Icma.az
close
up
RU
EKOLOJİ TƏHLÜKƏ: Xəzər geri çəkilir

EKOLOJİ TƏHLÜKƏ: Xəzər geri çəkilir

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Xəzər dənizi suyunun getdikcə azalması son illər yenidən narahatlıq doğurur.

Turkustan.az Bakıvaxtı.az-a istinadən məlumatına görə, beynəlxalq və qazaxıstanlı ekspertlər Xəzərin dayazlaşması problemini araşdırıblar. Onlar öz araşdırmalarında vəziyyətin inkişafı üzrə mümkün fəlakət ssenarilərini qeyd ediblər.

Qazaxıstan mediasında yer alan məlumatda bildirilir ki, ciddi ekoloji və iqtisadi problemlərə gətirib çıxaran iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin akvatoriyası həyəcanverici sürətlə kiçilir.

Lids Universitetinin alimlərinin qazaxıstanlı mütəxəssislərlə apardıqları araşdırma zamanı müəyyən edilib ki, suyun səviyyəsinin cüzi enməsi belə Qazaxıstanın Xəzərdəki şimal sahillərinə təsir edə bilər.

Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır və bu, onu suyun səviyyəsinin aşağı düşməsinə son dərəcə həssas edir. 2001-ci ildən bəri şimal-şərq sahil xətti 50 kilometrdən çox geri çəkilərək minlərlə kvadrat kilometrlik keçmiş dəniz dibini quru əraziyə çevirib.

Xəzər dənizinin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60 faizə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80 faizindən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə səylərinin pozulması ilə nəticələnəcək.

Qazaxıstanın sahilyanı şəhərləri, o cümlədən Aktau limanı və Xəzərin şimal hövzəsindəki əlaqədar neft və qaz obyektləri yeni sahil zolağından ayrılmaq riski altındadır. Bu, infrastrukturun genişmiqyaslı yenidən qurulmasını tələb edəcək və ciddi iqtisadi xərclərə səbəb olacaq.

Xəzər suitisi regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən yeganə dəniz məməlisidir. Çoxalması üçün onun qış buzuna ehtiyacı var, amma suyun səviyyəsinin 5 metr aşağı düşməsi bu ərazilərin yarıdan çoxunu məhv edə və onların populyasiyasını daha çox təhdid edə bilər.

Xəzərin suyunun geri şəkilməsi prosesi dənizin Sumqayıt sahilində daha çox özünü büruzə verir. Xüsusilə Sumqayıt bulvarı kimi sahilboyu ərazilərdə dəniz səviyyəsindəki azalmanı artıq adi gözlə müşahidə etmək mümkündür.

Bəs, bu çəkilmənin səbəbi nədir?

Qorxmaz İbrahimli: Ümid edək ki, Xəzərdə suyun geri çəkilməsi prosesi dayanacaq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, iqlim dəyişikliklərinin təsiri nəticəsində Xəzər dənizində gözlə görünəcək səviyyədə suyun geri çəkilməsi müşahidə olunur. Onun sözlərinə görə, xüsusilə Sumqayıt bulvarı ərazisində bu geri çəkilmə daha qabarıq şəkildə hiss edilir. Müsahibimiz izah edib ki, bunun əsas səbəblərindən biri həmin ərazinin dayaz olmasıdır:

“Mən təxminən iki il öncə bu bölgədə müşahidələr aparmışdım. Quraqlıq və iqlim dəyişikliyi fonunda çay sularının Xəzərə axıdılmasının azalması bu prosesi daha da sürətləndirib”.

Q.İbrahimli onu da deyib ki, Xəzərin əsas su mənbələrindən biri olan Volqa çayının axını son illərdə azalıb. Volqa çayı suvarmaya, bəndlərə, başqa sahələrə çox cəlb olunduğuna görə su daşıyıcılığı aşağı olub.

Həmsöhbətimiz son olaraq vurğulayıb ki, hazırda çaylarda gur sululuq dövrü yaşanır və bu səbəbdən yaxın zamanda müəyyən miqdarda su səviyyəsində artım müşahidə oluna bilər.

“Lakin bu keçicidir. Ümid edirik ki, gələcəkdə iqlim şəraiti stabilləşəcək, yağıntılar illik norma çərçivəsində olacaq və Xəzər dənizində suyun geri çəkilməsi prosesi dayanacaq”,- deyə Qorxmaz İbrahimli əlavə edib.

Səid Səfərov: Sahil xəttinin geriyə çəkilməsi ekosistemlərə, balıqçılığa, turizmə də təsir göstərə bilər

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dəniz suyunun çəkilməsi prosesi sahil zonasının geoloji və coğrafi xüsusiyyətlərindən, xüsusilə dərinlikdən asılıdır.

O qeyd edib ki, əgər sahil ərazisi dayazdırsa, yəni dərinlik azdırsa, suyun geri çəkilməsi zamanı daha geniş ərazi açıqda qalır. Bu səbəbdən də belə bölgələrdə dəniz səviyyəsindəki hər bir dəyişiklik daha aydın şəkildə müşahidə olunur.

S,Səfərov bu cür dəyişikliklərin həm təbii ( buxarlanma, çay axınlarının azalması), həm də antropogen (iqlim dəyişikliyi, su təsərrüfatı fəaliyyəti) faktorlarla sıx bağlı olduğunu diqqətə çatdırıb:

“Belə hallarda sahil xəttinin geriyə çəkilməsi ekosistemlərə, balıqçılığa, turizmə və sahil infrastrukturlarına da təsir göstərə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri