Icma.az
close
up
RU
Xəzər jurnalının builki ilk sayı çap olundu

Xəzər jurnalının builki ilk sayı çap olundu

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı olan ixtisaslaşmış “Xəzər” tərcümə və mədəniyyət jurnalının 2026-ci ilin 1-ci sayı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, jurnalın “Redaktor səhifəsi” bölməsində ADU Tərcümə Araşdırmaları Mərkəzinin “Yeni dövr tərcümə mədəniyyətinin yeni konsepsiyasını tələb edir” adlı baş məqalə dərc olunub. Oxucular “Qədim Roma mədəniyyəti” rubrikasında filosof Lusius Anneus Senekanın “Əxlaqi məktublar” silsiləsindən nümunələr (tərcümə - Həmid Məmmədzadə), “Şərq mədəniyyəti” rubrikasında isə görkəmli türk yazıçı Əhməd Həmdi Tanpınarın “Beş şəhər” əsərinin Konya haqqında bölümü (çevirən – Nəriman Əbdülrəhmanlı) ilə tanış olacaqlar. Yapon yazıçı Yoko Oqavanın “Zürafənin anatomiyası” hekayəsi (Tərcümə - Saday Budaqlı) “Şərq mədəniyyəti” rubrikasında təqdim edilir.
Bu sayda “Dünya ədəbiyyatının inciləri” rubrikası Fyodor Dostoyevskinin məşhur “Karamazov qardaşları” romanından bir parça (Tərcümə Etimad Başkeçid), “Avropa ədəbiyyatı” rubrikası isə Frederik Qarsia Lorkanın şeirləri (Tərcümə - Mahir N. Qarayev) ilə təmsil olunur. Eyni zamanda “Avropa ədəbiyyatı bölməsi Anton Çexovun “Dəyirmanda” hekayəsini (tərcümə- Muxtar Kazımoğlu), Sloveniya şairi Alaş Ştegerin şeirlərini (tərcümə - Salam Sarvan), polyak dramaturq Yanuş Qlovatskinin “İndi yatacaqsan” pyesini (tərcümə - Yaşar) də təqdim edir. “Şimali Amarika ədəbiyyatı” rubrikasında ABŞ yazıçısı Flaei OKonnorun “Düşmənlə gecikmiş qarşılaşma” hekayəsi (tərcümə - Ofeliya Məmmədova), “Latın Amerikası ədəbiyyatı” rubrikasında Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanının davamı (tərcümə - Saday Budaqlı), “Türk xalqları ədəbiyyatı” rubrikasında görkəmli qazax yazıçı Sətimjan Sanbayevin “Ağ arvana” povesti (tərcümə - Nəriman Əbdülrəhmanlı) oxucuların diqqətinə çatdırılır.
Jurnalın bu sayı tərcümə sənəti ilə bağlı materiallarla da zəngindir. Meksika yazıçısı, Nobel mükafatı laureatı Oktavio Pasın “Tərcümə” essesi (tərcümə - Nəriman Əbdülrəhmanlı), ispandilli ədəbiyyatın ingilis dilinə mahir tərcüməçisi Qreqori Rabassanın “Tərcümə mütaliənin və labüd dəyişikliklərin bir forması kimi” essesi və onunla müsahibə (tərcümə - Təvəkkül – Boysunar), tanınmış tərcüməşünaslar Lori Sen-Marten, Nikola Frelije və Marina İlarinin düşüncələri (tərcümə - Nəriman Əbdülrəhmanlı), eləcə də tədqiqatçı Sabir Əliyevin “Müqayisəli tərcümənin gizlinləri” araşdırması oxucular və peşəkar tərcüməçilər üçün maraqlı olacaq.
Jurnalın bu sayında “Tələbə auditoriyası” rubrikasında C.K.Roulinqin məzun nitqi, “Alternativ” rubrikasında araşdırıcı Məti Osmanoğlunun “Mədəni genosid siyasəti: ad təhrifindən millətlərarası münaqişəyə”, “Yubiley” rubrikasında görkəmli ədəbiyyatşünas və tərcümə ustası professor Məmməd Qocayevin anadan olmasının 85 illiyi münasibəti ilə professor Bədirxan Əhmədlinin “Akademik ədəbiyyatşünaslığın görkəmli siması”, “Yeni nəşrlər” rubrikasında Musa Qaraxanlının ““Dədə Qorqud”u yenidən oxumaq – Azərbaycan eposu qeyri-səlis məntiq işığında” məqalələri də yer alıb.
Xatırladaq ki, “Xəzər” tərcümə və mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir. Dərginin yaradıcı heyətinə Saday Budaqlı, Mahir N. Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Salam Sarvan və Cavid Zeynallı daxildir, Beynəlxalq Şurasında isə Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.

“Macar Rapsodiya Layihəsi” Azərbaycanda Yoxluq - Sülhiyyə Şirinovanın hekayəsi Məşhur aktyor vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri