Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
"Bu, kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz dar dənizin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır", - deyə F.Cəfərov əlavə edib.
Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağı Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə müəyyən olunub: "Yəni biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru müəyyən olunub, mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Odur ki, sahil boyu ərazilərin xəritələşdirilməsini aparacağıq".
"Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq. Əhalinin yaşadığı və gələcəkdə məskunlaşdırılması nəzərdə tutulan ərazilər, həmçinin Bakı bulvarı, Bayraq Meydanı, "Sea Breeze", limanlar və sənaye parkları yeni sahil idarəetmə sisteminin əhatə dairəsinə daxil deyil. Onların idarə edilməsi qanunvericilik çərçivəsində həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra isə hər bir vətəndaş rəqəmsal xəritədə hansı ərazilərin sahil idarəetmə sisteminə daxil olduğunu görə biləcək", - deyə F.Cəfərov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















