Icma.az
close
up
RU
Xəzərdə ekoloji böhran ARTIR: İndi də bu canlı təhlükə altındadır

Xəzərdə ekoloji böhran ARTIR: İndi də bu canlı təhlükə altındadır

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Xəzər suitlərinin kütləvi şəkildə ölməsi artıq həm Qazaxıstan, həm Rusiya, həm də Azərbaycan sahillərində mütəmadi olaraq müşahidə olunur. Onların müxtəlif bölgələrdə sürətlə kütləvi tələfat halları qeydə alınır".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, bildirib ki, tarixi məlumatlara görə, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Xəzər suitlərinin sayı təxminən 1 milyon ədəd olub:
"1890-cı illərdə bu rəqəm 300-400 min olaraq qiymətləndirilib. Hazırda isə suitlərin sayı təxminən 100 min baş civarındadır. Qazaxıstan və Rusiya elmi-tədqiqat institutlarının apardığı araşdırmalar da bu rəqəmi təsdiqləyir və bu populyasiya içərisində kütləvi ölüm halları qeydə alınır". 
Ekoloq bildirib ki, hazırda institutlar onların ölüm səbəblərini araşdırmaqla məşğuldur və üç əsas faktor ön plana çıxır:
"Birinci faktor, suitlərin kütləvi xəstələnməsidir.İkinci faktor, onların müəyyən dövrdə toplu şəkildə hərəkət edərək sahilə çıxması və orada tələf olmasıdır.
Üçüncü faktor, müxtəlif zəhərlənmələr və digər ekoloji təsirlərdir.Digər mühüm səbəb dənizin çirklənməsidir. Neft sızmaları, kimyəvi maddələrin dənizə axıdılması, xüsusilə kanalizasiya sularının boşaldılması nəticəsində xəstəliklər yayılır və bu, onların kütləvi ölümünə səbəb olur".
Onun sözlərinə görə, qida çatışmazlığı da mühüm faktordur:
"Suitlər əsasən kiçik balıqlar və çəyirtkətipli canlılarla qidalanır, bu qida ehtiyatlarının kəskin azalması isə onların ölməsinə gətirib çıxarır. Suitlər ən çox Azərbaycan sahillərində müşahidə olunsa da, onların böyük hissəsi Qazaxıstan sahillərində məskunlaşıb. Çünki həmin ərazidə suyun nisbətən təmiz olması və qida ehtiyatlarının daha çox olması onların ora cəmlənməsinə səbəb olur. Lakin burada da neft sızıntıları və axıntılar nəticəsində suitlərin ölümü halları artır".
Ekoloq qeyd edib ki, ən çox ölü suitlər Qazaxıstan, Türkmənistan və Rusiya sahillərində aşkarlanır
"Yəni, müəyyən bölgələrdə azalma müşahidə olunsa da, digər ərazilərdə kütləvi ölüm halları qeydə alınır. Ümumilikdə isə suitlərin populyasiyası sürətlə azalır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri