Icma.az
close
up
RU
Abşeronda hesabat yığıncağı Fotolar

Abşeronda hesabat yığıncağı Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, deputatlar Ramid Namazov, Rizvan Nəbiyev, Nigar Məmmədova, Zaur Şükürov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov,  YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, regional idarə rəisləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

Bildirilib ki,  Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi qələbə ölkəmizdə yeni reallıqlar və inkişaf imkanları yaradıb. Dövlət siyasətinin sosialyönümlü xəttinin gücləndirilməsində və humanitar təşəbbüslərin genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, 2025-ci ildə də Abşeron rayonunda mühüm uğurlar və nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunmuş və vətəndaşların rifahı təmin edilmişdir. Rayon üçün ötən ilin ən əlamətdar hadisələri isə  Prezident İlham Əliyevin Abşeron rayonuna səfərləri olmuşdur. Dövlət başçısı tərəfindən Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-yə məxsus müasir dərman istehsalı müəssisəsinin, həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı həyata keçirilmişdir. Bu layihələr rayonun sənaye və enerji potensialının gücləndirilməsində mühüm rol oynayır.

Çıxışda, həmçinin Abşeron rayonu üçün xüsusi əhəmiyyət daşıyan kanalizasiya şəbəkəsinin qurulması məsələsinə dövlət səviyyəsində həssaslıqla yanaşıldığı vurğulanıb, su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər rayon sakinlərinin sevincinə səbəb olduğu qeyd edilib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə hesabat dövründə rayon üzrə iqtisadi göstəricilər, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın təşviqi, investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, dövlət proqramlarının icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Sonda qarşıda duran vəzifələr müəyyənləşdirilərək rayonun sosial-iqtisadi inkişafının növbəti mərhələdə də ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.

Daha sonra Bağlar Su İdarəsinin rəisi Telman Quliyev çıxış edərək rayon ərazisində icra olunan su təchizatı və kanalizasiya layihələri barədə ətraflı məlumat verib, həyata keçirilən işlərin mövcud vəziyyəti və qarşıda duran əsas vəzifələr barədə iştirakçıları məlumatlandırıb. Çıxışda infrastrukturun mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında bildirib ki, Abşeron rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ardıcıl şəkildə icra olunur. Deputat görülən işlərin rayonun ümumi inkişafına və sakinlərin rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edərək, qarşıda duran vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov çıxış edərək bildirib ki, ötən il Abşeron rayonu üçün uğurlu il olub. O, əhalinin sosial rifahının yaxşılaşdırılması, yol və digər infrastruktur layihələrinin icrası, eyni zamanda bölgədə davamlı sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib və əlavə edib ki, bu layihələr rayonun gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirir.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək rayon ərazisində görülən işlərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları adından Azərbaycan Respublikasıın Prezidentinə müraciəti “Rəşadət” ordeni  ilə təltif olunmuş şəhid mayor Elşad Həsənovun qızı, Xəzər Universitetinin tələbəsi, rayonun fəal gənci Aysun Həsənli səsləndirib, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə təşəkkürünü ifadə edib.

Sonda rayonun ictimai-sosial həyatında fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. 










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Fevral 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri