Icma.az
close
up
RU
Xəzərdə nərə və qızıl balıqların kökü kəsilib?

Xəzərdə nərə və qızıl balıqların kökü kəsilib?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu il həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. 

Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb".

Bu sözləri yerli mediaya açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.Onun sözlərinə görə, həmin qiymətləndirmələr əsasında gələcək illərin ehtiyatların bərpası üçün balıq buraxılışlarının sayını müəyyənləşdirilib:

"Eyni zamanda kvota hədlərini da müəyyən olunub. Bu proses zamanı bəzi vacib məqamlar üzı çıxdı. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alındı. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması üzə çıxdı.

Mərhələli şəkildə ehtiyatların bərpası üçün, xüsusən daxili sularda Kür-Araz və ona bağlı digər dağ çaylarında çəkikimlərin bərpası üçün növbəti illərdə bir proqram hazırlanacaq. Eyni zamanda, mərkəzin tabeliyindəki təsərrüfatlar da bu istiqamətdə öz işini görəcək".

Bəs hansı balıqların sayı azalıb və kökü kəsilə bilər?

"Cebheinfo.az"a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, artıq nərəkimilər fəsiləsinə aid olan balıqlara Xəzər dənizdə rast gəlmək sensasiyaya çevrilib. Onun sözlərinə görə, qızıl balığın da kökü kəsilmək üzrədir, buna görə də qiymətlər kəskin bahalaşıb:

"Ağbalıq, osetrin və digər növlər Xəzərin ən məşhur balıqlarıdır. Bu balıqların azalmasını, kökünün kəsilməsini iqlim dəyişikliyi ilə əlaqələndirmək olmaz. Əsas səbəb brakonyerlik, plansız və nəzarətsiz ovlanmadır. 

Həddindən artıq, mədəniyyətsiz şəkildə balıq ovu  korrupsiya və məmur özbaşınalığının nəticəsidir. Dənizə cavabdeh şəxsləri araşdırsaz çoxunun brakonyer gəmisi var. Hətta bəzən eşidirik ki, Qazaxıstan sularında həbs olunub. 

Bu gün hökumət süni nərə yetişdirməyə məcbur qalıb, halbuki bu balıqlar vaxtilə təbii şəkildə çoxalırdı. Nərəkimilər, qızılbalıq, kütüm, kifal demək olar ki, yox olmaq üzrədir". 

Ekoloq bildirib ki, vaxtında qeyri-qanuni üsullarla balıq ovlanması bu vəziyyəti yaradıb:

"Dəniz sahilində balıq tutan istənilən şəxsdən soruşsanız ki, "balığın vəziyyəti necədir, deyəcəklər balıq yoxa çıxıb". Onun yox olmasının tək səbəbi qeyri-qanuni ovdur, brakonyerlikdir. Ona görə də bazarda balığın qiyməti günü- gündən bahalaşır. 

Zamanında qarşısı alınmayan, elektrik şoku və partlayıcılarla aparılan balıq ovu bizi bu vəziyyətlə üz-üzə qoyub. Qeyri-qanuni, qeyri-mədəni ovlanmanın nəticəsi özünü göstərir". Qorxmaz İbrahimli qeyd edib ki, dünyanın heç bir ölkəsində balıq bizdəki qədər baha deyil:

"Hətta Naxçıvan və Lənkəranda balığın qiyməti bir qədər ucuzdur. Amma Bakı ətrafında balıq tapmaq müşkülə çevrilib. Çünki bu ətrafda balıq ovlanması kobud şəkildə aparılıb. 

Eyni vəziyyət çaylarda da yaşanır. Bir vaxtlar "ala balıq" kimi tanıdığımız növ indi demək olar ki, mövcud deyil. Qeyri-qanuni üsullarla, partlayıcı maddələrdən istifadə etməklə balığın kökünü kəsdilər. İndi isə bundan şikayətlənirik". 

Ekoloq vurğulayıb ki, vəziyyətin daha da ağırlaşmaması üçün dövlət strukturları dərhal tədbirlər görməlidir:

"Bu problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti təcili, ciddi və real addımlar atmalıdır. Balıqların kökü kəsildikdən sonra verilən qərarların heç bir mənası olmayacaq".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Xəzər nərə qızıl balıqlar Qorxmaz İbrahimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri