Icma.az
close
up
RU
Xəzər jurnalının builki 2 ci sayı çap olundu

Xəzər jurnalının builki 2 ci sayı çap olundu

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dillər Universitetinin (ADU) nəşri, Azərbaycan tərcümə sənəti tarixində müstəsna xidmətləri olan ixtisaslaşmış “Xəzər” tərcümə, ədəbiyyat və mədəniyyət jurnalının 2025-ci il 2-ci sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalda Şərq mədəniyyəti Nəriman Əbdülrəhmanlının çevirməsində böyük türk yazıçısı və ictimai xadimi Ahmed Hamdi Tanpınarın “Beş şəhər” kitabının Ankara ilə bağlı bölümü oxuculara təqdim olunub.

Bu sayda Avropa ədəbiyyatı Xalq yazıçısı Kamal Abdullanın tərcüməsində rus ədəbiyyatının “Gümüş dövrü” şairlərinin əsərlərindən seçmələr, Etimad Başkeçidin tərcüməsində böyük Ukrayna yazıçısı Nikolay Qoqolun “Nevski prospekti” povesti, Yaşarın tərcüməsində Anton Çexovun “Böyük yolda” pyesi və Fəxri Uğurlunun “Rotşildin skripkası” hekayəsi haqqında “Qənaətin Yakov düsturu” adlı məqaləsi ilə təmsil olunur.

Oxucular Amerika ədəbiyyatından isə Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanının əvvəli (tərcüməçi Saday Budaqlı), Freddi Nyanyesin “Ev” poeması və Mario Benedettinin hekayələri (tərcüməçi Mahir N. Qarayev), Rey Bredberinin “Heç kəsin gəlmədiyi şəhər” (tərcüməçi Ofeliya Məmmədova) tanış olacaqlar.

Jurnalın bu sayı tərcümə sənəti ilə bağlı materialarla da zəngindir. “Tərcümə sənətinin gələcəyi: gerçəkliklər və mülahizələr” rubrikasında peşəkar tərcüməçilər və ədəbiyyatşünaslar - professor Telman Cəfərov, filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, Nəriman Əbdülrəhmanlı və Etimad Başkeçid – öz mülahizələrini bölüşmüşlər. Eyni zamanda oxuculara “Tərcüməçinin xartiyası”, böyük ispan filosofu Xose Orteq-i-Qassetin “Tərcüməçinin yoxsulluğu və dəbdəbəsi” essesi, C.Yusiflinin “Bilinqvist mətn arxeologiyası” məqaləsi, məşhur polyak tərcüməçisi Danuta Çmelovska ilə müsahibə, görkəmli Ukrayna şairi və tərcüməçisi Mikola Miroşniçenko ilə bağlı xatirə, tərcümə aləmindən maraqlı xəbərlər də təqdim edilir.

Xatırladırıq ki, Xəzər” tərcümə və mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir. Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N. Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallı daxildir.

Jurnalın Beynəlxalq Şurasında isə Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.

"Avatar"ın əfsanəvi rejissorunun sənət yolu sərgilənəcək Frida Kalonun avtoportreti hərracda 60 milyon dollara satıla bilər “18 sentyabr - Milli Musiqi Günü” adlı kitab sərgisi açılıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri