illik yubileyinə həsr edilməsi ilə xüsusi əhəmiyyət daşıyır.

1970-ci ildən nəşr olunan və ildə iki dəfə işıq üzü görən "Türkologiya" jurnalı ötən yarım əsrdən artıq müddətdə türk dilləri, ədəbiyyatı, tarixi, mədəniyyəti, folkloru və ümumilikdə türkoloji elmin aktual problemlərinin araşdırıldığı mötəbər beynəlxalq elmi platforma kimi tanınır. Müxtəlif ölkələrin aparıcı alimlərini bir araya gətirən jurnal türk dünyasının elmi inteqrasiyasına, ortaq elmi mühitin formalaşmasına və türkoloji tədqiqatların inkişafına mühüm töhfələr verir.

2026-cı ilin ilk nömrəsinin məhz I Türkoloji Qurultayın 100 illiyinə həsr olunması təsadüfi deyil. 1926-cı ilin fevral–mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi fikir tarixində dönüş nöqtəsi hesab olunur. Qurultay türk dillərinin öyrənilməsi, ortaq əlifba məsələsi, dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya və tarix elmlərinin inkişafında yeni mərhələnin əsasını qoymuş, türk dünyasının görkəmli ziyalılarını vahid elmi platformada bir araya gətirmişdir.

Jurnalın yubiley nömrəsində Azərbaycan və Türkiyənin tanınmış alimlərinin bu mövzuya həsr olunmuş fundamental araşdırmaları dərc olunub. Akademik İsa Həbibbəylinin "Birinci Türkoloji Qurultayın qurucuları, dərsləri və müasirlik" adlı məqaləsində qurultayın təşkili, ideya əsasları və bugünkü türk dünyası üçün əhəmiyyəti geniş şəkildə təhlil edilir. Akademik Nizami Cəfərov Dağıstan və Şimali Qafqaz türklərinin qurultaydakı iştirakını araşdırır, professor Nadir Məmmədli isə uzun illər qapalı qalmış məxfi arxiv sənədləri əsasında I Ümumittifaq Türkoloji Qurultayının yeni elmi mənzərəsini təqdim edir.

Professor Mahirə Hüseynovanın məqaləsində Anadolu-Balkan türkləri ədəbiyyatının öyrənilməsində Qurultayın rolu araşdırılır. Türkiyəli alim Mustafa Öner 1926-cı il Bakı Türkoloji Qurultayında Türkiyə nümayəndə heyətinin fəaliyyəti və tarixi missiyasını elmi faktlarla təqdim edir. Professor Baba Məhərrəmli isə görkəmli türkoloq Bəkir Çobanzadənin Qurultaydakı fəaliyyətini araşdırır.

Professor Rüfət Rüstəmovun "Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyəti" adlı məqaləsində I Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Müəllif Qurultayın təşkil olunmasına gətirib çıxaran ictimai-siyasi və elmi amilləri təhlil edir, onun türk dillərinin öyrənilməsi, ortaq elmi terminologiyanın formalaşdırılması, əlifba islahatı, dilçilik, ədəbiyyatşünaslıq və digər türkoloji istiqamətlərin inkişafına verdiyi töhfələri faktlar əsasında araşdırır. Məqalədə Qurultayın yalnız dövrünün ən möhtəşəm elmi toplantılarından biri deyil, həm də türk xalqları arasında elmi əməkdaşlığın və inteqrasiyanın möhkəmlənməsinə xidmət edən tarixi hadisə olduğu vurğulanır. Professor Rüfət Rüstəmov eyni zamanda Qurultayın qəbul etdiyi qərarların sonrakı onilliklərdə türkoloji elmin inkişafına, milli-mədəni özünüdərk prosesinə və türk xalqları arasında elmi əlaqələrin genişlənməsinə göstərdiyi təsiri ətraflı şəkildə qiymətləndirir.

Jurnalın diqqətçəkən yazılarından biri də Şəlalə Ana Hümmətlinin Birinci Türkoloji Qurultayın "Bülleten"lərinə həsr etdiyi tədqiqatdır. Məqalədə həmin dövrün nadir mənbələri və onların müasir türkoloji araşdırmalar üçün əhəmiyyəti elmi əsaslarla izah olunur. Yazıçı və tədqiqatçı Azər Turan isə Əli bəy Hüseynzadənin Qurultaydakı məruzəsini, onun gündəlik qeydlərini və alman şərqşünası Menzelin əsərində Əli bəy Hüseynzadə haqqında verilən məlumatları müqayisəli şəkildə təqdim edir.

Jurnalın "Resenziya" bölməsində Nadir Məmmədlinin "1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" monoqrafiyası və Elbrus Əzizovun "Türkoloji dilçilik məsələləri" kitabı haqqında elmi resenziyalar dərc olunub. "Elmi həyat" bölməsində xronika materialları, "Personalia" bölməsində isə görkəmli türkoloq Vladimir Qordlevskinin 150 illik yubileyinə həsr edilmiş yazı yer alıb.

Jurnalın bu nömrəsində qəzetimizin əməkdaşı, tədqiqatçı-jurnalist Namiq Əhmədovun "Sovet ideoloji məkanı və "Kommunist" qəzetində I Türkoloji Qurultay diskursu" adlı elmi məqaləsi də dərc olunub. Məqalədə 1926-cı il Qurultayının sovet dövrü rəsmi mətbuatında, xüsusilə "Kommunist" qəzetində necə təqdim edildiyi, ideoloji yanaşmaların məzmunu, mətbuatın siyasi təbliğat funksiyası və Qurultayın ictimai rəyə təsiri arxiv materialları və dövrün mətbuat nümunələri əsasında təhlil edilir. Müəllif sovet ideoloji sisteminin elmi tədbirləri hansı informasiya siyasəti çərçivəsində təqdim etdiyini göstərməklə yanaşı, milli və ümumtürk dəyərlərinin rəsmi diskurs daxilində necə necə təqdim edildiyini də araşdırır. Bu baxımdan məqalə təkcə mətbuat tarixinin deyil, həm də siyasi kommunikasiya və ideoloji diskursun öyrənilməsi istiqamətində mühüm elmi əhəmiyyət daşıyır.

Ümumilikdə, "Türkologiya" jurnalının 2026-cı il 1-ci sayı Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunmuş sanballı elmi topludur. Nəşrdə yer alan məqalələr yalnız Qurultayın tarixi irsini yenidən dəyərləndirmir, həm də müasir türkoloji elmin qarşısında duran aktual problemlərə yeni baxış ortaya qoyur. Yüz il əvvəl Bakıda əsası qoyulan elmi həmrəylik ənənəsinin bu gün də yaşadılması və yeni tədqiqatlarla zənginləşdirilməsi, "Türkologiya" jurnalının yubiley nömrəsini yalnız bir elmi nəşr deyil, həm də türk dünyasının ortaq elmi yaddaşına qiymətli töhfə kimi səciyyələndirməyə əsas verir.

Jurnalın baş redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlidir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri