Xəzər səthindəki buz suitiləri quruya çıxmağa məcbur edir ekoloqlar həyəcan təbili çalır
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər kəskin soyuq hava ilə əlaqədar Xəzər dənizində buz əmələ gəlib və onun üzərində hərəkət edən bəzi suitilər Qazaxıstanın Tupkaraqan rayonundakı Karajanbas yatağına çatıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, ekoloqlar suitilərin dənizə qaytarılması üzərində işləyirlər.
“Eko-Lider” könüllülər klubunun rəhbəri Baxıtgül Jaksılıkovanın sözlərinə görə, Xəzər suitisi “Qırmızı kitab”a düşüb və belə hallarda səlahiyyətli orqanlar dəniz heyvanını dərhal təbii yaşadığı mühitə çatdırmalıdırlar.
“Bunun üçün təcili olaraq komissiya tərəfindən sahilə baxış keçirilməli, aşkar edilmiş hər bir suiti üzrə akt tərtib edilməli, foto və videoçəkilişlər aparılmalı, həmçinin xilasetmə işləri aparılmalıdır”, - deyə o bildirib.
Qeyd edilir ki, Bozaşı yatağının ərazisində də suitilərə rast gəlinib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Mart 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















