Icma.az
close
up
RU
Xəzər sahilləri təmizlənir, amma vicdanlar hələ də çirklidir

Xəzər sahilləri təmizlənir, amma vicdanlar hələ də çirklidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ekologiya və ətraf mühitin mühafizəsi


Təbiəti qorumaq üçün hər bir vətəndaş məsuliyyət hissi ilə hərəkət etməlidir

Çimərlik mövsümü də, məzuniyyət, istirahətlər dövrü də başlayıb artıq. Faydalı və xoş istirahət arzusunda olanlar həm dənizə – çimərliklərə, həm də ölkəmizin səfalı bölgələrinə üz tutur. İnsanlar təmiz hava alır, bol oksigen, günəş şüası qəbul edir, meşə kənarında, bulaqlar başında istirahət edir. Bəs bütün nemətlərini səxavətlə bölüşən təbiət necə, bizdən razı qalırmı? Dəniz sahilini, çimərlikləri, təbiət qoynunda istirahətlərini başa vurub geri qayıdan insanların təbiətdə qoyduğu izlərə baxdıqda, təbiətin razı qala biləcəyini düşünmək olmur. Təəssüf ki, təbiətdən çox şey alıb, qarşılığında heç nə verməmək bir yana (onsuz da təbiət özünü bərpa etmək gücünə malikdir), üstəlik, ona ziyan vurulması halları baş verir. Nə qədər maarifləndirmə işi aparılsa da, təmizlik aksiyaları keçirilsə də, vətəndaşlara təhlükələr barədə məlumat verilsə də, səhlənkarlıq bəzən özünü kobud şəkildə göstərir. 


Məlum olduğu kimi, iyun ayının 15-dən etibarən ölkəmizdə çimərlik mövsümü açıq elan edilir. Buna qədərsə Xəzər sahilinin məişət tullantılarından təmzlənməsi, çimərliklərin sanitar-epidemioloji monitorinqi aparılır, istifadəyə yararlı çimərliklər haqqında ictimaiyyətə məlumat çatdırılır, Fövqəladə Hallar Nazirliyi də təhlükəsizlik tədbirləri və qaydalara riayət olunması barədə açıqlama verir. Bu il də istisna olmadı. Bakı Şəhər İcra Hakimiyyəti çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqini həyata keçirib. Xəzər sahilinin məişət tullantılarından təmizlənməsində İDEA İctimai Birliyinin fəaliyyəti danılmazdır. İctimai Birlik hər dəfə təsiredici şüarlarla ictimaiyyətə çağırışlar edir, könüllüləri bu xeyirxah işə cəlb etməklə təbiətə öz töhfəsini verir. Bu dəfə də İDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Xəzər sahili boyunca təmizlik aksiyaları keçirildi. Məsələn, Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olundu. İDEA-nın məlumatında bildirilir ki, “Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyada 50 İDEA könüllüsü iştirak edib. Aksiya zamanı 2 tona yaxın tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir. Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə İDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir. İDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları özü ilə aparmağa çağırır. 

Xatırladaq ki, İDEA tərəfindən bu cür aksiyalar uzun illərdir davam edir. Əvvəlki illərdə də oxşar aksiyalar olub. Məsələn, Buzovna çimərliyi ərazisində “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib. Ötən il isə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İDEA İctimai Birliyi Şüvəlan çimərliyində oxşar aksiya keçirmişdi. Bu ilin may ayında isə İDEA könüllüləri tərəfindən Gəncə çayının bir hissəsində plastik tullantıların təmizlənməsi aksiyası həyata keçirilib. İDEA İctimai Birliyinin “1113” qaynar xəttinə daxil olan vətəndaş müraciətinə dərhal reaksiya verilərək, sözügedən əraziyə baxış keçirilib və artıq növbəti gün təmizlik aksiyası təşkil olunub. Aksiyada şəxsi sağlamlıq, təhlükəsizlik və gigiyenanın qorunması məqsədilə xüsusi kombinezonlar, əlcəklər və digər qoruyucu vasitələrlə təmin olunmuş 30 İDEA könüllüsü iştirak edib. Bildirilib ki, toplanan tullantıların ümumi həcmi 500 kiloqrama yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib. “Nəticə göstərir ki, yerli su hövzələri və yaşıl ərazilər insan fəaliyyəti səbəbindən ciddi çirklənmə ilə üz-üzədir, bu istiqamətdə maarifləndirmə işi və nəticəyönümlü tədbirlər daha da gücləndirilməlidir. Məlum olduğu kimi, plastik tullantıların torpaq və su ekosistemində parçalanması üçün 1000 ilədək vaxt tələb olunur. Bu səbəbdən ətraf mühitin plastik tullantılardan təmizlənməsi dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, ətraf mühitin qorunmasına ictimaiyyətin diqqətini cəlb etmək və insanların təbiətə münasibətində müsbət dəyişiklik yaratmaq məqsədi daşıyır. Vətəndaşlar rastlaşdıqları bu cür hallar, eləcə də, ətraf mühitin mühafizəsi ilə bağlı şikayət və təkliflərə dair “1113 - Təbiətə təcili yardım” qaynar xətti vasitəsilə İDEA İctimai Birliyinə məlumat verə bilərlər. İDEA hər kəsi təbiətin qorunması prosesinə qoşulmağa, ətraf mühiti plastik tullantılarla çirkləndirməməyə və daha yaşıl gələcək naminə məsuliyyətli davranmağa çağırır”, - deyə məlumatda qeyd olunur. Qeyd edilib ki, yığılan məişət tullantıları Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnikası vasitəsilə ərazidən kənarlaşdırılıb.

İDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır. 


Ekoloq Rövşən Abbasov “Şərq”ə açıqlamasında təbiətin qorunması, mühafizəsinin vacib olduğunu, hər bir vətəndaşın məsuliyyət hissi ilə hərəkət etməli olduğunu vurğuladı: 


- Təbiət qoynunda istirahət edənlər çox diqqətli olmalıdır. Meşə yanğınlarını xatırlatmaq yerinə düşər. Qardaş Türkiyədə meşə yanğınlarının necə faciələrə səbəb olduğunu unutmamalıyıq. Bizim ölkədə də bu cür hadisələr baş verir. Çünki insanlarımız bəzən səhlənkar, məsuliyyətsiz davranırlar. Harda gəldi ocaq qalayırlar, təhlükəsizlik qaydalarına riayət etmirlər, meşə fonduna, yaşıllıqlara ziyan vururlar. Ocaq qalanıbsa, onu söndürmədən ərazini tərk etmək olmaz. Yerə hələ də alışmaqda olan siqaret kötüyü atırlar, bu da yanğınlara səbəb ola bilər. Adi şüşə qırıntısı da yanğın törədə bilər. Şüşə qırıntıları Günəş şüaları altında bərq vurduqca qızır və bu da yanğınlara səbəb olur. İstirahət üçün təbiəti seçənlər özlərindən sonra nə qədər məişət tullantısı qoyub gedir. Yayın gəlişi ilə dincəlmə yerlərinə ziyarətlərin sayı artır. Yurd yerlərinə, çimərliklərə yüz minlərlə insan gedir. Yaşayış yerlərindən fərqli olaraq bu ərazilərdə tullantıları idarə etmək mümkün deyil. Bu halda vətəndaş məsuliyyəti önə çıxır. Təbiətə gedən hər bir kəs yaratdığı tullantıları özü ilə aparmalıdır. Bundan ötrü istirahətə gedən hər bir kəsin həm də tullantı torbası olmalıdır. Xüsusilə, bərk tullantılar çimərlik mövsümündə ən böyük problemlərdən biridir. Bir çox vətəndaşlar təmizliyə riayət etmirlər. Özləri ilə apardıqları yeməklərin qalıqlarını, polietilen torbaları, plastik butulkaları dəniz sahilində atıb gedirlər. Bu da, əlbəttə, çox pis davranışdır və bütün bunlara nəzarət olunmalıdır. Ümumiyyətlə, təklif edərdim ki, çimərliklərdə bir qayda olaraq, hər kəs özünə aid olan tullantını özü ilə aparsın. Bəzən tullantıları oradakı zibil qablarına atdıqda əlavə problemlər yaranır. Ona görə də həm də çimərliyə nəzarət edən qurumlar tərəfindən çox ciddi tələb qoyulmalıdır ki, hər kəs əvvəla, elə məhsullar aparsın ki, onların tullantıları minimum olsun, bir də ki, qeyd etdiyimiz kimi yaratdıqları tullantıları özləri ilə aparsınlar. Bu, şüurlu vətəndaş yanaşmasıdır və bütün inkişaf etmiş ölkələrdə tətbiq olunur. Bu qayda ölkəmizdə də tətbiq olunarsa, bizim bir çox problemlərimiz həll olunar. Təbiəti çirkləndirməməliyik, onu qorumalıyıq. Gələcək nəslə ekoloji fəlakət yaşatmaq istəmiriksə, hər birimiz məsuliyyətli davranmalıyıq. Təbiətin qorunması hər birimizin ümdə vəzifəsi olmalıdır. Meşələr, ağaclar məhv olursa, bu, ümumən təbiətin məhvidir, iqlim dəyişmələri, ərzaq qıtlığı, müxtəlif xəstəliklər, hamısı bunun nəticəsidir. Ətraf mühit nədir? İnsanın və digər canlıların yaşaması, inkişafı və fəaliyyət göstərməsi üçün zəruri olan təbii sistemlər və onların qarşılıqlı təsirindən ibarət olan bir anlayışdır. Bu anlayış təkcə torpaq, hava və su ilə məhdudlaşmır. Bitki örtüyü, heyvanlar aləmi, iqlim sistemi, biosfer və insanın təsiri altında formalaşan süni mühit də ətraf mühitin bir hissəsidir. Hər bir fərdin həyatı, rifahı və sağlamlığı məhz bu təbii zənginliklərlə bağlıdır. Ancaq təəssüflər olsun ki, sənayeləşmə, urbanizasiya və insanın məsuliyyətsiz davranışı nəticəsində ətraf mühitin müxtəlif komponentləri çirklənir, tükənir və zərər görür. Bu vəziyyət yalnız ekoloji deyil, həm də sosial, iqtisadi və siyasi problemlərə yol açır. Ətraf mühitin mühafizəsi təkcə hökumət və beynəlxalq təşkilatların deyil, eyni zamanda hər bir insanın məsuliyyətidir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri