Icma.az
close
up
RU
Xəzər Tibb Mərkəzi: Abşeronda müasir səhiyyə ocağı FOTOLAR

Xəzər Tibb Mərkəzi: Abşeronda müasir səhiyyə ocağı FOTOLAR

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəzin bazasını təşkil edən xəstəxana 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə istifadə verilib. Ulu Öndər 1984-cü ilin fevralında da bu xəstəxananı ziyarət edib. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 418 nömrəli fərmanından irəli gələrək, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin 27 aprel 2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən, xəstəxananın bazasında Xəzər Tibb Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz yüksək ixtisaslı həkimləri, müasir tibbi avadanlıqları, geniş xidmət sahələri ilə, həmçinin xəstələrin müalicəsində ən son elmi nailiyyətlərə əsaslanan metodlardan istifadə etməsi ilə regional səhiyyə sahəsində liderə çevrilib.

Tibb müəssisəsinin əsas missiyası vətəndaşlara müxtəlif sahələr üzrə keyfiyyətli tibbi xidmət göstərməkdir. Mərkəzdə ümumi cərrahiyyə, kardiologiya, endokrinologiya, nevrologiya, dermatologiya, urologiya, pediatriya və s. ixtisaslar üzrə xidmətlər təqdim olunur. Burada həkimlər yerli və xarici təcrübələri birləşdirərək, xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərirlər.

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzində təşkil olunan son mediaturda diqqətə çatdırılıb ki, hazırda müəssisə diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla, o cümlədən elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlarla təmin edilib. Avastin inyeksiyası prosedurunun yalnız Xəzər Tibb Mərkəzində həyata keçirildiyi bildirilib.



Eyni zamanda, səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya ərsəyə gətirilib. Məlumata əsasən, mərkəzdə yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlanılıb. Müəssisədə KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması da mərkəzin rəhbərliyinin əsas hədəflər sırasındadır
Xəzər Tibb Mərkəzinin rəhbərliyi vətəndaşlara tibbi xidmətlə yanaşı şəhid ailələrinə və qazilərə mütəmadi qayğı göstərir. Mərkəzin direktoru Dr. Mübariz Ağayev ötən ay bir sıra şəhid ailələrini ziyarət edərək, Vətən uğrunda canından keçən qəhrəman oğulları yad edib, onların ailə üzvlərinə diqqət və qayğının davam etdiriləcəyini vurğulayıb.



AzVision.az Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri