Icma.az
close
up
RU
Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır

Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astana, 18 aprel, AZƏRTAC

Beynəlxalq və qazaxıstanlı ekspertlər Xəzərin dayazlaşması problemini araşdırıblar. Onlar öz araşdırmalarında vəziyyətin inkişafı üzrə mümkün fəlakət ssenarilərini qeyd ediblər.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, ciddi ekoloji və iqtisadi problemlərə gətirib çıxaran iqlim dəyişikliyi səbəbindən Xəzər dənizinin akvatoriyası həyəcanverici sürətlə kiçilir.

Lids Universitetinin alimləri qazaxıstanlı mütəxəssislərlə birgə araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, suyun səviyyəsinin cüzi enməsi belə Qazaxıstanın Xəzərdəki şimal sahillərinə təsir edə bilər.

Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır və bu, onu suyun səviyyəsinin aşağı düşməsinə son dərəcə həssas edir. 2001-ci ildən bəri şimal-şərq sahil xətti 50 kilometrdən çox geri çəkilərək minlərlə kvadrat kilometrlik keçmiş dəniz dibini quru əraziyə çevirib.

Xəzər dənizinin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60 faizə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80 faizindən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə səylərinin pozulması ilə nəticələnəcək.

Qazaxıstanın sahilyanı şəhərləri, o cümlədən Aktau limanı və Xəzərin şimal hövzəsindəki əlaqədar neft və qaz obyektləri yeni sahil zolağından ayrılmaq riski altındadır. Bu, infrastrukturun genişmiqyaslı yenidən qurulmasını tələb edəcək və ciddi iqtisadi xərclərə səbəb olacaq.

Xəzər suitisi regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən yeganə dəniz məməlisidir. Çoxalması üçün onun qış buzuna ehtiyacı var, amma suyun səviyyəsinin 5 metr aşağı düşməsi bu ərazilərin yarıdan çoxunu məhv edə və onların populyasiyasını daha çox təhdid edə bilər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri