Icma.az
close
up
RU
Xəzərdə polad neft adası

Xəzərdə polad neft adası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

11 ildə “Qərbi Çıraq” platformasından 33 milyon ton “qara qızıl” çıxarılıb

“Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanıldığı “Çıraq” yatağının qərb cinahında yerləşən ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə 2010-cu il martın 9-da konsorsiumun rəhbər komitəsi tərəfindən yeni bir qərar qəbul edilib. Bununla da, dəyəri 6 milyard dollar olan daha bir neft layihəsinin icrasına start verilib. 

Həmin il iyunun 21-də 20 qazma kəsiyi və 4 istiqamətləndirici dirəyi olan 218 tonluq öncə qazma tavası tam təhlükəsiz şəkildə dənizin dibində quraşdırılıb. 2012-ci il oktyabrın 20-də “Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə “STB-1” daşıma barjasına yüklənib. 2013-cü il mayın 3-də dayaq bloku dənizdə, sentyabrın 16-da isə platformasının üst modulları dayaq blokunun üzərində quraşdırılıb. 2014-cü il yanvarın 28-də isə “Qərbi Çıraq”dan hasilat başlanıb.

“Azəri–Çıraq–Günəşli” yataqlar blokunda neft hasilatının sabitləşdirilməsinə və layların neft veriminin maksimuma çatdırılmasına imkan yaradan layihənin ümumi dəyərinin, təqribən, 4 milyard dolları qurğuların tikintisinə və qabaqlayıcı qazma proqramına xərclənib. Məbləğin qalan hissəsi isə istismar müddəti dövründə platformadan hasilat quyularının qazılmasına sərf olunur. Ölkə neft sənayesinin tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilib.

Yeri gəlmişkən, “Qərbi Çıraq” BP şirkətinin “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru qismində Xəzərdə inşa və istismar etdiyi dünya səviyyəli 8-ci dəniz platformasıdır. Platforma gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz hasilatı üçün layihələndirilib. Bununla yanaşı, qurğu gün ərzində 8 milyon kubmetr səmt qazı ötürmək imkanına malikdir.

Layihə çərçivəsində nəzərdə tutulan tikinti-quraşdırma işlərinin mühüm hissələrindən sayılan “Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunub. “Bos Şelf” yerli Azərbaycan şirkətinin podratçısı olduğu dayaq bloku Xəzər dənizində həmin dövrədək inşa edilmiş ən ağır qurğudur. Blokun çəkisi 17 min 500 ton, hündürlüyü 185 metr təşkil edir. Qurğunun ümumi çəkisi 6 min 700 ton olan 13 (üstəgəl bir ehtiyat) dirəyi, 7 dikborusu, 8 “J” şəkilli və 10 qoruyucu borusu var. 

“Çıraq” neft layihəsinin əsas qurğularından sayılan hasilat platformasının üst modulları isə AMEC-TEKFEN-AZFEN alyansının Bibiheybət tikinti-quraşdırma sahəsində inşa olunub. “Qərbi Çıraq” platformasının üst modullarının çəkisi 18 min 500 tondur. Platforma 200 nəfər işçinin çalışması üçün nəzərdə tutulub. Layihəyə 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması, 14 düymlük qaz kəməri və 30 düymlük neft kəməri daxildir. “Qərbi Çıraq” dənizin 170 metr dərinliyində “Çıraq-1” və “Dərinsulu Günəşli” platformaları arsında quraşdırılıb. 

Yeri gəlmişkən, “Çıraq” neft layihəsi üzrə tələb olunan bütün tikinti-quraşdırma işləri, qurğu və avadanlıqların inşası tamamilə ölkə daxilində həyata keçirilib. Platformanın dayaq blokunun və üst modullarının inşasında Azərbaycan Dövlət Neft Şirkətinin birgə müəssisələrindən, gəmilərindən, tikinti-quraşdırma sahələrindən və digər zəruri infrastrukturundan istifadə olunub. Bu da “Əsrin müqaviləsi” çərçivəsində ilk dəfə reallaşdırılan bir təşəbbüs kimi diqqət çəkir. 

Layihənin tikinti-quraşdırma işləri dövründə 20 milyon-adam iş saatı sərf edilib. Qurğunun tikintisinə isə 5 min nəfər cəlb olunub. Subpodratçı və təchizatçı mütəxəssislərin də daxil olduğu işçi qüvvəsinin 96 faizini yerli Azərbaycan vətəndaşları təşkil edib. Bütövlükdə isə, layihə çərçivəsində tikinti-quraşdırma işləri heç bir istehsalat qəzası baş vermədən yüksək səviyyədə həyata keçirilib.

“Qərbi Çıraq”dan hasilat 2014-ci il yanvarın 28-də J05 öncəqazma quyusunun istismara daxil edilməsi ilə başlanıb. Xam neft öncədən platformada quraşdırılmış texnoloji qurğulardan keçərək yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düymlük sualtı ixrac xətti ilə Səngəçal terminalına nəql olunur. Ötən müddətdə buradan 241 milyon barel və ya 33 milyon tondan artıq neft hasil olunub. Platformada maksimal illik hasilat isə 2016-cı ildə qeydə alınıb. Həmin il buradan orta gündəlik hasilat 120 min barel olmaqla 6 milyon ton neft çıxarılıb.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri