“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi yaddaşını itirdi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Bemjamin Toşaka demensiya diaqnozu qoyulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC-yə onun oğlu Kameron Toşak məlumat verib.
Onun sözlərinə görə, atası bugünkü hadisələri xatırlamaqda çətinlik çəkir, lakin özünün futbolla bağlı keçmişini xatırlamaqdan zövq alır: “Bu, dəhşətli xəstəlikdir, onun qısamüddətli yaddaşına təsir edir. Mən onunla demək olar ki, hər gün danışıram. Əgər nahardan sonra danışsaq, səhər danışdığımızı xatırlamaya bilər”.
Qeyd edək ki, “Liverpul”da və Uels millisinin heyətində iştirak etmiş C.Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda fəaliyyət göstərib. 2013-cü ildə isə Azərbaycanın “Xəzər Lənkəran” klubunu çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 26 Mart 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















