Xəzərdə su səviyyəsinin çəkilməsi kritikləşməkdə davam edir Ekoloq
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Xəzər dənizinin suyunun səviyyəsini çəkilməsi ilə bağlı vəziyyət əlbəttə ki, kritikləşməkdə davam edir. Son 30 ildə xırda istisnalar olmaqla dənizin səviyyəsinin 3 metrə qədər enməsi, sahil zonalarında böyük ərazilərin sudan azad olmasına səbəb olub. Elə ərazilər var ki, hətta bir neçə kilometr dəniz çəkilib. Bu ərazilərin bir çoxunda hətta özünəməxsus bitki örtüyü əmələ gəlib”.
Bunu Demokrat.az-a ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, baş verən çəkilmələr ilk növbədə gəmiçilik sektoruna ciddi təsir edib:
“Gəmilərin sahilə yan alması Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda nisbətən də İranda çətinləşib. Gəmilərin hərəkəti üçün lazım olan kanalları get-gedə daha çox dərinləşdirmək lazım olur və bu da xərcləri artırır. Məsələn, Volqa çayı ilə Xəzəri birləşdirən gəmiçilik kanalı artıq iqtisadi baxımdan o qədər də effektiv deyil. Bu da Volqa çayından Xəzərə və geriyə hərəkət edən gəmilər üçün böyük çətinliklər yaradır.
Bu çəkilmələr biomüxtəlifliyə də ziyan vurur. Çaylarla dəniz arasında olan təbii ekoloji koridorlar artıq kəsilib. Bu koridorlar əvvəl balıqların dənizdən çaylara keçməsinə, orada kürü tökməsinə imkan verirdisə, indi bu artıq problemə çevrilib. Həmçinin, sahil zonalarında yaşayan əhali üçün balıqçılıq imkanları xeyli məhdudlaşıb”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bunu Demokrat.az-a ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, baş verən çəkilmələr ilk növbədə gəmiçilik sektoruna ciddi təsir edib:
“Gəmilərin sahilə yan alması Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda nisbətən də İranda çətinləşib. Gəmilərin hərəkəti üçün lazım olan kanalları get-gedə daha çox dərinləşdirmək lazım olur və bu da xərcləri artırır. Məsələn, Volqa çayı ilə Xəzəri birləşdirən gəmiçilik kanalı artıq iqtisadi baxımdan o qədər də effektiv deyil. Bu da Volqa çayından Xəzərə və geriyə hərəkət edən gəmilər üçün böyük çətinliklər yaradır.
Bu çəkilmələr biomüxtəlifliyə də ziyan vurur. Çaylarla dəniz arasında olan təbii ekoloji koridorlar artıq kəsilib. Bu koridorlar əvvəl balıqların dənizdən çaylara keçməsinə, orada kürü tökməsinə imkan verirdisə, indi bu artıq problemə çevrilib. Həmçinin, sahil zonalarında yaşayan əhali üçün balıqçılıq imkanları xeyli məhdudlaşıb”.
Cavidan Mirzəzadə
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Xəzərdə suyun səviyyəsinin azalması kritik həddədir? EKOLOQ AÇIQLADI
24 Aprel 2026 14:01
Xəzərin geri çəkilməsi dayanır? Ekoloq
16 Aprel 2026 16:07
Xəzərdə boğulmaların səbəbi: yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? VİDEO
31 Avqust 2026 21:49
Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır
19 Noyabr 2026 12:16
Xəzərdə suyun səviyyəsinin enməsi... AÇIQLAMA
02 İyun 2025 14:22
Baxış sayı:119
Bu xəbər 13 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















