Icma.az
close
up
RU
Xəzər niyə geri çəkilir?

Xəzər niyə geri çəkilir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Rusiya bu problemi birgə araşdırır

Xəzər dənizi minillər boyu insan sivilizasiyasına xidmət edib. O, ticarətin yollarını birləşdirib, sahillərində şəhərlər və mədəniyyətlər formalaşdırıb. Amma bu gün Xəzər dənizi ciddi təhlükə qarşısındadır. Son illər dənizdə suyun səviyyəsi aşağı düşməkdədir. Bu, hövzə ölkələrinin ekologiyasına, iqtisadiyyatına və sosial həyatına birbaşa təsir göstərir. Proses təkcə coğrafi dəyişikliklərlə yekunlaşmır, həm də bəzi limanlar istifadəsiz hala düşür, bataqlıqlaşma, duzlaşma baş verir. Suyun səviyyəsi azaldıqca onun kimyəvi tərkibi də dəyişir. Nəticədə Xəzərin bioloji müxtəlifliyi təhlükə altına düşür. Azərbaycan üçün böyük iqtisadi əhəmiyyətə malik olan balıqçılıq sənayesi bundan zərər çəkir. Balıq ehtiyatlarının azalması həm gəlir mənbəyini azaldır, həm də sahilboyu ərazilərdə yaşayan əhalinin sosial rifahına mənfi təsir göstərir.

Dayazlaşma region iqtisadiyyatının digər sahələrində də hiss olunur. Məsələn, neft və qaz yataqlarının yerləşdiyi bu hövzədə suyun səviyyəsinin enməsi dəniz platformalarının fəaliyyəti üçün texniki problemlər yaradır. Dayazlaşan sahələrdə hasilat işlərinin aparılması həm baha başa gəlir, həm də təhlükəsizlik risklərini artırır.

Limanlar da Xəzərin dayazlaşmasından zərər görür. Onların sabit fəaliyyətini təmin edən əsas amil Xəzərdə suyun səviyyəsidir. İri tonnajlı gəmilərin təhlükəsiz şəkildə limanlara yan alması çətinləşir, bəzən isə mümkünsüz olur. Artıq Qazaxıstandakı Aktau və Türkmənistandakı Türkmənbaşı limanları bu dəyişikliklərin real təsirini hiss etməyə başlayıblar. Aktau limanında suyun səviyyəsi 1,7 metr aşağı düşüb və azalmaqda davam edir. Limanda quru yük gəmiləri 600–1300 ton, neft tankerləri isə 2000–2500 ton az yüklənir. Gəmilərin yüklənməsinin azalması isə, şübhəsiz ki, dəniz nəqliyyatının rentabelliyinə təsir edir və yük axınlarının alternativ marşrutlara yönləndirilməsi zərurətini yaradır. Naviqasiyanın təhlükəsizliyini və gəmilərin tam yüklənməsini təmin etmək üçün isə dərinləşdirmə işləri aparılmalıdır.

***

Deməli, dayazlaşma limanların infrastrukturuna əlavə problem yaratdığı kimi, həm maliyyə itkisi, həm də ekoloji cəhətdən əlavə risklər doğurur. Xəzərin dibi ilə bağlı işlərin intensivləşməsi dəniz faunasına zərər vurur, suyun duzluluq və bulanıqlıq səviyyəsini dəyişdirir. Ümumiyyətlə, limanların dayazlaşması Xəzər regionunun nəqliyyat layihələrinə də təsir edir. Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz kimi təşəbbüslərin əsas dayağı Xəzər üzərindən səmərəli yükdaşımalardır. Əgər limanlar dayazlaşma səbəbindən bu funksiyanı tam yerinə yetirə bilməzsə, regionun tranzit imkanları zəifləyə və ticarət axını alternativ marşrutlara yönələ bilər.

Problemlə bağlı coğrafiya elmləri doktoru Səid Səfərov XQ-yə bildirdi ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi təkcə iqlim hadisəsi və ya təbiət dəyişkənliyi kimi qiymətləndirilə bilməz: “Bu, bütöv bir regionun gələcəyi, insanlarının rifahı və təbii sərvətlərin taleyi ilə birbaşa əlaqəlidir. Bu səbəbdən, məsələni yalnız elmi və texniki müstəvidə deyil, strateji və diplomatik baxımdan da nəzərdən keçirmək vacibdir. Xəzərsahili ölkələr birlikdə problemlərin həlinə çalışmalıdırlar”.

Azərbaycan Xəzər dənizinin qorunması məsələsində fəal mövqe tutan ölkələrdən biridir. Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır: “Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada, Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük. Çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır”.

Təbiətin bu xəbərdarlığına səssiz qalmaq gələcəyin qapılarını bağlamaq deməkdir. Məhz buna görə Azərbaycan regional əməkdaşlığın gücləndirilməsini vacib sayır. Dövlətimizin başçısı Xəzər dənizinin bioloji su ehtiyatlarının qorunub saxlanması və onlardan səmərəli istifadə istiqamətində Xəzəryanı dövlətlərlə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayır. Bu istiqamətdə Bakının Moskva ilə əməkdaşlığı çox önəmlidir. Hər iki ölkənin müvafiq nazirlikləri və elmi qurumları bir araya gələrək dənizin səviyyəsinin dəyişməsi, dayazlaşmanın səbəbləri və bu prosesin sahilyanı zonalara təsirinin azaldılması istiqamətində elmi və institusional səviyyədə ciddi araşdırmalar aparır. Artıq işci qrupu bir neçə iclas keçirilib, real planlar formalaşdırılıb.

Rusiya Prezidenti Vladimir Putin də bu təşəbbüsə tam dəstək verir və problemin “böyük, hətta qlobal xarakter daşıdığını” bildirir: “Rusiya və Azərbaycan hökumətləri Xəzər dənizinin dayazlaşması problemini həll etmək üçün birgə işləyirlər. Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır. Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya hökuməti Azərbaycan hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək”.

Vladimir Putin bildirib ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır. Rusiya liderinin Aral dənizini misal göstərməsi sadə müqayisə deyil, ekoloji faciənin yaddaşlarda saxlanması üçün ciddi xəbərdarlıqdır. Vaxtında tədbir görülmədikdə, iqlim dəyişikliyi və insan fəaliyyətinin bir zamanlar nəhəng su hövzəsini necə yox edə bildiyini tarix göstərib. Bu dəfə isə tarixdən dərs almaq lazımdır.

Bununla bağlı S.Səfərov onu da bildirdi ki, Xəzərin dayazlaşması təkcə sahil xətlərinin dəyişməsi və ya balıqçılığın zəifləməsi demək deyil: “Bu, nəqliyyat yollarının sıradan çıxması, ekosistemlərin dağılması, yerli iqlimlərin dəyişməsi, iqtisadi fəaliyyətin iflic olması deməkdir. Məhz bu səbəbdən Azərbaycan və Rusiya problemi birgə elmi tədqiqatlar və institusional səylərlə qarşılayır. Suyun səviyyəsinin dəyişmə səbəbləri araşdırılır, qabaqlayıcı addımlar müəyyən edilir, yeni texnoloji və mühəndislik yanaşmaları müzakirə olunur. Onu da qeyd edim ki, Azərbaycanın bu prosesdəki rolu, sadəcə, iştirakçı olmaqdan ibarət deyil. O, təşəbbüskar və təşkilatlandırıcı qüvvə rolunu oynayır. Coxtərəfli əməkdaşlıq çərçivəsində ekosistemin qorunmasına yönəlmiş layihələrdə, elmi tədqiqat proqramlarında və institusional dialoqlarda fəal mövqe sərgiləyir”.

Beləliklə, Xəzərdə suyun səviyyəsi azalırsa, bu, yalnız onun dayazlaşması deyil, həm də həyatın geri çəkilməsidir. Azərbaycan bu problemə biganə qalmır. O, həm dövlət, həm də cəmiyyət olaraq problemə innovasiya ilə, əməkdaşlıqla, iradə və əzmlə cavab verir. Prezidentin dediyi kimi, əgər bu məsələyə enerji və əzmlə yanaşılmasa, hamımız əziyyət çəkəcəyik. Xəzərin sahilində dəyişən bir gələcək bizdən məsuliyyət, uzaqgörənlik və həmrəylik tələb edir. Azərbaycanın bu çağırışa cavabı artıq başlayıb.

Biz bu təbii irsi gələcək nəsillərə təmiz, sağlam və tükənməz şəkildə ötürmək naminə həm milli, həm də beynəlxalq səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət göstərmək əzmindəyik.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri