Icma.az
close
up
RU
Xəzərdə yeni neft anlaşması

Xəzərdə yeni neft anlaşması

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

SOCAR BƏƏ şirkətləri ilə əməkdaşlığı artırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

“ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah isə vurğulayıb ki, son dövrlərdə BƏƏ ilə intensivləşən iqtisadi münasibətlər fonunda enerji infrastrukturu, “yaşıl enerji”, investisiyalar, ağıllı texnologiyalar, mədən sənayesi və digər sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı investisiyaların cəlb edilməsi daha da aktual mövzuya çevrilib.

Ərəb şirkətlərinin SOCAR və Energetika Nazirliyi ilə daha da möhkəmlənən əlaqələrində yeni enerji və hidrogen emalı, “yaşıl enerji” istehsalı məsələləri ön planda dayanır və praktiki addımlar atılmaqdadır. 

“Dragon Oil” Xəzərdə

Görüşdə cari ilin noyabrında SOCAR ilə BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə də toxunulub. Vurğulanıb ki, bu saziş əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm daşıyır.

Qeyd edək ki, dünya neft-qaz sənayesində tanınmış korporasiyalardan olan “Dragon Oil” Xəzər dənizində də istismar fəaliyyəti sahəsində təcrübə qazana bilib. Belə ki, Xəzərin Türkmənistan sektorundakı 19-cu blokda neft-qaz quyusunda kəşfiyyat işləri apardıqdan sonra gündəlik 20 min barel neft hasilatına nail olmaq məqsədi ilə yatağın sınaq mərhələsində çalışan ərəb şirkəti “Türkmennebit” konserni ilə sıx əməkdaşlıq qurub. Ötən il “Türkmennebit” və “Dragon Oil” arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, BƏƏ şirkəti “Çələkən” bloku yaxınlığında üç perspektivli yatağın işlənməsində ilk işlərə başlayıb. Bu baxımdan, “Dragon Oil”in Xəzər dənizində neft-qaz hasilatındakı təcrübəsi SOCAR-la əməkdaşlıq üçün də əhəmiyyət daşıyır.

SOCAR və BƏƏ-nin “Crescent Petroleum” şirkəti arasında da enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq nəzərdə tutulur. Həmçinin, Dövlət Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti arasında neft və neft-kimya məhsullarının logistikası üzrə əməkdaşlıq perspektivləri diqqətdə saxlanılır.

BƏƏ “yaşıl enerji”yə böyükhəcmli sərmayə yatırır

Ümumiyyətlə, son dövrlərdə BƏƏ ilə intensivləşən iqtisadi münasibətlər fonunda enerji infrastrukturu, “yaşıl enerji”, investisiyalar, ağıllı texnologiyalar, mədən sənayesi və digər sahələrdə birgə əməkdaşlıq və qarşılıqlı investisiyaların cəlb edilməsi daha da aktual mövzuya çevrilib. Ərəb şirkətlərinin SOCAR və Energetika Nazirliyi ilə daha da möhkəmlənən əlaqələrində yeni enerji və hidrogen emalı, “yaşıl enerji” istehsalı məsələləri ön planda dayanır və praktiki addımlar atılmaqdadır. 

BƏƏ-nin nəhəng investoru  “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib.  “Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpaolunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.

Ərəb şirkəti ölkəmizdə “ağıllı qaz” idarəetmə texnologiyalarını quracaq

SOCAR-ın BƏƏ şirkətləri ilə əlaqələrinin digər istiqaməti metan qazının və qalıq yanacağın həcmlərinin azaldılması, bərpaolunan enerji və “ağıllı qaz” texnologiyalarının tətbiqi və digər sahələri nəzərdə tutur. Bir neçə ay əvvəl əldə edilmiş razılığa əsasən,  BƏƏ-nin “Esyasoft Holding” LTD şirkəti ilə “ağıllı qaz” şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb ki, layihənin əsas məqsədi qabaqcıl “ağıllı qaz” idarəetmə sistemi texnologiyalarının Azərbaycanda tətbiqini nəzərdə tutur.  BƏƏ şirkəti Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq üçün SOCAR-a dəstək verəcək. Layihə 2,5 milyon “ağıllı sayğac”ın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon dollar sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, “ağıllı təzyiq” və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın (Digital Solutions Lab) yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların “hökumət buludu”nda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri